Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə82/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   78   79   80   81   82   83   84   85   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Əbdürrəhimbəy, Haqverdiyev, müəllim, dramaturq, nasir. 
 
SƏHƏR ORUCOVA 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
 
BDU-nun YÜZ İLLİK HƏYATINDA MİR CƏLALIN ROLU 
 
 
Bakı Dövlət Universitetinin ilk fakültələrindən biri olan Filologiya ixtisaslı kadrları, yetişdirdiyi 
məzunları ilə tarixə düşmüşdür. Həm mütəxəssislər yetişdirən, həm də məzunların yaddaşında xeyirxah, 
savadlı müəllim kimi qalan, bir çoxlarının taleyində müsbət iz buraxan insan – Mir Cəlal Paşayev Universitet 
həyatında önəmli yer tutmuşdur. Onun mühazirələrini dinləmək Filologiya fakültəsinin tələbələrinin ən 
böyük arzusu idi. Müəllimlər də mühazirələrində öz həmkarları – Mir Cəlal Paşayevdən tez-tez sitat 
gətirirdilər.
Mir Cəlalın Universitetlə bağlılığı 1930-cu illərə təsadüf edir. 1928-ci ildən ədəbi fəaliyyətə 
başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də 1932–1935-ci 
illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olmuş, sonra isə 
Azərbaycan Dövlət Universitetində dosent elmi adını almışdır. 1948-ci ildən professor kimi fəaliyyət 
göstərən ədib 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 
1969-cu ildə “Kommunist” qəzetinin BDU-nun 50 illik yubileyinə həsr olunmuş səhifələrində çap 
olunan məqalələrdən də aydın olur ki, Mir Cəlal Paşayev fakültəmizin ictimai həyatında böyük işlərə imza 
atmışdır. Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyinə həsr 
olunmuş elmi sessiyasında “Azərbaycan şairlər və yazıçılar ölkəsidir” mövzusunda məruzə edən ədib 
Universitet alimlərinin Nizami, Füzuli, Nəsimi, M.F.Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Səməd 
Vurğun, Cəfər Cabbarlı və Azərbaycan mədəniyyətinin digər görkəmli xadimlərinin ədəbi irsinə həsr 
olunmuş əsərlərindən danışmışdır.
Mir Cəlal yaradıcılığını sevdirən əsas səbəblərdən biri müəllifin xalqa bağlılığının əsərlərində əks olunması, 
özünü sevdirən cəhət isə savadı, səmimiliyi və xeyirxahlığı olmuşdur. 
Açar sözlər: Mir Cəlal, Filologiya, BDU, 100 illik, müəllim.
 
 
 
 
 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin