BDU-nun Filologiya fakültəsi - 100
57
Ə.Haqverdiyev sovet hakimiyyətinin işğalından sonra yazıçılıqla bərabər, mədəniyyət
quruculuğunda
da fəal iştirak etmiş, dövlət teatrları müfəttişi, incəsənət şöbəsinin müdiri vəzifələrində
çalışmış, Azərbaycan Dövlət Universitetində ədəbiyyat
tarixindən mühazirələr oxumuş, Şərq fakültəsinin
katibi işləmişdir. O dövrdə yeni yaranmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkilatçılarından
biri, onun sədr müavini və sədri olmuşdur.
Ə.Haqverdiyevin çap olunmuş əsərləri ilə yanaşı, onun arxivində çoxlu sayda məqalə,
məktub və
tələbələri qarşısında oxuduğu mühazirə mətnləri vardır. Ədibin “Heca vəzni” ilə bağlı geniş mülahizə və
fikirləri diqqəti xüsusulə cəlb edir. O, fikirlərini təkcə Azərbaycan şairlərinin üzərində deyil, eyni zamanda
qardaş türk şairlərinin də yaradiciliğina yeri gəldikdə müraciət edir. Hətta o da maraqlıdır ki, ədibin
mühazirələrinin mətni türk ləhcəsinə daha mox meyillidir. Bu da o dövrdə böyük cəsarət tələb edirdi.
Ə.Haqverdiyev
öz dilindən başqa, türk, rus, fransız dillərini mükəmməl bilirdi. O, təhsilini
Peterburqda almış və orada bir sıra dilləri də öyrənməyə səy göstərmişdir. Professor Abbas Zamanov yazıçı
haqında xatirələr danışanda deyirdi ki:
“Bir dəfə Fransadan Azərbaycana nümayəndə heyəti gəlir, onları Ə.Haqverdiyev qarşılayır. Əbdürrəhimbəy
onlarla fransız dilində o qədər səlist danışır ki, hətta onlar yazıçıdan soruçurlar ki, “sən fransızsan?”.
Əbdürrəhim bəy isə azərbaycanlı olduğunu söyləyir, nümayəndələr hətta təəccübləniblər”.
Ə.Haqverdiyevin yaradıcılığı çox zəngindir. Bu zənginliyi nəzərə alan Mir Cəlal Paşayev yazır ki,
“Əbdürrəhimbəyi
müəyyən mənada, yeriyən Azərbaycan adlandırmaq olar”. Mir Cəlal Ə.Haqverdiyevin
hekayələrini nəzərdə tutaraq onu “dünyanın böyük ədiblərilə: Çexovlar, Mopassanlar,
Cek Londonlar,
M.Tvenlərlə yanaşı dura bilən” bir sənətkar kimi yüksək səviyyədə qiymətləndirmişdir. Doğrudan da,
Ə.Haqverdiyev yaradıcılıq üslubu və yazıçılıq manerası cəhətdən orijinal bir yazıçıdır. Biz də
mülahizələrimizi bu aspektdə quracağıq.
Dostları ilə paylaş: