BDU-nun Filologiya fakültəsi - 100 62
“Nizami və Qərbi Avropa ədəbiyyatı”, “Leyli Məcnun və Qərbi Avropa ədəbiyyatı”, “Dədə Qorqud və
Yunan eposu”, “Axundov və Molyer” kimi əsərləri misal göstərmək olar.
Əli Sultanlı özündən sonra böyük bir məktəb qoydu, bu məktəbi keçənlər mənən azərbaycanlı,
dünyagörüşü etibarı ilə Avropalı oldular.
Açar sözlər: Əli Sultanlı, ədəbiyyat, dünya ədəbiyyatı, filologiya, pedaqoq. SƏBA NAMAZOVA Filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Gəncə Dövlət Universiteti
MÜASİR ƏDƏBİ PROSESDƏ ELÇİN ƏFƏNDİYEV MƏRHƏLƏSİ Çağdaş ədəbi-ictimai fikrin görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru,
professor Elçin Əfəndiyevin çoxşaxəli yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslıq elmində mühüm hadisədir.
Bu təkrarsız qələm sahibinin fərdi istedadının bəhrəsi olan yaradıcılıq nümunələri orijinallığı və
rəngarəngliyi ilə də diqqəti çəkir.
Ədəbi prosesə bələdlik, həqiqi ziyalı mövqeyi nümayiş etdirmək onun xarakterinin vacib
cizgilərindəndir. Ən mühüm cəhət isə ondan ibarətdir ki, Elçin ədəbiyyatda heç vaxt tapdanmış yolla
getməmiş, ilk qələm təcrübələrindən başlayaraq həmişə orijinallığa meyil etmişdir. Onun yaradıcılıq
sahəsindəki saysız uğurları da məhz buradan qaynaqlanır.
Artıq hər kəsə bəllidir ki, 60-cılar ədəbiyyatımızda yeni və mühüm bir yaradıcı mərhələnin əsasını
qoymaqla yanaşı, milli ədəbiyyatımızı yeni forma və məzmun xüsusiyyətləri, tamamilə yeni obrazlarla
zənginləşdirmişlər. Sözügedən yenilik hissi Elçinin çoxşaxəli yaradıcılığının bütün istiqamətlərinə nüfuz
etmişdir.
Elçinin istər elmi, istərsə də bədii yaradıcılığı özünəməxsusluğu ilə şərtlənir. O, ədəbiyyatımıza
müasir insanların həyatını, gündəlik qayğılarını, zamanın mürəkkəb axarında bu insanların duyğu və
düşüncələrini, qənaətlərini gətirmişdir. O, “Yeni Azərbaycan nəsri”nin uğurlu konsepsiyasını öz misilsiz
yaradıcılığında qətiyyətlə sərgiləmişdir.
“Ədəbi düşüncələr”i qələmə almaqla isə Elçin ədəbiyyatımıza tamamilə yeni bir janr bəxş etmişdir.
Daha dəqiq desək, dünya ədəbiyyatını özündə ehtiva edən “Ədəbi düşüncələr” oxucunu böyük ədəbiyyat
dünyasına səyahətə aparır. Ən başlıcası isə budur ki, məhsuldar yaradıcılıq fəaliyyəti dövründə çoxsaylı
oxucularını qələmə aldığı əvəzsiz ədəbi nümunələrlə heyrətləndirən Elçin qeyri-adi, heç kəsə bənzəməyən
yaradıcılıq üslubuna malik olduğunu mübaliğəsiz olaraq təsdiqləmişdir. Onun hətta elmi düşüncələrinin
arxasında böyük bədii təhlil dayandığı bu kitabla tanışlıqdan sonra aşkar duyulur.
Elçin “Ədəbi düşüncələr”də illər boyu izlədiyi, müşahidə etdiyi hadisələri, bu kontekstdə
düşüncələrini, fikirlərini oxucularla bölüşür. Düzdür, müəllifin “kiçik esseciklər” adlandırdığı yazılarda heç
bir xronoloji ardıcıllıq yoxdur. Bu yazılar bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı olan fədakar bir ədəbiyyat
adamının, sənət vurğununun düşüncələri olaraq xüsusi dəyərə malikdir.