BDU-nun Filologiya fakültəsi - 100
67
Universitetin ilk azərbaycanlı rektoru, yazıçı, publisist Tağı Şahbazi Simurq 1892-ci ildə Bakı
şəhərində anadan olmuşdur. Bakıdakı 9 saylı və rus-tatar məktəbində təhsil alan Tağı
Şahbazi Üçüncü
Gimnaziyada latın dilindən imtahan verərək şəhadətnamə almış, sonra Xarkov Darülfünunun Fizika və
Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə qəbul olmuşdur. Tələbəlik illərində “Sosial-demokrat bolşevik
firqəsi”nin tələbə fraksiyasına daxil olmuş, Bakıda “Hümmət” təşkilatının, eləcə də Xarkovda “Cənub türk-
tatar işçisi” hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, gənc yaşlarından məsul işlərdə çalışmış,
Azərbaycanda sovet rejimi qurulduqdan sonra da bir sıra mühüm yerlərdə
Bakı Səhiyyə şöbəsinin müdiri,
Azərbaycan SSR Xalq Maarif Komissarlığında
nazir müavini, “Maarif və mədəniyyət” jurnalının baş
redaktoru, Azərbaycanı öyrənən və təbliğ edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsi Rəyasət heyətinin üzvü vəzifələrində çalışmışdır.
Tağı Şahbazinin bədii yaradıcılığında qadın azadlığı, mənəviyyat problemləri,
dini fanatizm və
başqa məsələlər yer alır. Tağı Şahbazinin “Ağanın kənizi”, “Azadlıq üçün cinayət”, “Aldanmış ümid” və
başqa kitabları mövzu rəngarənglikləri ilə fərqlənir.
Simurqun yaradıcılığında əks olunan yenidənqurma siyasətin təbliği belə onu “37 məngənəsi”ndən
xilas edə bilməmişdir. O, 1937-ci il noyabrın 2-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi
tərəfindən həbs edilmiş, 1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının çıxardığı
qərarla əmlakı müsadirə olunmuş, həyatına güllələnmə ilə son verilmişdir.
Dostları ilə paylaş: