Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: BDU, B.Vahabzadə, müəllim, yaradıcılıq, poema



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə93/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   89   90   91   92   93   94   95   96   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərBDU, B.Vahabzadə, müəllim, yaradıcılıq, poema. 
 
AYGÜN MEHDİYEVA 
Bakı Dövlət Universiteti 
 
BAKI DÖVLƏT UNİVERSİTETİNİN FİLOLOGİYA FAKÜLTƏSİNDƏ M.V.VİDADİ İRSİNİN 
ÖYRƏNİLMƏSİ 
 
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan, realizmə qüvvətli meyl göstərən 
sənətkarlardan biri olan Molla Vəli Vidadi zəngin və rəngarəng yaradıcılığa malikdir. O, ədəbiyyatımızın hər 
iki qoluna məxsus ənənələri qorumuş, möhkəmləndirmişdir. Onun əsərləri Azərbaycan xalqının keçirdiyi 
tarixi qəm və kədərin bariz nümunəsidir. Dövrün qarışıqlığı, Azərbaycanın vəziyyətinin çətinləşməsi, xarici 
dövlətlərin təsiri və müdaxiləsi XVIII əsrin əsas mənzərəsi idi.
Azərbaycan ədəbiyyatına qiymətli, dəyərli, məzmunlu əsərləri ilə daxil olan Molla Vəli Vidadi irsi 
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışan ədəbiyyatşünas alim və tədqiqatçıların diqqətini 
cəlb etmiş və onun həyat və yaradıcılığı ətraflı öyrənilmişdir. 
Molla Vəli Vidadinin həyat və yaradıcılığını araşdıran alimlərdən biri də ədəbiyyat tariximizdə 
böyük xidmətləri olan akademik Həmid Araslıdır. O, şairin əsərlərini çap etdirmiş, ön söz, lüğət və izahların 
müəllifi olmuşdur. H.Araslı şairin yaradıcılığının əsas problemlərini, lirikasının ideya-mövzu 
xüsusiyyətlərini araşdırmış, «Müsibətnamə» əsəri haqqında elmi fikirlər və mülahizələrini irəli sürmüşdür. 
Tarixi mənbələrə əsaslanaraq şairin doğum yerini düzgün müəyyənləşdirmişdir. Şairin xalq ədəbiyyatı ilə 
bağlılığını, onun şeirlərinin dil-üslub məziyyətlərini yüksək qiymətləndirən H.Araslı yazırdı: «Vidadinin 
kədəri şəxsi deyil, ictimai həyatdan gələn vətəndaşlıq kədəridir».
Akademik Həmid Araslının araşdırmalarını professor Əliyar Səfərli davam etmişdir. O, Vidadi irsini 
öyrənən alimlərdən biridir. «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı» dərsliyində şairin yaradıcılığının 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin