BDU-nun Filologiya fakültəsi - 100
66
Fədai və onun “Bəxtiyarnamə” poeması haqqında bəzi araşdırmalar aparılsa da, bu haqda Həmid Araslının
maraqlı mülahizə və müddəaları diqqət çəkir. O, “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı
dərsliyində Fədaiyə ayrıca yer ayırmış, şairin həyat və yaradıcılığı barəsində qısa məlumat verdikdən sonra
mövzunun tarixi, “Bəxtiyarnamə” poemasının qısa məzmunu, ideyası haqqında fikir və mülahizələrini irəli
sürmüşdür. Akademik Həmid Araslı “Bəxtiyarnamə” poemasının yazılma tarixini müəyyənləşdirmiş və
Fədainin qocalıq illərində yazdığını göstərmişdir.
Poemanın mövzu mənbəyini araşdıran
müəllif hesab edir ki, “Bəxtiyarnamə” poemasının mövzusu
ərəb mənbələrinə daha çox uyğundur. O, XV əsrdə Qaraqoyunlu Şah Cahan adına
Pənahi təxəllüslü bir
şairin yazdığı mənzum “Bəxtiyarnamə”nin mövzusu ilə Fədainin “Bəxtiyarnamə”sinin eyni mənbədən
qaynaqlandığını bildirmişdir.
Həmid Araslı poemanın ideya istiqamətini müəyyənləşdirmiş
və Fədainin şifahi xalq
ədəbiyyatından, atalar sözlərindən, məsəllərdən, epitet, təşbeh və mübaliğələrdən çox ustalıqla
istifadə
etməsini göstərmişdir.
Həmid Araslının mənbələrə əsaslanaraq söylədiyi orijinal elmi fikirləri bu gün də aktuallığını itirmir
və təhlilini gözləyir.
Dostları ilə paylaş: