Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə78/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   74   75   76   77   78   79   80   81   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
55 
Təbii ki, əsərdə sovet siyasi rejiminin mahiyyətindən doğan bəzi məqamlar da yox deyildir. Lakin Mir 
Cəlal qüdrətli qələmi, ürəyində vətən və millət sevgisi olan bir yazıçı kimi, bəzən vermək istədiyi ideyanı 
oxucusuna sovet ideologiyasının tələb etdiyi pərdəyə bürüyərək təqdim edir.
“Badam ağacları” hekayəsinin əvvəlində verilən bir cümlə hekayənin əsl mahiyyətinin açılmasına 
xidmət edir. Hekayədə hər şey Ağarzanın bütün ümidini bağladığı, dişlə-dırnaqla becərib yetişdirdiyi badam 
ağaclarının kəsilməsiylə başlayır. Ac-yalavac dolanan, hətta balası Ədalətə belə badamı əsirgəyən Ağarzanın 
əsl faciəsi onun sahəsinin “Marşal planı”na düşməsidir. Qərbin demokratik dəyərlərindən çox, onun xalqa zidd 
olan “Marşal planı”nın ölkəyə gətirilməsi xalqın fəlakəti idi. Yazıçının ustalığı ondadır ki, o, Cənubi 
Azərbaycan xalqının faciəsini, ağır həyat şəraitini, ümumiləşdirilmiş fakt və detallarla verməklə yanaşı, həm də 
imperializmin təcavüzkarlığının əsl mahiyyətini aça bilir. Qeyd edək ki, bu hekayədə söz və fikir meydanı 
genişdir. Bu genişlik özünü onda göstərir ki, Mir Cəlal yalnız Ağarzanın başına gələnləri izləmir, Güney 
Azərbaycanın düşdüyü məhrumiyyətlərin geniş tablosunu verir. Belə ki, oxucu burada Cənubi Azərbaycanın 
düşdüyü vəziyyətin ağırlığını, xaricilərin ölkəni və xalqı çıxılmaz vəziyyətə salmalarını xalqın sadə, sadəlövh 
və təhsilsiz olmasını, Ağarzanın yazdırdığı ərizəni belə oxuya bilməməsini ürək ağrısı ilə təsvir edir.
Əsərdə reallıq və bədii həqiqətin harmoniyası çox güclüdür. Maraqlıdır ki, Mir Cəlal baş verəcək 
hadisələrdə kimin doğru, kimin haqsız olduğunu da sübut etməyə çalışmır, sadəcə Güney Azərbaycanda baş 
verən hadisələrin real mənzərəsini yaradır, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır. Hekayədə son 
illərdə nəsrdə rast gəldiyimiz şərti-metaforik planı Mir Cəlalın hələ 40-cı illərdə yazdığı bu hekayələrində - 
xüsusilə “Badam ağacları” hekayəsində də görürük. Hər hansı bir əsərdə şərti-metaforik plan varsa, orada 
şübhəsiz ki, fəlsəfə var, əzəli və əbədi məsələlərin mahiyyətini ifadə edən mənalar var, deməli, millilik və 
bəşərilik var. 
Sənətkar varlığı necə duyur, hansı bədii incəliklər vasitəsilə əks etdirir? Bütün bu məsələlər Mir 
Cəlalın Güney Azərbaycan mövzusunda yazdığı iki hekayədə əyaniləşir. “Badam ağacları” hekayəsi yalnız 
Mir Cəlalın yaradıcılığında deyil, mübaliğəsiz demək olar ki, Azərbaycan nəsrində müstəsna yeri olan 
əsərdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin