BDU-nun Filologiya fakültəsi - 100
54
onların həmkarlarının Azərbaycan elminə verdiyi töhfələr ölçüyə gəlməz dərəcədə qiymətlidir. Onlar tədris
ilə elmi bir-birindən ayrılmaz bir çəklə gətirmişdilər. Müasir Azərbaycan ədəbiyyatşünaslığı onların gördüyü
işlər, yazdığı əsərlər üzərində indiki səviyyəyə gəlib çatmışdır.
1946-cı ildə Azərbaycan ədəbiyyatşünaslığının inkişaf istiqamətlərini dəyişdirən bir məcmuə nəşr
olunur. Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat məcmuə”sinin II cildində nəşr olunan məqalələrin,
demək olar ki, hamısı Bakı Dövlət Universitetinin filologiya Fakültəsinin müəllimlərinin
qələminə məxsus
idi. Mir Cəlalın “Nizami və Füzuli şeirində bəzi müqayisələr”, H.Araslının “Füzuli sələflərindən – Kişvəri”
və “Qövsi Təbrizi”, Ə.Sultanlının “Rəşid bəy Əfəndiyevin dramaturgiyası”, M.Arifin “Bədii dil və üslub”,
M.Cəfərin “Tənqid və moizə” məqalələri dərc olunmuşdu. Bu məqalələrin hər biri indi də nümunə və örnək
ola bilən tədqiqatlardır.
Filologiya fakültəsinin görkəmli pedaqoqlarından Mir Cəlal böyük yazıçı olmaqla bərabər qüdrətli
ədəbiyyatşünas idi. Onun “Füzulinin poetik xüsusyyətləri”, “Füzuli sənətkarlığı”, “Klassiklər və müasirlər”,
“XX əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatşünaslığın əsasları” adlı monoqrafiya və dərslikləri
Azərbaycan filologiyasının ən qiymətli əsərləridir. Mir Cəlal eyni zamanda yeni filoloq kadrların yetişməsinə
böyük
diqqət göstərmiş, onun qayğısı ilə N.Həsənzadə, F.Hüseynov, M.Məmmədov kimi filoloq alimlər
yetişmişdir. Böyük bir fikir insanı olan Mir Cəlalın hər bir əsəri yüksək səriştə ilə bərabər həm də qəlbinin
hərarəti ilə yazılmışdır. Azərbaycan ədəbiyyatşünaslarının bir çox nümayəndələri bu sadə, pak insanın və
böyük alimin yetirmələridir. Fikrimi uzun illər öncə müəllimim Mir Cəlal haqqında yazdığım şeirin bir bəndi
ilə bitirmək istərdim:
Hər zaman qarşımda bir nur heykəli sima durur,
Bir böyük insanlıq eşqi, bir böyük məna durur.
Gah olur dostlarla birgə, gah olur tənha durur,
Mir Cəlal dünyası adlı bir təmiz dünya durur.
Bakı Dövlət Universitetinin pedaqoji kollektivinin ərsəyə gətirdiyi məqalə, monoqrafiya və dərsliklər
elmə, xalqa, insanlığa xidmət nümunələridir. Mən bu əqidədəyəm ki, Azərbaycan təhsilinin və elminin baş
məbədgahı olan Bakı
Dövlət Universiteti; onun akademik, professor, müəllim
heyəti bu uca təhsil və elm
ocağının şərəfini həmişə uca tutmuş və tutacaqdır.
Dostları ilə paylaş: