Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə72/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   68   69   70   71   72   73   74   75   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
51 
“Bəkir Çobanzadə” mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə “Tatarıstanın Mədəniyyət 
sahəsindəki uğurlar” medalına layiq görülmüşdür. Onun böyük alim Bəkir Çobanzadə haqqındakı 
tədqiqatları çox diqqətəlayiqdir. Belə ki, Ramiz Əskər onun “Seçilmiş şeirləri” və “Seçilmiş bədii əsərləri” 
adlı kitablarını tərcümə etmiş və “Bəkir Çobanzadə adına beynəlxalq mükafat”a layiq görülmüşdür. 
Görkəmli alim 2011-ci ildə Bakı Dövlət Universitetində “İlin alimi” seçilmiş və Avrasiya Yazarlar Birliyinin 
“Ən çox əsər çevirən tərcüməçi” mükafatına layiq görülmüşdür. Ramiz Əskər Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif 
edilmişdir. Ramiz Əskər nəinki Azərbaycanın, o cümlədən bütün türk dünyasının fəxridir. Onun tədqiqatları, 
müəllifi olduğu əsərlər türk dünyası üçün çox böyük əhəmiyyət daşıyır. 
Açar sözlərRamiz Əskər, türk ədəbiyyatı, elmi əsərlər, bədii yaradıcılıq, tərcümələr. 
MƏLEYKƏ MİRZƏLİ 
Bakı Dövlət Universiteti (bakalavriat) 
BİR DİLÇİ ALİM HAQQINDA
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, görkəmli dilçi Əlövsət Abdullayevin layiqli 
yetirməsi olan Fikrət Əlizadə öz yeni fikirləri ilə həm həmkarlarında, həm də tələbələrində qeyri-adi maraq 
doğurur. O, yeni sahə olan funksional qrammatikanın tədqiqatçısı olmaqla yanaşı, dilçilikdə heyrətamiz 
morfosemantik nəzəriyyə irəli sürür. Burada qeyd etmək yerinə düşərdi ki, F.Əlizadə iyirmidən artıq dil ilə 
tanış olmuş, beş dili (Azərbaycan, rus, ərəb, fars, ibri dilləri) tədris etmiş, eyni zamanda şahmat, musiqi və 
parapsixologiya kimi sahələrdə uğurlar əldə etmişdir.
1998-ci ildə F.Əlizadənin “Cümlənin aktual üzvlənməsi” adlı dərs vəsaiti işıq üzü görmüşdür. Bu 
kitabda ilk dəfə olaraq, müəllif mətndə cümlələrin məntiqi-semantik, funksional baxımdan üç tipini (giriş, 
izah, hökm cümlə) göstərmiş, həmçinin dilimizdə cümlələri bağlayan iki məlum – zəncirvari-kontakt, paralel 
əlaqədən başqa, xətti əlaqənin də olduğunu açıqlamış, dilçiliyə bir sıra yeni terminlər gətirmişdir. 
O hələ bir kitabın müəllifi olsa da, deyə bilərik ki, 200-ə yaxın elmi məqaləsinin hər birində bir 
kitabı əhatə edəcək problemlərdən bəhs etmişdir. 
Ən çox vurğulanası olan onun kök samitləri ilə bağlı, bir sıra nostratik nəzəriyyələrə əks mövqedə 
duran elmi konsepsiyasıdır. Bu yeni baxış onun Azərbaycan, ingilis, rus dillərində çap olunmuş 
məqalələrində öz əksini tapmışdır. O həmin ideya ilə AMEA-nın Dilçilik İnstitutunda məruzə etmiş və 
böyük rəğbətlə qarşılanmışdır. Nəzəriyyənin əsasını müxtəlifsistemli dillərdə eyni və ya qismən yaxınmənalı 
sözlərin kök samitlərinin üst-üstə düşməsi təşkil edir. Tanınmış dilçi-alim, prof. Aydın Ələkbərliyə görə, bu 
nəzəriyyə dünya dilçiliyində “Ulu dil”in aşkarlanmasına asan yol açan böyük elmi kəşfdir. 
“Müxtəlifsistemli dillərdə DRV kök samitlərinin leksik-semantik inkişafı (dünya dilləri 
nümunəsində)” adlı məqaləsində müəllif TVoRets (rus. “Allah”) sözünün kök samitlərinin inkişafı 
nəticəsində DRV modelinin əmələ gələrək, çoxvariantlı sözlərin yaranması üçün əsas olduğu qənaətindədir. 
Belə inkişaf zamanı kök samitləri fonetik əvəzlənmə, eliziya, proteza, metatezaya uğrayır və dünya dilləri 
üçün külli miqdarda söz modeli yaranır. Məqalənin sonunda müəllif tipoloji cəhətdən bir-birinə uyğun 
gəlməyən dillərin kök samitlərinin səsləşməsinə, morfosemantikasına əsasən, vaxtilə ulu dilin olduğunu üzə 
çıxarır və bu nəzəriyyə ilə həmin dili aşkar etməyin mümkünlüyünü qeyd edir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin