Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Əbülfəz Rəcəbli, ümumi dilçilik, alim, tədqiqatçı, professor. MURAD ƏMƏNOV



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə69/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   65   66   67   68   69   70   71   72   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərƏbülfəz Rəcəbli, ümumi dilçilik, alim, tədqiqatçı, professor.
MURAD ƏMƏNOV 
Bakı Dövlət Universiteti (magistrant) 
MUXTAR HÜSEYNZADƏNİN ELMİ YARADICILIĞINDA AZƏRBAYCAN DİLİNİN 
MORFOLOJİ QURULUŞU
 
Görkəmli türkoloq, Dövlət mükafatı laureatı (1974), Əməkdar elm xadimi (1980), professor Muxtar 
Hüseynzadə Azərbaycan dilçiliyinin inkişafında və formalaşmasında əvəzsiz xidmətləri olan məhsuldar 
alimlərdən biri olmuşdur. 1935-ci ildə elmi rəhbəri B.Çobanzadə tərəfindən Bakı Dövlət Universitetinin 
Ümumi dilçilik kafedrasına dəvət olunan və orada 50 il fəaliyyət göstərən M.Hüseynzadə Azərbaycan 
dilinin, demək olar ki, bütün sahələri üzrə: dil tarixi, nitq mədəniyyəti, əlifba, orfoqrafiya, terminologiya, 
durğu işarələri, morfologiya, sintaksis sahələrinə dair tədqiqat işləri aparmışdır. M.Hüseynzadə qırxdan çox 
elmi əsərin müəllifidir ki, onların arasında “Müasir Azərbaycan dili” kitabı daha mühüm yer tutur. Bu kitab 
ali məktəblər üçün dərslik olaraq yazılmış və dörd dəfə nəşr edilmişdir. Kitabda ilk növbədə morfologiya 
məsələlərindən danışılsa da, ilk nəşrlərdə Azərbaycan dilinin fonetikası, leksikası haqqında da məlumatlar 
verilmişdir. Kitabın ikinci nəşrindən etibarən fonetika və leksika bəhsləri çıxarılmış yalnız morfologiya 
məsələlərinə yer verilmişdir. Əsərin xarakterik xüsusiyyətlərindən biri də odur ki, müəllif dərslikdə 
fikirlərini ifadə edərkən sitat gətirməmiş, əsas mənbə olaraq məhz dilin özünə, dil faktlarına müraciət 
etmişdir. Kitabda müəllifin ayrı-ayrı nitq hissələri, xüsusilə feil və feildə tərz, təsirlilik-təsirsizlik 
kateqoriyaları, qrammatik məna növləri haqqında fikirləri diqqəti cəlb edir. M.Hüseynzadə feildə tərz 
kateqoriyasının olduğunu ümumiyyətlə qəbul etmədiyindən kitabda bu kateqoriyanın heç adını da 
çəkməmişdir. Müəllifin feilin qrammatik məna növləri haqqında fikirləri də maraqlıdır. Belə ki, kitabın ilk 
nəşrində feilin mənaca beş növü (məlum, məchul, qayıdış, qarşılıq-müştərək, icbar) göstərilsə də, sonuncu 
nəşrdə isə qarşılıq-müştərək növ iki yerə bölünməklə bu say altıya çatdırılmışdır. Bundan əlavə, digər 
morfologiya kitablarında verilən feilin şəxssiz növü haqqında bu kitabda danışılmamışdır. Qeyd edək ki, 
müəllif Azərbaycan filologiyasında daha çox dilimizin morfoloji quruluşunun araşdırıcısı kimi tanınsa da, o, 
Azərbaycan dilinin sintaksisi sahəsində də tədqiqat işləri aparmışdır. Belə ki, müəllifin “Təyini söz 
birləşmələri” adlı monoqrafiyası türkologiyada bu mövzuya həsr edilmiş ilk əsərlərdən biridir.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin