Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Nizami Cəfərov, dilçi, türkoloq, Azərbaycanşünas, ədəbiyyatşünas



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə68/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   64   65   66   67   68   69   70   71   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Nizami Cəfərov, dilçi, türkoloq, Azərbaycanşünas, ədəbiyyatşünas. 
 
QİSMƏT CƏFƏROV, LƏTİFƏ AĞAYEVA 
Bakı Dövlət Universiteti 
 
PROFESSOR ƏBÜLFƏZ RƏCƏBLİ VƏ ÜMUMİ DİLÇİLİK 
 
Azərbaycanda dilçiliyin ənənəvi sahələri ilə müqayisədə ümumi dilçilik çox gec - XX əsrin 50-ci 
illərindən yaranmağa başlamışdır. Bunun da səbəbi orta əsrlərdən başlayaraq, Azərbaycan dilçiliyinin ərəb 
dilçilik məktəbinin təsiri altında olması idi, həm də Şərq ölkələrində dilin öyrənilməsində leksikoqrafiya 
sahəsi prioritet istiqamət olmuşdur. Lakin Azərbaycanda ümumi dilçiliyə aid ilk əsərin müəllifi professor 
Bəkir Çobanzadə olmuşdur ki, onun “Türk-tatar lisaniyyətinə mədxəl”i bir istisna təşkil edir. Belə ki, bu 
əsərin 1924-cü ildə yazıldığını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanda ümumi dilçiliyin əsası XX əsrin 


BDU-nun Filologiya fakültəsi - 100 
49 
20-ci illərində qoyulub. Öz dövrü üçün hadisə sayılan bu əsər türkologiyada ümumi (nəzəri) dilçiliyə dair ilk 
araşdırmadır. Keçən əsrin ortalarından sonra Azərbaycanda ümumi dilçiliyə aid tədqiqatların əhatə dairəsi 
genişlənməyə başlayır: N.Məmmədov, A.Qurbanov, A.Axundov kimi görkəmli alimlər Azərbaycanda 
ümumi dilçilik sahəsinin yaradıcılarıdır. 
Azərbaycanda ümumi dilçilik sahəsində ciddi araşdırmalar aparmış alimlərimizdən biri də BDU-nun 
Ümumi dilçilik kafedrasının professoru Əbülfəz Rəcəblidir. Ə.Rəcəblinin ümumi dilçiliyə aid ilk tədqiqatı 
1979-cu ildə nəşr etdirdiyi “Dilçiliyə girişdən tapşırıqlar” adlı kitab olmuşdur. Kitab həcmcə kiçik olsa da, 
gənc tədqiqatçının ilk əsəri olması baxımından dəyərlidir. Bundan sonra da o, ümumi dilçilik məsələləri ilə 
ardıcıl məşğul olmuş və “Dilçilik tarixi” adlı böyük həcmli kitab nəşr etdirmişdir. Bu kitab bir sıra 
parametrlərinə görə mütəxəssislərin diqqətini çəkmiş və yüksək qiymətləndirilmişdir. Onu da qeyd edək ki, 
müəllif bu əsər üzərində araşdırmalarını davam etdirmiş və iki cilddə nəşr etdirmişdir. Hər iki nəşrin 
müqayisəsində inteqral elementlər diferensial elementləri üstələsə də, diferensial elementlər də yox deyil. 
Diferensial elementlər özünü onda göstərir ki, əsərin son variantında V.fon Humboldt və F.dö Sössür 
haqqındakı bəhslər tamamilə yenidən yazılmışdır. Fərqli cəhətlərdən biri də II nəşrdəki kitabın fəsillərinin 
sayının əvvəlki nəşrdəkindən çox olmasında özünü göstərir. 
Ə. Rəcəblini ümumi dilçilik sahəsinə aid yazdığı kitabların sayına görə dünyanın istənilən klassik dilçisi 
ilə müqayisə etmək olar. Alimin “Nəzəri dilçilik”, “Dilçilik metodları”, “Struktur dilçilik”, 
“Sosiolinqvistika”, “Tipoloji dilçilik”, “Universaliler dilçiliyi”, “V.fon Humboldt - ümumi dilçiliyin banisi 
kimi”, “U.D.Uitni-linqvist kimi”, “F.dö Sössürün dilçilik görüşləri”… kimi kitabları ümumi dilçilik 
məsələlərinin Azərbaycanda öyrənilməsi baxımından alimlərin, müəllimlərin, tələbələrin stolüstü kitabına 
çevrilmişdir. Ə. Rəcəbli daha çox türkoloji araşdırmalarına görə novator alim hesab edilsə də, ümumi dilçilik 
sahəsində çəkdiyi zəhmətə görə “dilçilik elmimizin fəhləsi” adlandırıla bilər.
Ə.Rəcəblinin ümumi dilçilik araşdırmaları 100 illik yubileyi qeyd olunan BDU-nun 100 yaşlı Ümumi 
dilçilik kafedrasının ən böyük elmi hesabatıdır. O, ümumi dilçiliyə aid ilk əsərini yazanda (1979) Ümumi 
dilçilik kafedrasının 60 yaşı vardır. İndi isə 100 yaşı var. Dəyişən tək 40 il deyil, həm də Ə.Rəcəlinin ilk 
kitabından 56 kitabına gedən yoldakı 55 rəqəmidir...

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin