Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: cümlənin aktual üzvlənməsi, cümlə tipləri, DRV kök samitləri, müxtəlifsistemli dillər,  “Ulu dil” nəzəriyyəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə73/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   69   70   71   72   73   74   75   76   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: cümlənin aktual üzvlənməsi, cümlə tipləri, DRV kök samitləri, müxtəlifsistemli dillər, 
“Ulu dil” nəzəriyyəsi
 
NURANƏ KƏRİMOVA 
Bakı Dövlət Universiteti (bakalavriat) 
PROFESSOR ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏ VƏ AZƏRBAYCAN DİLÇİLİYİ MƏSƏLƏLƏRİ 
Azərbaycan elminin inkişafında Bakı Dövlət Universitetinin Filologiya fakültəsi alimlərinin böyük 
rolu olmuşdur. Belə görkəmli alimlərdən biri də Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın 
müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadədir. Böyük türkoloq, professor 
Bəkir Çobanzadə məktəbinin yetirməsi olan Ə.Dəmirçizadə 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili 
orfoepiyasının əsasları” kitabında orfoepiya qaydaları haqqında dəyərli məlumatlar vermişdir. Alim 
yaradıcılığı boyunca həmişə dildə olan yersiz əcnəbi sözlərə etirazını bildirmiş, əsərlərində bu problemə 
münasibətini ifadə etmişdir. Müəllif “Dilin lüğət tərkibi haqqında” (1952), “50 söz” (1962), “Müasir 


BDU-nun Filologiya fakültəsi - 100 
52 
Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu” (1965), “Azərbaycan dilinin üslubiyyatı” 
(1962) kitablarını Azərbaycan dilinin lüğət tərkibinin araşdırılmasına həsr etmişdir. Ə.Dəmirçizadənin bu 
əsərləri leksikologiyanın öyrənilməsində mühüm mənbələrdir.
Ə.Dəmirçizadə morfologiya və sintaksis problemlərinə dair tədqiqatlar aparmışdır. 
Ə.Dəmirçizadənin sifət haqqındakı mülahizələri özündən əvvəlki fikirlərdən fərqlənir. O, sifətə nitq hissəsi 
kimi fərqli aspektdən yanaşmış, sifətin müqayisə dərəcələrinə münasibətini bildirmişdir. Alimin məqalələri 
içərisində “Müasir Azərbaycan dilində sadə cümlələr” (1960), “Azərbaycan dilində uzlaşma” (1950), 
“Mürəkkəb cümlələr” (1 məqalə 1947, 11 məqalə 1948) və s. göstərmək olar. Ə.Dəmirçizadə tabeli və 
tabesiz mürəkkəb cümlələrin tədqiq etmiş, budaq cümlələrin bəziləri haqqında məlumat vermişdir. 
Ə.Dəmirçizadə dilçiliyimizin qızıl fonduna daxil olan “Müasir Azərbaycan dili” (fonetika) dərsliyinin 
müəllifidir. Əsər bu gün də ali məktəb dərsliyi kimi aktuallığını itirməyib, bu qiymətli mənbə indi də filoloq 
tələbələrin stolüstü kitabıdır. Ə.Dəmirçizadənin iyirmidən çox kitabı, iki yüzdən artıq elmi məqaləsi çap 
olunub. Bu yazılarda alim fonetika, etimologiya, üslubiyyat və s. kimi dilçilik məsələlərinə münasibət 
bildirmişdir. Müəllifin “Azərbaycan dili tarixi xülasələri” (1938), “M.F.Axundov dil haqqında və 
Axundovun dili” (1941), “Azərbaycan dilinin tarixi” (1948), “Azərbaycan ədəbi dilinin inkişaf yolları” 
(1959) və s. kitabları dilimizin tarixinin öyrənilməsində sanballı elmi mənbələrdir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin