Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Əkbər Ağayev, Nizami Gəncəvi, ədəbiyyat, tənqid, müqayisə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə112/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   108   109   110   111   112   113   114   115   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərƏkbər Ağayev, Nizami Gəncəvi, ədəbiyyat, tənqid, müqayisə. 
 
YEGANƏ BAXŞƏLİYEVA 
Bakı Dövlət Universiteti (magistrant) 
 
HİDAYƏT ORUCOVUN HƏYAT VƏ YARADICILIĞINDA HEYDƏR ƏLİYEVİN ROLU 
 
Hidayət Orucov bütün həyatını Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına, Azərbaycan 
dövlətçiliyinin möhkəmlənməsinə həsr edən tanınmış və ədəbi ictimaiyyətimiz tərəfindən sevilən 
şəxsiyyətlərdəndir. Sayılıb-seçilən ziyalı tipidir. Amma bütün məqamlarda o yenə də şairdir, qələm əhlidir! 
Ədibin şəxsində Azərbaycan ədəbiyyatı müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edir. Bu, onun taleyi və 
şərəfli tərcümeyi-halıdır. Onun şair şəxsiyyətində ictimai-siyasi, sosial məsələlərə açıq münasibət,
haqq-ədalət yolundan dönməzlik, inamı, sarsılmazlığı, hadisələrin perspektivini düzgün müəyyənləşdirmək 
bacarığı cəmlənir. O, bir yaradıcı şəxsiyyət kimi qələmini ancaq xalqına, millətinə xidmət xatirinə işlədir. 
Milli və xəlqi mənafe, azərbaycançılıq onun yaradıcılığında xüsusi bir qüvvətlə təsvir edilir, əsərlərinin 
süjetində fəlsəfi-estetik ümumiləşdirmə, ardıcıl mübarizə və mücadilə ruhu onun poetik üslubunu 
şərtləndirən cəhətlərə çevrilir, həm də yaradıcılığının vətəndaşlıq pafosunu müəyyənləşdirir. Onun 
yaradıcılığın və həyat fəaliyyətinin ən gənc və ən uğurlu dövrü zamanın xilaskarı H. Əliyevin fəaliyyət 
dövrünə düşür. O, həyat fəaliyyətində, siyasi fikirlərində H.Əliyevi özünə mayak hesab edirdi və siyasi 
sferada onun kimi ideoloqu özünə nümunə götürürdü. Yazıçının “İrəvana 7 məktub” əsərində H.Əliyev ilə 
maraqlı tanışlığı bəlkə də taleyin xoş təsadüfü olması idi ki, 24 yaşlı gəncin hələ 1969-cu ildə direktoru 


BDU-nun Filologiya fakültəsi - 100 
76 
olduğu İrəvan Akademik Dram Teatrındakı toplantıda gənc şairin onunla tanışlığı unudulmaz olmuşdur. 
Həmin gün onun “İstedadlı şair, teatr direktoru” kimi Heydər Əliyevə təqdim edilməsi və onun gənc 
direktorun əlini sıxıb: “Belə gənc?!” sualını verməsi yazıçı üçün xoş olmuşdur. Əlbəttə ki, bu sualın 
verilməsinə səbəb isə 24 yaşında tutduğu yüksək vəzifə ilə əlaqədar idi. Təsadüfi deyil ki, həmin gündən 
gənc direktor H.Əliyevin rəğbətini qazanmışdır. H.Orucovun “Heydər Əliyevin Milli Siyasəti” adlı kitabı 
milli siyasətin öyrənilməsinə və təfsirinə əsaslanaraq siyasətçi, böyük dövlət xadimi, Azərbaycan 
Respublikasının qurucusu H.Əliyevin siyasi bioqrafiyasının mühüm aspektidir. H.Orucovun kitabı əsrin son 
rübünün tarixi hadisələri çərçivəsində böyük dövlət adamı H.Əliyevin siyasətinin formalaşması və həyata 
keçirilməsini vurğulayır. Kitabda H. Əliyev dövründə Azərbaycanda milli şüur formalaşması, xüsusilə də 
milli ruhun əsas daşıyıcıları olan ziyalıların təzyiqlərdən qorunması, mədəniyyət, elm, təhsil və milli azadlıq 
yaradılmasından danışılır. Hal-hazırda da günümüzün müstəqil Azərbaycanında mövcud olan çoxtərəfli və 
geniş miqyaslı milli siyasət uğurla davam etdirilir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin