BDU-nun Filologiya fakültəsi - 100 73
Alimin bu yöndə digər tədqiqatı isə Azərbaycan ədəbiyyatının beş əsrlik tarixini özündə əks etdirən,
bu yöndə dünyada ilk əsər olan “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII- XII əsrlər)” adlı kitabdır.
Kitabda adı gedən, əslən Azərbaycandan olan şair və ədibləri məvali (islamı qəbul etmiş qeyri -ərəblər)
adlandıran professor, həmin şəxslər haqqında geniş araşdırma aparmış və fərqli mənbələrdən olan
məlumatları uğurla sistemləşdirmişdir. O, Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Urmiyə, Miyanəc, Xoy,
Beyləqan, Bərdə, Gəncə, Dərbənd, Şamaxı, Bakı, və s. kimi şəhərlərindən çıxmış Əbu Bəkr Məhəmməd
Urməvi Azərbaycani (öl.1142), Osman Musəddəd Dərbəndi (öl.XI əsrin əvvəlləri), Əbu Nəcib Urməvi
(öl.1042), Məhəmməd ibn Əbdüləziz Bərdəi (969-1032), Əbu Əli Bərdəi (öl.951), Yaqub ibn Musa Ərdəbili
(öl.991), Hüseyn ibn Abdullah Urməvi (öl.1011), Məhəmməd ibn Bakuveyh Bakuvi (öl.1029), Məhəmməd
ibn Abdullah Maraği (öl.1194), İsmayıl ibn Əli Gəncəvi (öl.1191) və s. kimi alimlər, tanınmış şəxslər
haqqında məlumatlar toplamışdır.
M. Mahmudov öz araşdırmaları ilə yurdumuzun ərəbdilli mədəniyyətini üzə çıxararaq gələcək
tədqiqatçılar üçün böyük bir yol açmışdır. Danılmaz faktdır ki, M.Mahmudovun yaradıcılığı klassik
Azərbaycan ədəbiyyatının öyrənilməsində əsaslı rol oynayır.
Açar sözlər: Malik Mahmudov, ərəbdilli ədəbiyyat, klassik ədəbiyyat, Xətib Təbrizi, şərh.
ƏFSANƏ YUSİFLİ Bakı Dövlət Universiteti (magistrant) MƏMMƏDHÜSEYN TƏHMASİB FOLKLORŞÜNAS ALİM KİMİ Azərbaycanın görkəmli folklorşünas alimlərindən biri də Məmmədhüseyn Təhmasibdir. Onun
folklorşünaslıq fəaliyyətindən bir çox alimlər bəhrələnmiş və folklor sahəsində açdığı cığır ilə irəliləmişlər.
Məmmədhüseyn Təhmasib folklor yaradıcılığına “Xalq ədəbiyyatımızda mərasim və mövsüm
nəğmələri” adlı elmi əsəri ilə başlamışdır. Məmmədhüseyn Təhmasib folklorumuza, adət-ənənələrimizə,
keçmişimizə bağlı bir insan olmuşdur. Onun bu xüsusiyyətini müəllifin araşdırmalarında da görmək olar.
Məmmədhüseyn Təhmasib “Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri” adlı elmi əsərində “Xıdır
Nəbi”, “Qodu-qodu”, “Günəşi dəvət”, “Kosa-kosa” və s. kimi oyun-mərasimlərdən, bundan əlavə, Novruz
bayramında keçirilən vəsfi-hallardan da bəhs açmışdır.
Məmmədhüseyn Təhmasib həm də dastanlarımızın tədqiq olunmasında mühüm işlər görmüşdür.
Onun bu sahədə “Azərbaycan xalq dastanları (orta əsrlər)” adlı elmi əsəri vardır. O, bu elmi əsərində həm
qəhrəmanlıq, həm də məhəbbət dastanlarından bəhs etmişdir. Müəllif dastanların ümumi strukturundan
danışmış, onların fərqli və oxşar xüsusiyyətlərinə toxunmuşdur.
Bəzi alimlərimiz “Abbas və Gülgəz”, “Qurbani”, “Aşıq Qərib” kimi müəllifli dastanları aşıqların
özləri tərəfindən deyil, onlar öldükdən sonra ustad aşıqlar tərəfindən həmin aşıqların şeirləri əsasında düzüb-
qoşduqlarını qeyd etmişlər. Məmmədhüseyn Təhmasib isə aşıqların adı ilə bağlı olan dastanları elə həmin
aşıqların sağlığında öz şeirləri və həyatı əsasında qoşduqlarını qeyd etmişdir.
Məmmədhüseyn Təhmasib qəhrəmanlıq dastanlarını üç növə bölmüşdür:
1. Qədim bahadırlıq nağılları, sehrli nağıllar, əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq
dastanları;
2. Tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları;
3. Adi qəhrəmanlıq dastanları.
Məmmədhüseyn Təhmasib məhəbbət dastanlarını da üç qrupa bölmüşdür;
1.Məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar;
2. Əsil məhəbbət dastanları;
3. Məcazi məhəbbətə həsr edilmiş dastanlar.
Məmmədhüseyn Təhmasibin folklorşünaslıq fəaliyyəti bunlarla məhdudlaşmır. O, aşıqların həyat və
fəaliyyətindən bəhs edən məqalələr də yazmışdır. Onun Aşıq Şəmşirin, Aşıq Ələsgərin fəaliyyətindən bəhs
edən məqalələri vardır.
Məmmədhüseyn Təhmasibin folklora həsr etdiyi məqalələr öz əhəmiyyətliliyi ilə seçilir. Və
folklorumuz barəsində dəyərli məlumatlar verir.