Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə106/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   102   103   104   105   106   107   108   109   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
72 
halda, belə yüksək bədii keyfiyyətə malik tamaşaların ərsəyə gətirilməsindən heyrətə düşdüklərini açıqca 
etiraf edirdilər. Getdiyi hər yeri dirildən, gözəlləşdirən, xalqını irəliyə aparan Hidayət Orucov kimi ziyalılar 
bizim fəxrimizdir. 
Açar sözlərHidayət Orucov, teatr, ziyalı, mədəniyyət, dramaturq. 

AYGÜL YELMARLI 
Bakı Dövlət Universiteti (magistrant) 
 
ƏZİZƏ CƏFƏRZADƏ YARADICILIĞINA ÜMUMİ BAXIŞ 
 
Yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə ədəbi fəaliyyətə “Əzrayıl” adlı ilk hekayəsi ilə 
başlamış və “Ədəbiyyat” qəzetində çap etdirmişdir. Əzizə Cəfərzadənin nəsr əsərləri daha çox tarixi roman 
janrında yazılmışdır. Müasir Azərbaycan nəsri tarixində roman janrında yeniliklər etmişdir. Bu janrda 
yazdığı əsərlərə “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt” və s. misal 
göstərmək olar. Yazıçının “Yad et məni” adlı romanı Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlıdır. 
Bundan başqa, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir, Zeynalabdin Şirvaninin həyat və yaradıcılığına həsr 
olunmuş bir sıra romanları vardır ki, bu əsərlər müəllifə böyük uğur qazandırmışdır. 
Əzizə Cəfərzadə həm də tədqiqatçı bir alim kimi Azərbaycan ədəbiyyatında, xüsusilə də şifahi 
irsimizin öyrənilməsi sahəsində elmi araşdırmalar etmiş və bu elmi tədqiqatlar yazıçının ədəbi yaradıcılığına 
da güclü təsir göstərmişdir. Tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini də toplayıb çap etdirmişdir. Bu 
əsərlərə misal olaraq “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları” və 
s. göstərmək olar. Bu kitablar vasitəsilə o, qədim dövrlərdən Azərbaycanda poetik səviyyəli yazılı və şifahi 
qadın yaradıcılığının mövcud olduğunu sübut etmişdir.
Əzizə Cəfərzadə “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət və 
ənənələri, etnoqrafiyası ilə bağlı bir sıra yazıları, onu xalqın sevimlisi etmişdir. Şifahi xalq yaradıcılığı ilə 
bağlı bir sıra əsərləri rus, ərəb, fars, tacik və qazax dillərində tərcümə edilmiş və xaricdə nəşr olunmuşdur. 
Ədib fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmişdir. Əzizə Cəfərzadə “Aşıq 
Pəri”, “Klassik irsimizdən” və s. kimi bir sıra proqramların müəllifi və aparıcısı olmuşdur. Əzizə 
Cəfərzadənin Azərbaycan adət və ənənələri, etnoqrafiyası ilə bağlı “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, 
“Novruz” və s. yazıları onu xalqın sevimlisinə çevirmişdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin