BDU-nun Filologiya fakültəsi - 100
71
VƏFA HÜSEYNZADƏ
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti
PROFESSOR ALMAZ ƏLİQIZI GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATININ
TƏDQİQATÇISI KİMİ
Azərbaycan filoloji fikir tarixinə nəzər yerirərkən diqqət çəkən problemli
mövzulardan biri də
Cənubi Azərbaycan ədəbiyyatı məsələsidir. Azərbaycanın Güneyi-Quzeyi
ifadələri oxucunu tarixə
yönləndirərək, həqiqəti bir də tarixin aynasından görməsini və mübarizə aparmasını təmin edir. Bu
mübarizəni ədəbi sferada aparan ziyalılar olmuş və beyinlərə milli birlik ideyalarını yeritmişlər. Bunun üçün
ən münbit yer xalqı işıqlı gələcəyə aparan, 1919-cu ildə təsis edilmiş Bakı Dövlət Universiteti idi. Burada
xalqın, millətin milli birliyini qorumağı özünə şərəf hesab edən F.Qasımzadə, Ə.Sultanlı, Ə.Cəfərov,
M.C.Paşayev, H.Araslı, M.C.Cəfərov, C.Xəndan, X.Əlimirzəyev, B.Vahabzadə kimi ziyalılarımız bu
ideologiyanı tam 100 ildir ki, keçici bayraq kimi nəsildən-nəslə ötürmüşlər. Bu gün də bayrağı fəxrlə daşıyan
ziyalılarımız çoxdur və əminliklə deyə bilərik ki, bu müqəddəs vəzifəni həyat amalına çevirən əsl vətəndaş,
alim, Cənub Ədəbiyyatı mövzusunda öz sanbalı elmi tədqiqatları ilə filoloji fikrimizdə özünəməxsus dəsti-
xətti olan professor Almaz Əli qızıdır. “Vətən həsrəti”, “Sülh və azadlıq nəğmələri”, “Məhəmmədhüseyn
Şəhriyar və Cənubi Azərbaycan poeziyasının yeni inkişaf mərhələsi”, “Cənubi
Azərbaycan nəsri xalq
həyatının, azadlıq ideyalarının və mübarizəsinin güzgüsü kimi”, “Cənub nəsri yeni inkişaf mərhələsində”,
“Cənubi Azərbaycan “Ağ inqilab” dönəmində”, “Milli özünüdərkin bədii inikası”, “Dildə, fikirdə, işdə birlik
həyat həqiqətinə çevrilməlidir”, “Demokratik Cümhuriyyət dövrü poeziyasında
istiqlal və türkçülük
ideyaları”, “Milli bütövlüyə gedən yol”, “Cənubi Azərbaycan ədəbiyyatı məsələləri”, “Güney
Azərbaycan
zamanın məngənəsində”, “Türklüyün döyünən ürəyi – Güney Azərbaycan” və s.
bu kimi məqalə və
monoqrafiyaların siyahısını daha da uzada bilərik. Təqdim olunan bu adlar
müləllifinin milli kimliyi,
ictimai-milli baxışlarını ortaya qoyur. Bu əsərlər təkcə bir insanın baxışları, fikirləri deyil, eyni zamanda baş
vermiş ictimai-siyasi proseslərin nəticəsidir. Onun pedaqoji fəliyyəti də məhz bu istiqamətə yönəlmiş, milli
birlik ideyasının inkişafında, bu yöndə tədqiqatçıların yetişməsində əvəzsiz rolu olmuşdur.
Özünün də
dediyi kimi, dərs dediyi tələbələr, yetişdirdiyi tədqiqatçılar təbliğ etdiyi ideologiyanın birbaşa daşıyıcılarıdır.
Alimin hər bir əsəri sanki eyni sözləri hey təkrarlayır: "Vətəni qoru,
kimliyini unutma,
milli birlik üçün
öncüllərdən ol, mübarizəndən geri dönmə..."
Dostları ilə paylaş: