Açar sözlər:Mir Cəlal, yazıçı, alim, pedaqoq, yaradıcılıq üslubu. ÜLVİ MİKAYILOV Bakı Dövlət Universiteti
AZƏRBAYCANDA ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN MƏBƏDİ - BDU-nun AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ KAFEDRASI Yüz yaşlı Bakı Dövlət Universitetinin həmyaşıdı olan Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı
tarixi kafedrası səksən ildir ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına böyük töhfələr verməkdədir.
1939-cu ildə yaranan kafedranın ilk müdiri, professor Mikayıl Rəfili olmuşdur. Daha sonra bu elm məbədinə
akademik Feyzulla Qasımzadə, professorlar Cəfər Xəndan Hacıyev, Mir Cəlal Paşayev, Firidun Hüseynov,
AMEA-nın müxbir üzvləri Əlyar Səfərli, Təhsin Mütəllimov, filologiya elmləri doktoru Baba Babazadə,
professor Qara Namazov rəhbərlik etmişdir. Hazırda kafedraya əməkdar elm xadimi, akademik Nərgiz
Paşayeva rəhbərlik edir. Akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi kafedrada bir akademik, biri
AMEA-nın müxbir üzvü olmaqla doqquz professor, doqquz dosent, iki filologiya üzrə fəlsəfə doktoru, dörd
laborant çalışır.
Azərbaycan ədəbiyyatı tarixi kafedrası ədəbiyyatşünaslığın tədrisi ilə yanaşı, onun tədqiqini də
həyata keçirir və yüksək ixtisaslı kadrların hazırlanmasında da bu kafedranın alimlərinin əməyi sonsuzdur.
Bu istiqamətdə xüsusi əmək sərf edən alimlərimiz akademik N.Paşayeva, AMEA-nın müxbir üzvi
T.Mütəllimov, professorlar A.Abasov, İ.Əliyeva, N.Şəmsizadə, V.Sultanlı, A.Məmmədova, S.İbrahimov,
Y.İsmayılovanın adlarını çəkə bilərik.
Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının dəyərli tədqiqatçıları ədəbiyyatşünas alimlər
S.Qocayeva, L.Əliyeva və M.Vəliyevin geniş və sanballı elmi tədqiqatları bu gün Azərbaycan
ədəbiyyatşünaslığına böyük töhfələr verməkdədir. Kafedranın alimləri Respublika və Beynəlxalq səviyyəli
elmi konfranslarda məruzələr edir. Bununla yanaşı, Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif dövrləri ilə
bağlı elmi əsərlər (kitab, monoqrafiya, məqalə) yazırlar. XIX-XX əsr Azərbaycan ədəbiyyatının tədrisi və
tədqiqində əməyi olan alimlərimizdən J.Hüseynova, S.Sultanova, H.Abdıyeva, M.Həsənova, M.Bayramlı,
İ.Rəhmanovanın adlarını qeyd edə bilərik. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tədqiqi və tədrisi ilə
məşğul olan S.Muğanna və S.Abasova kimi ədəbiyyatşünas alimlərimiz var.