Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Elman Araslı, Həmid Araslı, filologiya fakültəsi, səfir, diplomatik fəaliyyət



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə99/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   95   96   97   98   99   100   101   102   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərElman Araslı, Həmid Araslı, filologiya fakültəsi, səfir, diplomatik fəaliyyət. 
 
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
68 
MEHRİBAN ORUCOVA 
Gəncə Dövlət Universiteti 
 
SÖHRAB TAHİR POEZİYASININ DİL-ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
 
Bakı Dövlət Universitetinin Azərbaycan elminin inkişafında oynadığı rola yüksək qiymət verən 
ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun 
inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən 
Azərbaycan elmini inkişaf etdirən mərkəzə çevrilmişdir. 
Azərbaycan elminin inkişafında böyük rol oynamış Bakı Dövlət Universiteti görkəmli tarixi 
şəxsiyyətlər, alimlər, şair və yazıçılar yetişdirmişdir. Bakı Dövlət Universitetinin məzunlarından biri də xalq 
şairi, nasir publisisti Tahir Söhrab (Söhrab Tahir) Əbülfəz oğludur. Azərbaycan ədəbiyyatının görkəmli 
nümayəndələrindən biri olan Söhrab Tahirin şeirlərinin dili bədii üslub xüsusiyyətlərinin zənginliyi ilə 
seçilir. 
Söhrab Tahir şeirlərinin dilində ümumi qrammatik kateqoriyaların morfoloji əlamətləri, bəzi əsas nitq 
hissələrinə məxsus morfoloji quruluş, numerativ sözlər, ədatlar, təsdiq və inkar feilləri, xəbərlik şəkilçilərinin 
ixtisarı, bəzi qrammatik şəkilçilərin təkrarı üslubi xüsusiyyətlərlə səciyyələnir. Şeirdə mükəmməl qafiyələrin, 
oxşar fonetik tərkiblərin yaranmasında sözdəyişdirici şəkilçilərin rolu böyükdür. Leksik təkrarın fərqli 
qrammatik formalarda işlənməsi təkrarda yeknəsəqlik yaratmır, misraya əlavə bədii çalar verir. Cümlə 
üzvlərindən birinin ellipsisə uğraması, inversiya, sintaktik təkrarlar da şeir dilində bədii dil xüsusiyyətinə 
çevrilir. Söhrab Tahirin şeirlərində müşahidə olunan bütün bu keyfiyyətlər fonetik, leksik və qrammatik 
səviyyələr üzrə sistemli və geniş şəkildə araşdırılmadığından şairin şeirinin dil və üslub xüsusiyyətlərinin 
öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 
Dünyada bütün itkilərə dözmək, ağır dərdlərə sinə gərmək, tənha yaşamaq mümkündür. Ancaq 
vətənsizlik, doğulduğun yerdən ayrı düşmək ölümdən də betərdi. S.Tahir bu ağır yükü, ikiyə bölünmüş vətən 
dərdini ömür boyu çiyinlərində və ən əsası da, qəlbində daşıdı. Şairin vətən həsrəti qəlbindən süzülüb 
yazılarına töküldü. 
Azad qardaşım var, onunla xoşam, 
Mən gərək sahili sahilə qoşam, 
İki bölünməkdən elə qorxmuşam 
Çöpü də ikiyə bölmərəm daha! 
Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri
2016-cı il mayın 4-də - ömrünün 90-cı ilində vəfat etmişdir. Xalq şairi Söhrab Tahirin əziz xatirəsi onu 
tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin