Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə95/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   91   92   93   94   95   96   97   98   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Qara Namazov, Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, aşıq.  
 
AYNUR MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti 
 
AKADEMİK HƏMİD ARASLININ TƏDQİQATLARINDA FƏDAİ YARADICILIĞI 
Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi akademik Həmid Araslının
elmi-pedaqoji fəaliyyəti uzun illər Bakı Dövlət Universitetinin, o zamankı Azərbaycan Dövlət 
Universitetinin Filologiya fakültəsi ilə bağlı idi. O, burada orta əsrlər Azərbaycan ədəbiyyatı tarixini tədris 
edirdi. Onun orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı oxuduğu mühazirələr və yazdığı tədqiqat 
əsərləri ədəbiyyatşünasların yetişdirilməsində müstəsna rol oynamış, bu dövrün ədəbi mənzərəsini 
canlandırmış və Əmani, Fədai, Kişvəri, Saib Təbrizi, Qövsi Təbrizi kimi az araşdırılmış klassik 
ədəbiyyatımızın nümayəndələri haqqında məlumat vermişdir.
Azərbaycan poeziyasının inkişafında xüsusi xidmət göstərmiş, qələmini epik və lirik janrlarda sınamış, 
ədəbiyyat tariximizdə “Bəxtiyarnamə” poeması ilə tanınan şair Fədainin həyat və yaradıcılığı haqqında 
maraqlı mənbələrdən biri də görkəmli akademik Həmid Araslıya məxsusdur. Ədəbiyyatşünaslıq tariximizdə 


BDU-nun Filologiya fakültəsi - 100 
66 
Fədai və onun “Bəxtiyarnamə” poeması haqqında bəzi araşdırmalar aparılsa da, bu haqda Həmid Araslının 
maraqlı mülahizə və müddəaları diqqət çəkir. O, “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı 
dərsliyində Fədaiyə ayrıca yer ayırmış, şairin həyat və yaradıcılığı barəsində qısa məlumat verdikdən sonra 
mövzunun tarixi, “Bəxtiyarnamə” poemasının qısa məzmunu, ideyası haqqında fikir və mülahizələrini irəli 
sürmüşdür. Akademik Həmid Araslı “Bəxtiyarnamə” poemasının yazılma tarixini müəyyənləşdirmiş və 
Fədainin qocalıq illərində yazdığını göstərmişdir.
Poemanın mövzu mənbəyini araşdıran müəllif hesab edir ki, “Bəxtiyarnamə” poemasının mövzusu 
ərəb mənbələrinə daha çox uyğundur. O, XV əsrdə Qaraqoyunlu Şah Cahan adına Pənahi təxəllüslü bir 
şairin yazdığı mənzum “Bəxtiyarnamə”nin mövzusu ilə Fədainin “Bəxtiyarnamə”sinin eyni mənbədən 
qaynaqlandığını bildirmişdir.
Həmid Araslı poemanın ideya istiqamətini müəyyənləşdirmiş və Fədainin şifahi xalq 
ədəbiyyatından, atalar sözlərindən, məsəllərdən, epitet, təşbeh və mübaliğələrdən çox ustalıqla istifadə 
etməsini göstərmişdir.
Həmid Araslının mənbələrə əsaslanaraq söylədiyi orijinal elmi fikirləri bu gün də aktuallığını itirmir 
və təhlilini gözləyir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin