Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə94/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   90   91   92   93   94   95   96   97   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
65 
əsas istiqamətlərindən bəhs etmiş, onun özünəxas məziyyətlərini işıqlandırmağa çalışmışdır. Ə.Səfərli şairin 
yaradıcılığına yüksək qiymət vermiş, «Vidadi kədəri ictimai kədər idi, dünyəvi, bəşəri səciyyə daşıyırdı, 
onun həyata, orta əsrlər dünyasına münasibətinin özünəməxsus forması idi» deyə qeyd etmişdi. XVIII əsrdə 
poeziyamızda ən dəyərli əsər Vaqif ilə Vidadinin deyişməsidir. Lakin bu aşıq deyişməsi deyil, iki 
təfəkkürün, iki əqidənin qarşılaşmasıdır. Ə.Səfərli bir məqamı da xüsusi qeyd edərək Vidadini Vaqifdən 
fərqləndirən əsas cəhət kimi onun dərdli, qəmli, qəlbi sınıq, ürəyi kövrək və bədbin olduğunu göstərirdi.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışan ədəbiyyatşünas alimlərin əsərləri daim 
maraqla qarşılanır və heç zaman aktuallığını itirmir. 
Açar sözlər: Molla Vəli Vidadi, Azərbaycan ədəbiyyatı, filologiya fakültəsi, Həmid Araslı, Əliyar 
Səfərli. 
 
AYGÜN ZƏKİYEVA 
Bakı Dövlət Universiteti 
PROFESSOR QARA NAMAZOVUN ƏDƏBİYYATŞÜNASLIQ FƏALİYYƏTİ 
86 illik ömrünün 50 ilini Bakı Dövlət Universitetinə bağlayaraq adını 100 illik təhsil ocağının 
tarixinə yazdıran görkəmli alimlərdən biri də Qara Mustafa oğlu Namazovdur (1930-2016). Uzun illər 
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru vəzifəsində çalışan Qara Namazov 2002-2006-cı 
illərdə Filologiya fakültəsinin dekanı, 2002-2008-ci illərdə Klassik Azərbaycan ədəbiyyatı (indiki 
Azərbaycan ədəbiyyatı tarixi) kafedrasının, 2002-2012-ci illərdə kafedranın nəzdində fəaliyyət göstərən 
“Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasının müdiri, 2006-2013-cü illərdə Universitetin nəzdində 
fəaliyyət göstərən ixtisaslaşdırılmış D.02.181 Dissertasiya Şurasının sədr müavini olmuşdur.
Zəngin elmi yaradıcılığa malik alimin çoxşaxəli tədqiqat dairəsi Azərbaycan ədəbiyyatının, demək 
olar ki, bütün sahələrini – şifahi xalq ədəbiyyatı, klassik və müasir Azərbaycan ədəbiyyatını əhatə edir. 
Respublikada və xaricdə 10-dan çox monoqrafiya, 30-dan çox kitab, 400-dən çox elmi və publisistik 
məqaləsi çap olunmuşdur.
Elmi və pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına 
(2000), “Qabaqcıl təhsil işçisi” adına (2006), “Qızıl qələm” mükafatına (2009), “Xalqın nüfuzlu ziyalısı” 
(2011) fəxri diplomuna layiq görülmüş, “Şöhrət” ordeni (2009) ilə təltif olunmuşdur. 
Q.Namazov Azərbaycan uşaq ədəbiyyatı kursunun yaradıcılarından, tədqiqi və tədrisi sahəsində ilk 
uğurlu addım atanlardan olmuşdur. Onun “Azərbaycan uşaq ədəbiyyatı” (1984; 2007), 3 cildlik “Uşaq 
ədəbiyyatı antologiyası” (2005) kitabları bu sahəyə qiymətli töhfələrdir.
Elmi yaradıcılığa başladığı ilk gündən ömrünün sonuna qədər möhkəm, eyni zamanda kövrək tellərlə 
bağlı olduğu Azərbaycan aşıq yaradıcılığına həsr etdiyi “Aşığın sazı və sözü” (1980), “Azərbaycan aşıq 
sənəti” (1984), “Aşıqlar” (2004), “Ozan-aşıq sənətinin tarixi” (2013) kimi dəyərli monoqrafiyalar, silsilə 
məqalələr Qara Namazovun bu sahədə uğurlu araşdırmalarıdır.
Q.Namazov tələbə və müəllimlərin yaddaşında dəyərli alim olmaqla bərabər, xeyirxah, həssas qəlbə 
malik şəxsiyyət olaraq qalacaqdır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin