Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə90/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   86   87   88   89   90   91   92   93   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: “Ədəbi düşüncələr”, yaradıcılıq, milli ədəbiyyat, bədii təhlil, ədəbi proses. 
XƏYALƏ MÜRSƏLİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Sumqayıt Dövlət Universiteti 
ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN PYESLƏRİNDƏ MÜƏLLİM SURƏTLƏRİ 
 
Azərbaycan xalqının görkəmli dramaturqu, nasir Əbdürrəhim bəy Haqverdiyev 1921-1931-ci illərdə 
Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) ədəbiyyatdan mühazirələr oxuyan 
ilk Azərbaycanlı müəllimlərdən biri olmuşdur. Ədibin yaradıcılığı hər zaman xalq tərəfindən rəğbətlə 
qarşılanmışdır. Onun dramaturji fəaliyyəti üç dövrü əhatə etmişdir. Yaradıcılığının sonuncu dövrü məhz
müəllimlik fəaliyyəti ilə məşğul olduğu zamanlara təsadüf etmişdir. “Ağac kölgəsində” (1921), “Qadınlar 
bayramı” (1928), “Yoldaş Koroğlu” (1932), “Çox gözəl” (1932) pyeslərində müəllifin yaratdığı müəllim 
obrazları sanki ədibin qəlbində gizli qalmış duyğuları cəmiyyətə çatdırmaq məqsədi daşıyır. 
“Ağac kölgəsində” pyesində müəllim Mirzə Kərim deyir: “Bəy, camaatın müəllimi mən dеyiləm
vaxt özü müəllimdir, zəmanə özü müəllimdir. Qaranlıqda qalanların, işıq arzusunda, əsarətdə, zindanda 
qalanların azadəlik arzusunda оlmaları təbiidir. Dörd ətrafı işıq tutan zaman qapıları basıb camaatı işıqdan 
məhrum еtməyin nəticəsi bu оlar ki, təqazayi-vaxt о qapını açar və bağlayanı cəzasına yеtirər”


BDU-nun Filologiya fakültəsi - 100 
63 
“Qadınlar bayramı” pyesində Cabbar müəllim epizodik surəti verilib.
“Yоldaş Kоrоğlu” pyesində Mirzə Həsən kənd müəllimidir. O deyir: “Gərək kənddə bir nəfər də 
savadsız оlmasın”
“Çоx gözəl” pyesində Kənd məktəbi müəllimi və Mirzə Heydər- şəhər müəllimi surətləri yaradılıb. 
Mirzə Heydər deyir: “Bizim məktəbimiz bеynəlmiləldir, amma biz dərsi hər millətə öz ana dilində vеririk. 
Türklərə türk dilində, ruslara rus dilində, еrmənilərə, həmçinin, öz ana dillərində”
Mustafa Bəylə dialoqunda Mirzə Kərim deyir: “Mən yоxsul bir müəllim babayam. Haraya gеtsəm, 
bеş uşağa dərs vеrib dоlanacağam. Mülküm yоx, еvim yоx, malım yоx, qоvulmaqdan da qоrxmuram. 
Dustaqxanaya saldırarsan, bir parça çörək yеyib dustaqlara dərs vеrərəm. Sürgün еlətdirərsən, haraya 
gеtsəm, müəllimlik mənə çörək vеrəcək. Amma vay sizin halınıza. Buna görə də mən sizin öz məsləhətinizi 
dеyirəm. Yоxsa, bir еhtiyacım yоxdur. Axırı sizin üçün pis kеçər”
Verilmiş dialoqda ədib öz peşəsilə fəxr etdiyini, biliyin ölməyən xəzinə olduğunu bir daha 
vurğulamışdır. Dramaturq pyeslərində zəhmətkeş, ziyalı, qayğıkeş, xalqın savadlı olması üçün əlindən gələni 
etməyə hazır olan insanların tipik obrazını müəllim surətləri vasitəsilə əks etdirmişdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin