BDU-nun Filologiya fakültəsi - 100
61
təsir və istifadə şəraitində zəmanəmizə qədər yaşayıb gələn, bu gündə də yeni-yeni əsərlər hesabına
zənginləşməklə davam edən bu sahə haqqında nə dərslik, nə də sanballı bir dərs vəsaiti yaranmışdır”.
“Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyi Azərbaycan folklorşünaslığı, Azərbaycan folklorunun ən
qədim nümunələri, aşıq poeziyası, nağıllar,
əfsanələr, lətifələr, dastanlar və s. bölümlərdə məlumatların
yığcam, toplu halda verilməsi şərti ilə meydana çıxmışdır.
Dərsliyin birinci nəşrindən keçən on beş il müddətində prof.V.Vəliyev
onu yenidən işləyib
təkmilləşdirməklə 1985-ci ildə “Azərbaycan folkloru” adı ilə yenidən nəşr etdirmişdir. Dərsliyin ikinci
nəşrində
mifologiya, aşıq poeziyası, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. dastanlarının öyrənilməsi
sahəsində görülmüş mühüm işlər nəzərə alınmış və bütün bunlar dərslikdə həmin dövr folklorşünaslığımızın
son nailiyyətləri zəminində sistemləşdirilmişdir.
Dövrünün metodik tələbləri əsasında hazırlanmış həmin dərsliklərin
nəşrindən xeyli bir müddət
keçməsinə baxmayaraq, hələ də öz elmi – nəzəri əhəmiyyətini itirməmiş, universitet və fakültəmizin şərəfli
tarixində özünəməxsus yer tutmaqdadır.
Dostları ilə paylaş: