Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: folklorşünas, elm, Filologiya fakültəsi, məktəb, pedaqoq, yaradıcılıq



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə85/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   81   82   83   84   85   86   87   88   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: folklorşünas, elm, Filologiya fakültəsi, məktəb, pedaqoq, yaradıcılıq. 
 
AFAQ YUSİFLİ 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Gəncə Dövlət Universiteti 
 
BDU-da FORMALAŞMIŞ FÜZULİŞÜNASLIQ MƏKTƏBİNİN LAYİQLİ VARİSİ SABİR ƏLİYEV 
 
Əsrlər boyu təzkirələrdə özünə məskən salmış füzulişünaslıq XX əsrin 20-30-cu illərinin siyasi sifarişli 
təhlillərindən keçərək Bakı (Azərbaycan) Dövlət Universitetinin Filologiya fakültəsində Mir Cəlal, H.Araslı, 
F.Qasımzadənin və onların davamçılarının tədqiqatlarının əsasında formalaşaraq öz müasir şəklini almışdır.
Azərbaycan füzulişünaslığı haqqında ilk monoqrafik tədqiqatın müəllifi Gülşən Əliyeva çox doğru 
olaraq qeyd edir ki, füzulişünaslığın banisi Füzulinin özüdür. Yəni füzulişünaslıqda ilk sözü Füzuli özü söz 
sənəti haqqında yazdığı əsərlərində demişdir. Əsrlər boyu təzkirələrdə yer alan Füzuli sənəti ilk dəfə 
azərbaycanlı, gəncəli pedaqoq və tədqiqatçı Abdulla Surun 1907-ci ildə “Füyuzat” jurnalının 30-31-ci 
nömrələrində çap olunmuş “Füzuliyə bir nəzər” məqaləsində elmi şəkildə tədqiq olunur. Onun 
tədqiqatlarında Füzulinin Azərbaycan türklərindən olması, Azərbaycan şivəsində yazması müxtəlif sübutlarla 
təsdiqlənir və tədqiqatçı yazır ki, ”Füzulinin lisanında ... azərbaycanlılıq hiss olunmaqdadır”.
Elmi taleyində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində yaranan füzulişünaslıq 
konsepsiyasını daşıyan və Füzulinin Azərbaycan şairi olduğunu ilk dəfə bəyan etmiş gəncəli alim Abdulla 
Surun vətənində pedaqoji fəaliyyətini davam etdirən füzulişünas Sabir Əliyev elmi taleyini başqa cür yaşaya 
bilərdimi? Fikrimizcə, xeyr! Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən 1960-cı ildə məzun olan 
Sabir Əliyevin müəllimlərinin tam olmayan siyahısı belədir: Mir Cəlal, Həmid Araslı, Əli Sultanlı, Əkrəm 
Cəfər, Məmməd Cəfər, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Pənah Xəlilov, Yusif Seyidov, 
Bəxtiyar Vahabzadə, Fərhad Zeynalov. Hər biri ədəbiyyatşünaslığın müəyyən bir sahəsinin aparıcı 
mütəxəssisi olmuş alimlər… Klassik ədəbiyyatımızı və təbii ki, Füzulini Mir Cəlal və Həmid Araslıdan 
öyrənən, ustadı Əkrəm Cəfər kimi əruzun mahir bilicisi olan, Cəfər Xəndan kimi auditoriyaya şeirlə girən 
Sabir Əliyev elmi əsasları BDU-da qoyulan müasir Azərbaycan füzulişünaslığını “Füzulinin poetikası” adlı 
monoqrafiyası ilə zənginləşdirmişdir.
BDU-nun məzunu, elmi-pedaqoji fəaliyyətini Gəncə Dövlət Universiteti ilə bağlayan füzulişünas alim
Sabir Əliyev Füzuli irsinin poetik dərkini kulminasiya səviyyəsinə qaldıraraq, dördcildlik “Füzuli 
qəzəllərinin şərhi” adlı fundamental əsərində Füzuli “Divan”ına daxil olan hər bir qəzəli riyazi dəqiqliklə və 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin