Açar sözlər:Əbdürrəhimbəy, Haqverdiyev, müəllim, dramaturq, nasir. SƏHƏR ORUCOVA Filologiya elmləri doktoru, professor Bakı Dövlət Universiteti
BDU-nun YÜZ İLLİK HƏYATINDA MİR CƏLALIN ROLU Bakı Dövlət Universitetinin ilk fakültələrindən biri olan Filologiya ixtisaslı kadrları, yetişdirdiyi
məzunları ilə tarixə düşmüşdür. Həm mütəxəssislər yetişdirən, həm də məzunların yaddaşında xeyirxah,
savadlı müəllim kimi qalan, bir çoxlarının taleyində müsbət iz buraxan insan – Mir Cəlal Paşayev Universitet
həyatında önəmli yer tutmuşdur. Onun mühazirələrini dinləmək Filologiya fakültəsinin tələbələrinin ən
böyük arzusu idi. Müəllimlər də mühazirələrində öz həmkarları – Mir Cəlal Paşayevdən tez-tez sitat
gətirirdilər.
Mir Cəlalın Universitetlə bağlılığı 1930-cu illərə təsadüf edir. 1928-ci ildən ədəbi fəaliyyətə
başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də 1932–1935-ci
illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olmuş, sonra isə
Azərbaycan Dövlət Universitetində dosent elmi adını almışdır. 1948-ci ildən professor kimi fəaliyyət
göstərən ədib 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
1969-cu ildə “Kommunist” qəzetinin BDU-nun 50 illik yubileyinə həsr olunmuş səhifələrində çap
olunan məqalələrdən də aydın olur ki, Mir Cəlal Paşayev fakültəmizin ictimai həyatında böyük işlərə imza
atmışdır. Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyinə həsr
olunmuş elmi sessiyasında “Azərbaycan şairlər və yazıçılar ölkəsidir” mövzusunda məruzə edən ədib
Universitet alimlərinin Nizami, Füzuli, Nəsimi, M.F.Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Səməd
Vurğun, Cəfər Cabbarlı və Azərbaycan mədəniyyətinin digər görkəmli xadimlərinin ədəbi irsinə həsr
olunmuş əsərlərindən danışmışdır.
Mir Cəlal yaradıcılığını sevdirən əsas səbəblərdən biri müəllifin xalqa bağlılığının əsərlərində əks olunması,
özünü sevdirən cəhət isə savadı, səmimiliyi və xeyirxahlığı olmuşdur.
Açar sözlər: Mir Cəlal, Filologiya, BDU, 100 illik, müəllim.