Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Mir Cəlal, nəsr, mövzu, Güney Azərbaycan, sənətkarlıq.   FİRUZƏ AĞAYEVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə79/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   75   76   77   78   79   80   81   82   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərMir Cəlal, nəsr, mövzu, Güney Azərbaycan, sənətkarlıq.
 
FİRUZƏ AĞAYEVA 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
PROFESSOR PƏNAH XƏLİLOV TÜRK XALQLARI ƏDƏBİYYATININ TƏDQİQATÇISI KİMİ 
 
Ömrünü elmə sərf edən ziyalıların şəxsiyyət bütövlüyü ilə məhsuldar elmi yaradıcılığı bir-biri ilə 
üzvü surətdə bağlananda yaşadığı ömrün müdriklik zirvəsinə doğru addımladığı bir vaxtda hərtərəfli 
yaradıcılığının, sözün əsl mənasında, müsbət tərəfləri yaradıcı gənc nəsl üçün sönməz işıq mənbəyi olur. 
Yaşadığı 90 illik ömrünün əlli altı ilini elmi-pedoqoji, təşkilati fəaliyyətə həsr etmiş, əsl insanı keyfiyyətləri
özündə cəmləşdirən, minlərlə gəncin həyatda öz mövqeyini seçməsində, püxtələşməsində əvəzedilməz rolu 
olan hörmətli alimimiz professor Pənah Xəlilov – məhz ömrü günəş ziyasına bənzər belə elm 
fədailərindəndir. O, ədəbiyyatşünaslıq elmimizin canlı ensiklopediyası kimi şərəfli bir ad daşıyır. 
Onun elmi-tənqidi işlərinin istiqaməti dolğun və əhatəlidir. Azərbaycan sovet ədəbiyyatının inkişafı 
boyu şeirimizin və nəsrimizin klassiklərinin ədəbi prosesdə xidmətlərini işıqlandıran çoxsaylı məqalələri 
vardır. Orta Asiya və Qazaxstan Türk xalqları ədəbiyyatı tarixini ali məktəb tədrisi səviyyəsində 
dərsliklərimizdə tədris obyektinə çevirib gənclərimizə sevdirmişdir, ədəbi əlaqələrimizin tarixini öyrənib 
onları bütün inkişaf tarixi boyunca işıqlandırmışdır. Ali məktəblər üçün “Ədəbiyyatşünaslığın əsasları” 
(1972-1988) dərsliyinin müəlliflərindən biridir. Türk xalqları folklorunu, qədimi türk dastanlarını tədqiq 
etmiş, bu mövzuda “Kitabi-Dədə Qorqud – intibah abidəsi” (2002) monoqrafiyası geniş istifadə olunan 
mənbələr cərgəsindəndir. Əhməd Yəsəvi (Bakı, Azərnəşr, 1998) sufi təriqətinə, sufi şairlərə dair ilk 
tədqiqatdır. “Əli və Nino problemləri”nə görə (Bakı, Nurlan, 2000) uzun sürmüş mübahisələrə son qoyub 
onun Y.V.Çəmənzəminliyə məxsus olduğunu arxiv sənədləri əsasında subuta yetirən bir tədqiqatçi kimi 
qiymətləndirilmişdir. Bədii tərcümə sahəsində Servantesin “Don Kixot” romanı (1983-1985), tarix sahəsində 
“Herodot tarixi” (doqquz kitab, İki cilddə 1999) respubilkamızda tam halında ilk tərcümədir. 
Həyatının çox hissəsini elmin,təhsilin tərəqqisi naminə sərf edən, düşünüb-daşınmaqdan beyni, 
yazıb-yaratmaqdan əlləri qabar olmuş bu zəhmətkeş müəllimimizin fədakarlığı, mərdanəliyi qarşısında onun
bütün yetirmələri baş əyir. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin