Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: M.Şahtaxtlı, Azərbaycan Xalq Cümhuriyyəti, Bakı Dövlət Universiteti, təhsil, dil, əlifba.    XƏLİL YUSİFLİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə76/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   72   73   74   75   76   77   78   79   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərM.Şahtaxtlı, Azərbaycan Xalq Cümhuriyyəti, Bakı Dövlət Universiteti, təhsil, dil, əlifba. 
 
XƏLİL YUSİFLİ 
Əməkdar elm xadimi, professor 
Gəncə Dövlət Universiteti 
 
BAKI DÖVLƏT UNİVERSİTETİ VƏ AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞININ İNKİŞAFI 
 
Tarixən məlum bir həqiqətdir ki, Filologiya fakültəsi Bakı Dövlət Universitetinin ilk fakültələrindən 
biri olmuş və yarandığı gündən filologiya elminin inkişafına əvəzsiz töhfələr vermişdir. Mənim universitetdə 
oxuduğum müddətdə biz tələbələrin gözü qarşısında indi də dəyərini itirməyən və bəlkə, hələ çox zamanlar 
üçün əlçatmaz olan əsərlər yaranırdı. Bakı Dövlət Universitetinin müəllimlərinin XX əsrin 50-60-cı illərində 
pedaqoji fəaliyyətləri ilə bərabər yaratdıqları fundamental dəsliklər bu gün də müasirdir. Məmməd Arif 
Dadaşzadə, Məmməd Cəfər, Həmid Araslı, Mir Cəlal, Əli Sultanlı, Pənah Xəlilov, Feyzulla 
Qasımzadə,Bəxtiyar Vahabzadə, Hadi Mirzəzadə, Əlövsət Abdullayev, Muxtar Zamanov, Əli Fəhmi və 


BDU-nun Filologiya fakültəsi - 100 
54 
onların həmkarlarının Azərbaycan elminə verdiyi töhfələr ölçüyə gəlməz dərəcədə qiymətlidir. Onlar tədris 
ilə elmi bir-birindən ayrılmaz bir çəklə gətirmişdilər. Müasir Azərbaycan ədəbiyyatşünaslığı onların gördüyü 
işlər, yazdığı əsərlər üzərində indiki səviyyəyə gəlib çatmışdır.
1946-cı ildə Azərbaycan ədəbiyyatşünaslığının inkişaf istiqamətlərini dəyişdirən bir məcmuə nəşr 
olunur. Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat məcmuə”sinin II cildində nəşr olunan məqalələrin, 
demək olar ki, hamısı Bakı Dövlət Universitetinin filologiya Fakültəsinin müəllimlərinin qələminə məxsus 
idi. Mir Cəlalın “Nizami və Füzuli şeirində bəzi müqayisələr”, H.Araslının “Füzuli sələflərindən – Kişvəri” 
və “Qövsi Təbrizi”, Ə.Sultanlının “Rəşid bəy Əfəndiyevin dramaturgiyası”, M.Arifin “Bədii dil və üslub”, 
M.Cəfərin “Tənqid və moizə” məqalələri dərc olunmuşdu. Bu məqalələrin hər biri indi də nümunə və örnək 
ola bilən tədqiqatlardır.
Filologiya fakültəsinin görkəmli pedaqoqlarından Mir Cəlal böyük yazıçı olmaqla bərabər qüdrətli 
ədəbiyyatşünas idi. Onun “Füzulinin poetik xüsusyyətləri”, “Füzuli sənətkarlığı”, “Klassiklər və müasirlər”, 
“XX əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatşünaslığın əsasları” adlı monoqrafiya və dərslikləri
Azərbaycan filologiyasının ən qiymətli əsərləridir. Mir Cəlal eyni zamanda yeni filoloq kadrların yetişməsinə 
böyük diqqət göstərmiş, onun qayğısı ilə N.Həsənzadə, F.Hüseynov, M.Məmmədov kimi filoloq alimlər 
yetişmişdir. Böyük bir fikir insanı olan Mir Cəlalın hər bir əsəri yüksək səriştə ilə bərabər həm də qəlbinin 
hərarəti ilə yazılmışdır. Azərbaycan ədəbiyyatşünaslarının bir çox nümayəndələri bu sadə, pak insanın və 
böyük alimin yetirmələridir. Fikrimi uzun illər öncə müəllimim Mir Cəlal haqqında yazdığım şeirin bir bəndi 
ilə bitirmək istərdim: 
Hər zaman qarşımda bir nur heykəli sima durur, 
Bir böyük insanlıq eşqi, bir böyük məna durur. 
Gah olur dostlarla birgə, gah olur tənha durur, 
Mir Cəlal dünyası adlı bir təmiz dünya durur
Bakı Dövlət Universitetinin pedaqoji kollektivinin ərsəyə gətirdiyi məqalə, monoqrafiya və dərsliklər 
elmə, xalqa, insanlığa xidmət nümunələridir. Mən bu əqidədəyəm ki, Azərbaycan təhsilinin və elminin baş 
məbədgahı olan Bakı Dövlət Universiteti; onun akademik, professor, müəllim heyəti bu uca təhsil və elm 
ocağının şərəfini həmişə uca tutmuş və tutacaqdır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin