BDU-nun Filologiya fakültəsi - 100
59
Azad Nəbiyev yaradıcılığı folklorşünaslığımızın xüsusi mərhələsidir və onun yaratdığı ənənələr
əsasında Azərbaycan folklorşünaslarının böyük bir nəsli formalaşmışdır.
Milli düşüncəmizin əsas mərkəzlərini vətəndaşlıq yanğısı ilə tədqiq edən Azad Nəbiyev öz əsərləri ilə
folklorşünaslığımız, eləcə də onunla əlaqəli olan digər
elm sahələri üçün əsl qaynaq, mənbə, nəzəri-
metodoloji baza yaratmışdır.
A.Nəbiyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ən samballı
fakültələrindən olan Filologiya fakültəsinə daxil olmuş, ədəbi mühitin fəal iştirakçısına çevrilmişdir.
Təhsil aldığı dövrdə (1963-1967) müəllimlərinin nəzər-diqqətini cəlb edən A.Nəbiyev ilk yazılarını da bu
vaxtlar nəşr etdirmişdir.
Müəllimi Mir Cəlalın təklifi ilə universitetin aspiranturasına daxil olan Azad Nəbiyev burada folklorşünaslıq
ixtisasını seçir. 1972-ci ildə “Koroğlu” dastanının müqayisəli və tipoloji tədqiqi”
mövzusunda namizədlik
dissertasiyası müdafiə edir.
1976-cı ildən universitetin Filologiya fakültəsində “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasına
müəllim vəzifəsində çalışır. 1981-ci ildə Tbilisidə “Azərbaycan - özbək folklorunun tipologiyası və qarşılıqlı
əlaqəsi” probleminə həsr olunmuş doktorluq dissertasiyası müdafiə edir, bir il sonra professor vəzifəsinə
seçilir. Azərbaycan folklorunun
tarixi və nəzəri məsələlərini, milli mifologiyanın az öyrənilmiş
problemlərini alim böyük səylə araşdırır.
1989-cu ildə Azad Nəbiyevin təşəbbüsü ilə Filologiya fakültəsində ilk və hələlik yeganə Folklor
kafedrası yaradılır. Bu isə folklorumuzun tədrisini yeni əsasda təşkil edilməsini təmin etdi. Azad Nəbiyev
özünəməxsus folklor məktəbini yaratdı, yaxın və uzaq xaricdə görkəmli elm xadimi kimi tanındı.
Azad Nəbiyevin bir alim kimi uğurları,
hər şeydən əvvəl, onun vətənə, torpağa bağlılığı,
Azərbaycançılıq sevgisi, çoxcəhətli pedaqoji fəaliyyəti, milli dəyərləri ardıcıl şəkildə öyrənib təbliğ etməsi
ilə bağlı idi. O, folklorşünas kadrların hazırlanması
sahəsinə böyük əmək sərf etmiş, həssas müəllim kimi
yüksək nüfuz qazanmışdı. Onun rəhbərliyi altında onlarla elmlər doktoru və namizədi yetişmişdir.
Dostları ilə paylaş: