Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: pyes, müəllim surətləri, müəllim mövqeyi, ölməyən xəzinə, ana dili.    KƏMALƏ NƏCƏFOVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə91/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   87   88   89   90   91   92   93   94   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərpyes, müəllim surətləri, müəllim mövqeyi, ölməyən xəzinə, ana dili. 
 
KƏMALƏ NƏCƏFOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
BDU-da TÜRK XALQLARI ƏDƏBİYYATININ TƏDRİSİ TARİXİ 
Bakı Dövlət Universitetində türk xalqlarının ədəbiyyatı 40 ildən artıqdır ki, tədris olunur. Qeyd edək 
ki, bu fənnin tədrisi üzrə ilk kafedra 1973-cü ildə “SSRİ xalqları ədəbiyyatı” adı ilə məhz BDU-da 
yaradılmışdır. 1989-cu ildən kafedra “Türk və şərqi slavyan xalqları ədəbiyyatı”, 2004-cü ildən “Türk 
xalqları ədəbiyyatı” adı ilə fəaliyyət göstərmişdir. Sovet dönəmində fənnin tədrisi prosesində siyasi-ideoloji 
aspektlərə daha çox diqqət yetirilirdi. Dövrün tələbi ilə sovet ideologiyasına uyğun sənətkarlara və əsərlərə 
daha geniş yer verilirdi. Etnik təfəkkür hadisələrinin səciyyəvi cəhətləri məqsədli şəkildə təhrif olunurdu. 
Eyni etnik kökdən olan türk xalqları folklorunun və yazılı ədəbiyyatının mənimsədilməsində bəzi təbliğati 
məsələlər ön plana çəkilir, yadlaşdırılmağa cəhdlər göstərilən türk xalqları adına qan qohumluğundan irəli 
gələn hallar mümkün dərəcədə qabardılmırdı. Türkiyə ədəbiyyatı türk xalqları ədəbiyyatından tamamilə 
təcrid edilmişdi. Azərbaycan müstəqllik qazandıqdan sonra bütün bunlar tədricən aradan qaldırıldı. Hal-
hazırda fənnin tədrisi prosesində əksər türk xaqlarının – Türkiyə türklərinin, qazaxların, qırğızların, 
özbəklərin, türkmənlərin, tatarların ədəbiyyatı öyrədilir. Adları çəkilən xalqların folkloru ən qədim dövrdən 
tutmuş müasir mərhələyə qədərki yazılı ədəbiyyatı mümkün dərəcədə əhatə olunur. Eyni zamanda türk 
dünyasının etnik-mədəni sərvətinin yaranmasında, milli söz sənətinin inkişafında xüsusi xidmətləri olan 
şəxsiyyətlərin həyat və yaradıcılığı ayrıca tədris edilir. Türk xalqları ədəbiyyatının tədrisi ona görə vacib və 
zəruridir ki, bu xalqlar dünya söz sənətinin tarixinə əbədi həkk olunmuş sənətkarlar və bədii nümunələr 
yaradıblar. Bu biliklərin gənc nəslə çatdırılması və mənimsədilməsi olduqca vacibdir. Tədris zamanı türk 
xalqlarının genetik əlaqələrinin, mənəvi dəyərlərinin bağlılığı qabarıq şəkildə nəzərə çatdırılır. Türk xalqları 
ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqələri məsələləri də mühazirələrdə daim diqqətdə 
saxlanılır. Bütövlükdə, bu ədəbiyyatın tədrisi türkçülüyü təbliğ etmək, türk xalqlarını mənəvi dəyərlər 
baxımından birləşdirmək məqsədinə xidmət edir. Bu mənada bu gün ümumtürk mədəniyyətini daha da 
zənginləşdirmək, ədəbi-mədəni əlaqələri inkişaf etdirmək istiqamətində böyük işlər görüldüyü bir zamanda 
türk xalqları ədəbiyyatının tədrisi olduqca aktualdır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin