Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Həmid Araslı, Fədai, “Bəxtiyarnamə”, şifahi xalq ədəbiyyatı.  FİRUZƏ SADIQOVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə96/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   92   93   94   95   96   97   98   99   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərHəmid Araslı, Fədai, “Bəxtiyarnamə”, şifahi xalq ədəbiyyatı. 
FİRUZƏ SADIQOVA 
Bakı Dövlət Universiteti 
 
RAMİZ ƏSKƏRİN TƏRCÜMƏ YARADICILIĞINDA “QUTADĞU BİLİG” POEMASI 
BDU-nun Türkologiya kafedrasının müdiri, “Şöhrət” ordenli Ramiz Əskərin elm sahəsində əldə 
etdiyi qeyri-adi nailliyyətlər onu təkcə Azərbaycanda deyil, həm də bütün türk dünyasında yüksək səviyyəli 
bir alim kimi şöhrətləndirmişdir. Ramiz Əskər şair, jurnalist, publisist olmaqla yanaşı, eyni zamanda 
tərcümələri ilə də tanınır. “Monqolların gizli tarixi”, Yusif Xas Hacibin “Qutadğu bilik”, Z.M. Baburun 
“Baburnamə”, B.Çobanzadənin “Seçilmiş əsərləri”, B.Ögəlin “Türk mifologiyası”, F.Sümərin “Oğuzlar” və 
s. əsərlər bu qəbildəndir. Tərcümələri içərsində Yusif Xas Hacibin “Qutadğu Bilig”poeması xüsusi yer tutur. 
Bu günə qədər türk dilinin fundamental mənbələrindən olan “Qutadgu Bilig” haqqında bir çox tədqiqatlar 
aparılsa da, “Qutadğu Bilig”in oxunması, tərcüməsi və kataloquna dair yeni şərhlər, düzəlişlər və təkliflər 
hələ də davam edir. Ramiz Əskərin 492 səhifədən ibarət 1994-cü ildə çap olunmuş “Yusif Balasaqunlu 
Qutadğu Bilig”, 2003-cü ildə 320 səhifəlik “Qutadğu Bilig”, 2016-cı ildə 292 səhifəlik “Kutadgu Bilig 
bibliyografyası”, 2017-ci idə 356 səhifəlik “Yusuf Balasaguni və Kutadgu Bilig bibliyografyası”, 2017-ci 
ildə 136 səhifəlik “Qutadğu Bilig hikmətləri” kitabları işıq üzü görmüşdür. Qeyd edək ki, alimin namizədlik 
dissertasiyası da “Yusif Balasağuninin “Qutadğu Bilig” poemasında adlar" mövzusuna həsr olunmuşdur. Bu 
isə o deməkdir ki, R.Əskər təkcə bu tarixi abidənin tərcüməçisi deyil, həm sanballı tədqiqatçısıdır.
Türkoloq alimin araşdırmaları içərisində “Qutadğu Bilig”in tarixi, bədii-poetik üslubu, dil 
xüsusiyyətlərinə həsr olunmuş çoxlu dəyərli əsərləri vardır. Poemanın mövzusu öyüddür və mübahisə
danışıq şəklində yazılmışdır. Yusif Xas Hacib Balasağunlunun türk xalqlarının mədəniyyəti, ədəbiyyatı və 
ictimai-siyasi fikir tarixində xüsusi yeri vardır. “Qutadğu Bilig” eyni zamanda insanı mənəvi kamilliyə
əməyə səsləyən, ona elm və bilik öyrədən, dəyərli ağıl və tövsiyələr, ibrətli öyüdlər, təcrübi nəsihətlər verən 
çox faydalı bir didaktik əsər, mükəmməl bir poema – möhtəşəm ədəbi-mədəni abidədir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin