Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Mir Cəlal, Azərbaycan ədəbiyyatı, fəlsəfi lirika, Nəsimi, Füzuli



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə102/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   98   99   100   101   102   103   104   105   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərMir Cəlal, Azərbaycan ədəbiyyatı, fəlsəfi lirika, Nəsimi, Füzuli. 
 
ÜLKƏR SƏLİMOVA 
Bakı Dövlət Universiteti 
 
MİR CƏLAL PAŞAYEVİN YARADICILIQ YOLUNA BİR NƏZƏR 
 
Mir Cəlal - bu iki kəlmə Azərbaycan ədəbiyyatında dolğun, möhtəşəm və nəhəng səslənir. Mir Cəlal 
ömrünün manifesti özünü yazıçı, alim və müəllimlikdə göstərir. Bu üç müqəddəs sənəti öz müdrik 
şəxsiyyətində cəmləşdirən Mir Cəlalın XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı 
xidmətləri misilsizdir. 
Mir Cəlal barədə ən səmimi duyğuları Süleyman Rüstəm çox gözəl ifadə etmişdir: 
Sadə ürəklərdə yandırıb çıraq, 


BDU-nun Filologiya fakültəsi - 100 
70 
Qazandın ellərin məhəbbətini. 
Böyük şəxsiyyətlər tarix fonunda yetişirlər. Allahın nurundan yaranan insan böyük hikmətlər dəryasına, 
bəşəriyyətin sevimlisinə çevrilə bilər. Mayasında halallıq, sevgi, paklıq, istedad olan yerdə Allah sənin 
istəyinə, arzularına köməkçi olur. Elə bu istəklə dünyaya göz açmış Mir Cəlal Azərbaycan ədəbiyyatına bir 
töhfə olmuşdur.
XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir 
Cəlal sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanındı, görkəmli nasir kimi Azərbaycan 
ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutdu. 
Mir Cəlalın yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati 
məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun 
inkişafını, xalq həyatının real görüntüsünü nəsr dilində aydın şəkildə vermək mümkündür.
Mir Cəlalı əvvəlcə yazıçı kimi tanısaq da, sonrakı illər o, böyük ədəbiyyatşünas alim, nüfuzlu pedaqoq 
kimi nəzərlərimizdə böyüyür. 
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də 
müstəsna və özünəməxsus yer tutmuşdur. O, böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün
ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, özü də mənən uca zirvələr fəth etmiş, şəxsiyyət kimi 
müdrikləşmişdi. 
Mir Cəlalın müəllimlik fəaliyyəti haqqında araşdırmalar apardıqda belə qənaətə gəlmək olur ki, o, 
tələbələrin xatirində olduqca sadə, səmimi, mehriban bir müəllim kimi yaşayır. 
Mir Cəlal müəllim haqqında onlarca, yüzlərlə xatirələr danışılır, yazılır. Onun ədəbi irsi elmi 
araşdırmaların mövzusuna çevrilir. 
Əziz müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, 
ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaqdır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin