Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə100/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   96   97   98   99   100   101   102   103   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: elm, bədii üslub, şeir, fonetik, leksik. 
 
PAKİZƏ ZAKİROVA 
AMEA-nın Şəki Regional Elmi Mərkəzi, ADPU-nun Şəki filialı 
ARİF ABDULLAZADƏ – ALİM-ŞAİR 
 
Arif Abdullazadə XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, ideya yükü baxımından 
orijinal əsərlər yaradan, lakin nədənsə haqqında az danışılan bir müəllifdir. Sözügedən tezis A.Abdullazadə 
irsinin araşdırılmasına həsr olunmuş, tərəfimizdən həyata keçirilən irihəcmli tədqiqat işinin kiçik bir hissəsini 
təşkil etməklə, qısaca olaraq alim-şairin ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətini işıqlandırmağa 
hesablanmışdır. 
Şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Arif 
Əbdürrəhman oğlu Abdullazadə (1940-2002) Şəkidə dünyaya göz açmış, burada orta məktəbi bitirdikdən 
sonra 1956-1961-ci illərdə o zamankı ADU-nun Filologiya fakültəsində təhsil almışdır. A.Abdullazadə
1966-cı ildə “Qafur Qantəmirin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1977-ci ildə “Azərbaycan 
poeziyasında yaradıcılıq üslubları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan 
SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor 
olmuşdur. A.Abdullazadə sonradan Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi kimi işə başlamışdır. 
Gənc alim zamanla həmin institutda Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsinə qədər 
yüksəlmiş və ömrünün sonuna kimi həmin vəzifədə qalmışdır (1993-2002). Professor A.Abdullazadə yeddi 
namizədlik dissertasiyasına rəhbərlik etmişdir. Azərbaycan və SSRİ Yazıçılar İttifaqlarının üzvü olan şair 
uzun müddət Yazıçılar Birliyində poeziya bölməsinin sədri olmuşdur.


BDU-nun Filologiya fakültəsi - 100 
69 
A.Abdullazadə 12 şeir kitabı, 2 pyes, 5 roman, çoxsaylı məqalələri və monoqrafiyaları ilə ədəbi 
aləmdə tanınmışdır. 
Prof. A.Abdullazadənin ədəbiyyatşünaslıq sahəsində fəaliyyətini aşağıdakı bir neçə istiqamət üzrə 
tədqiqata cəlb etmək mümkündür: 
- Ədəbiyyat nəzəriyyəsi və üslubiyyat məsələlərinə həsr olunmuş monoqrafiyaları; 
- Ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığının araşdırıldığı monoqrafiyaları; 
- Ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığına həsr olunmuş elmi və elmi-publisistik 
məqalələri;
- Redaktoru olduğu, tərtib etdiyi və nəşrinə məsul olduğu kitablar; 
- Rəhbərlik etdiyi və rəyçisi olduğu dissertasiyalar. 
Sadalanan təsnifata aid hər bir bəndin genişplanlı tədqiqi belə bir fikir söyləməyə əsas verir ki,
Professor A.Abdullazadə XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elmində müstəna xidmətləri olan bir alimdir. 
Xüsusilə, onun fərdi yaradıcılıq üslubları ilə bağlı tədqiqatları bu gün də öz aktuallığını qoruyur və onların 
tədqiqatına ehtiyac var.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin