Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: tədqiq, əsərlər, roman, folklor, aşıq yaradıcılığı



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə107/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   103   104   105   106   107   108   109   110   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: tədqiq, əsərlər, roman, folklor, aşıq yaradıcılığı. 
 
AYGÜN ƏLİYEVA 
Bakı Dövlət Universiteti (magistrant) 
ƏRƏB QƏLİBİNƏ SALINMIŞ TÜRK RUHU MALİK MAHMUDOVUN ƏDƏBİYYATŞÜNASLIQ 
ARAŞDIRMALARI KONTEKSTİNDƏ 
 
Ölkənin və millətin tarixində olan ədəbiyyata nəzər saldıqda diqqətdən yayınmayan faktlardandır ki, 
hakim sinif və idarəçi millətin təsiri ədəbiyyatdan yan keçməmişdir. Bu baxımdan Azərbaycan ədəbiyyatı dil 
konteksti əsasında üç dövrə bölünmüşdür ki, bununla da geniş bir epoxa, xəzinə yaratmışdır. Həmin prinsipə 
əsasən milli ədəbiyyat ərəbdilli, farsdilli və müasir mərhələ – türkdilli dövrlərə ayrılır. 
Azərbaycan ədəbiyyatının böyük və fundamental bir hissəsini ərəbdilli ədəbiyyat təşkil edir. Həmin 
dövrün ilkin araşdırıcısı və görkəmli tədqiqatçılarından olan professor Malik Mahmudovun yaradıcılıq yolu 
Bakı Dövlət Universitetinin tarixində silinməz töfhə olaraq qalır. Müəllifin araşdırdığı sahə üzrə dərin və 
sistemli tədqiqatları gərgin əməyin bəhrəsidir. Həmin tədqiqatlar bu gün də BDU-nun filologiya və 
şərqşünaslıq fakültələri tərəfindən dərslik kimi istifadə olunur.
Ərəbdilli ədəbiyyatın beş əsrlik nəhəng bir dövrünü tədqiqata cəlb edən alimin bu xüsusda üç 
monoqrafiya, bir kitab və qırxdan çox məqaləsi vardır. Bu yöndə ilkin əsərləri isə Azərbaycan ərəbdilli 
ədəbiyyatının görkəmli siması, ədəbi tənqidin ilk təcrübəçilərindən olan və ən sanballı nümunələrini ərsəyə 
gətirən Xətib Təbrizi haqqında olmuşdur. “Xətib Təbrizinin həyat və yaradıcılığı” (1972), “Piyada... 
Təbrizdən Şama qədər” (1982) kitabları müəllifin geniş axtarışları və sistemli təhlilləri əsasında meydana 
gələn əsərlərdir. Bu əsərlər ilkin mənbələrin hərtərəfli araşdırılmasının nəticəsidir. Müəllif kitablarda 
X.Təbrizinin yaradıcılığını və elmi fəaliyyətini, şərhlərini dövrün digər şərhçi alimlərinin kitabları ilə 
müqayisəli şəkildə təhlil edib fərqli və üstün cəhətlərini vurğulayaraq onu həm dilçi, həm ədəbiyyatşünas, 
həm də tənqidçi kimi oxuculara təqdim etmişdir. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin