BDU-nun Filologiya fakültəsi - 100
78
ƏSMƏT İMANOVA
Bakı Dövlət Universiteti (bakalavriat)
BƏXTİYAR VAHABZADƏ LİRİKASINDA ANA DİLİ MƏSƏLƏSİ
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olmaqla yanaşı,
həm də
ədəbiyyatşünas alimdir. O, gənc yaşlarından həm poeziya, həm də ədəbiyyatşünaslıq
sahəsində qələmini
sınamışdır. Bəxtiyar Vahabzadə etiraf edir ki, “mən qələmə aldığım
mövzunu əvvəlcə duymuş, onunla
yaşamış, bundan sonra onu yazıya köçürmüşəm”. Onun əsərlərinin populyarlığının səbəbi xalq həyatı və xalq
şeiri ənənələrinə möhkəm bağlılığıdır. Məlum hadisələri şeir dilinə çevirərkən başqalarının işlətdiyi naxışları
təkrar etmir. Şair çox sadə mətləbləri mənalandırmağı, oxucusuna aşılamaq istədiyi
fikri poetik hiss və
duyğularla yoğurub, əsl sənət dilinə çevirməyi bacarır. O, öz əsərlərində dilin xalq üçün necə dəyərli mənəvi
sərvət olması fikrini aşılamaq istəyib və dilimizin əhatə dairəsini genişləndirib. Şair dilin insanlar arasında
təkcə ünsiyyət vasitəsi kimi yox, məxsus olduğu xalqın tarixini özündə
ehtiva edən bir vasitə kimi
qiymətləndirib. Onun “Əlifba kitabı”, “Oğluma”, “Ana dili”, “Latın dili”, “Fəxriyyə”, “Özgə”, “Özümdən
özümə şikayət” və başqa şeirlərində ana dilimizin milli-mənəvi düşüncənin formalaşmasındakı əhəmiyyəti
haqqında danışılır, ana dilinə xor baxanlar tənqid hədəfinə tuş gəlirlər:
Ey doğma dilində danışmağı ar bilən, fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun!
Şair
çox gözəl bilirdi ki, millətin məhvinə yalnız bir yolla nail olmaq mümkündür: onun dilini ələ
almaqla! Bəxtiyar Vahabzadə “Saray-daxma”
şeirində göstərmişdir ki, “Baxın, bugünkü rütbəli məmurlar
yenə də öz övladlarını
anadilli məktəbdə oxutmurlar, onlarla rus dilində danışırlar, bunu da özlərinə fəxr
bilirlər. Demək, milləti, onun dilini saxlayan yenə də sadə insanlardır”.
Sabirə ithaf olunan “Fəxriyyə” şeirində ana dili probleminə toxunan şair bu dildə danışmağı şəninə
sığışdırmayan, özgə dili mədəniyyət hesab edənləri sərt şəkildə tənqid edirdi.
Beləliklə, şairin bu şeirlərindən məlum olur ki, ana dili məsələsi onun yaradıclığının əsas xəttini təşkil
etmişdir.
Dostları ilə paylaş: