Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Heydər Əliyev, tərcümeyi-hal, Azərbaycan ədəbiyyatı, milli siyasət, milli şüur. AYNUR MUSTAFAYEVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə113/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   109   110   111   112   113   114   115   116   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərHeydər Əliyev, tərcümeyi-hal, Azərbaycan ədəbiyyatı, milli siyasət, milli şüur.
AYNUR MUSTAFAYEVA 
Bakı Dövlət Universiteti (bakalavriat) 
BİR ƏDƏBİYYATŞÜNAS ALİM HAQQINDA QEYDLƏR
 
Professor Yeganə İsmayılova 2005-ci ildən etibarən Bakı Dövlət Universitetinin Filologiya 
fakültəsində müəllim işləyir. 2002-ci ildə “Koroğlu” dastanında obrazlar sistemi” mövzusunda 
namizədlik, 2014-cü ildə “Kitabi–Dədə Qorqud” dastanları və yazılı ədəbiyyat” mövzusunda doktorluq 
dissertasiyasını müdafiə edib. AMEA-nın kitabxanasında tədqiqat işi ilə bağlı araşdırmalar apararkən 
təsadüfən Vəli Xuluflunun “Koroğlu” – 1929-cu il nəşrini görüb və onu müasir tələblərə uyğun tərtib 
edərək nəşrə verib. O, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının ən böyük tədqiqatçılarından biridir. 
Prof. Asif Rüstəmli haqlı olaraq deyir ki, “Yeganə xanımı Dədə Qorqudun nəvəsi, Koroğlunun qızı” 
adlandırmaq olar. Onun elm aləminə verdiyi töhfələr o qədər böyükdür ki, yazmaqla, danışmaqla əsla 
bitməz. O, ədəbiyyatın bütün sahələri üzrə öz izini qoyan bir alimdir. Elə 24.10.2017-ci il tarixində 
AMEA Mərkəzi Elmi Kitabxanasında professor Yeganə İsmayılovanın nəşrə hazırladığı Feyzulla 
Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimində prof. Tofiq Hüseynovun 
çıxışının sonunda söylədiyi ifadə bunu bir daha təsdiq edir: “Bu cür möhtəşəm tədbirin keçirilməsində 
əməyi olan şəxslərə, ən başda isə Feyzulla Qasımzadənin tədqiqatçısı prof. Yeganə İsmayılovaya eşq 
olsun”. 
O, elə bir alimdir ki, mühazirələrində tələbələrinə tək ədəbiyyatdan yox, tarixdən də danışır. Hər 
zaman da söyləyir ki, “ədəbiyyat tarixdə baş verən hadisələrin bədii şəkildə təsviridir”. Yeganə xanım çox 
yaradıcı bir insandır. Keçdiyi hər bir dərsə yeni yazacağı əsər kimi baxır, nə vaxtsa qazandığı bilikləri ilə 
kifayətlənməyib, daim ədəbiyyatın inkişafı yollarında uğurlu addımlar atmaq üçün öyrənir və öyrədir. 
Biz tələbələr ondan pedaqogika ilə psixologiyanı da öyrənirik. Yerişi, duruşu, hərəkətləri, dərsi tədris 
edərkən istifadə etdiyi metod və üsulları... Tələbələrə olan münasibəti isə müəllim psixologiyasının 
necəliyini öyrədir. Sözün əsl mənasında mühazirələrində tələbələrinə mənəvi qida verən bir müəllimdir. 
2018-ci ilin fevral-mart aylarında İstanbul Universitetində Ədəbiyyat fakültəsinin tələbələri onun 
“Türk xalq ədəbiyyatına giriş”, “Əski türk dastanları” mövzusunda mühazirələrini dinləyib. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin