Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə42/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   38   39   40   41   42   43   44   45   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
32 
fərqli müəllim idi. Uzun illər Bakı Dövlət Universitetində “Azərbaycan dili və onun metodikası” 
kafedrasının müdiri vəzifəsində çalışmışdır. 
Bütün bilik və bacarığını, istedadını gənc nəslin, tələbələrinin yüksəlişinə, maariflənməsinə həsr 
etmiş Əməkdar elm xadimi Yusif Seyidovu 90 illik yubileyində hörmətlə anırıq.
Açar sözlər: Yusif Seyidov, söz birləşmələri, söz, qrammatika, dilçilik. 
 
LƏTAFƏT ƏLİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi 
Bakı Dövlət Universiteti 
DİLÇİ-METODİST ALİM RƏHİLƏ QULİYEVANIN ELMİ-PEDAQOJİ
FƏALİYYƏTİNƏ BİR NƏZƏR
 
İnsan keçdiyi həyat yoluna nəzər salarkən, münasibətdə olduğu insanları xatırlayarkən hadisələrə 
düzgün qiymət vermək, yaxşını və pisi obyektiv qiymətləndirmək iqtidarında olur. BDU-nun Filologiya 
fakültəsində çalışdığım illər ərzində müşahidələrim mənə imkan verir ki, kollektivdə, ümumən 
respublikamızda öz mükəmməl elmi-pedaqoji fəaliyyəti, həyat təcrübəsi ilə başqalarına, xüsusən də gələcək 
nəsillərə nümunə ola biləcək insanlar haqqında fikirlərimi ifadə edim. Belə insanlardan biri öz ömrünü elmə 
və təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Rəhilə İldırım qızı Quliyevadır.
Dosent R.Quliyevanın çox sadə, lakin şərəfli bir ömür yolu – tərcümeyi-halı var. O, ilk təhsilini 
Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərində alıb. 1970-ci ildə təhsilini müvəffəqiyyətlə başa 
vurduqdan sonra Xankəndi Pedaqoji İnstitutunda şərəfli müəllimlik peşəsinə başlamış, eyni zamanda 
təhsilini davam etdirərək, BDU-da namizədlik dissertasiyası müdafiə etmiş, daha sonra dosent vəzifəsində 
çalışmışdır. 
1988-ci ildə Dağlıq Qarabağ hadisələri ilə əlaqədar R.Quliyeva müəllimlik fəaliyyətini BDU-da 
davam etdirməli olur. O vaxtdan indiyə kimi o, Universitetin “Azərbaycan dili və ədəbiyyatının tədrisi 
metodikası” kafedrasında işləyir. 
R.Quliyeva BDU-da təcrübəli pedaqoq kimi öz dəstxətti ilə seçilir: o, təhsil sistemində pedaqoji 
təcrübəsi, peşəkar fəaliyyəti fərqlənir. R.Quliyeva savadlı, vətənpərvərlik və azərbaycançılıq ideologiyası 
ruhunda gənclər yetişdirməklə yanaşı, yüksək ixtisaslı müəllim-kadrların hazırlanmasında da yaxından 
iştirak edir. İ.Kantın dediyi kimi, “əxlaqi meyarların və sosial-mənəvi normaların arxasında yüksək səviyyəli 
bir zərurət, kateqorial imperativlər dayanır”.
R.Quliyevanın geniş yaradıcılıq potensialı vardır. Alimin tədqiqat istiqamətləri, əsasən, Azərbaycan 
dilinin qrammatik quruluşu və Azərbaycan dilinin tədrisi metodikasıdır. Fakültə üzrə Tədris-Metodiki 
Şuranın üzvü kimi onun pedaqoji fəaliyyəti təlimin düzgün qurulması, təhsilin keyfiyyətini yüksəltmək üçün 
yeni metodların tətbiqi, açıq dərslərin təşkili, müəllimlərin professional səviyyəsinin təhlili, təhsildəki 
problemlərin həlli istiqamətindədir. Rəhilə xanım elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə “Fəxri fərman” 
və “Təşəkkürnamə”lərlə təltif olunmuşdur. Onun çoxsaylı elmi əsərləri, metodik göstəriş və proqramları, 
dərslikləri dilçilik elmi üçün çox əhəmiyyətlidir.
R.Quliyeva respublikamızda və xaricdə keçirilən beynəlxalq konfrans, simpozium və qurultaylardakı 
maraqlı məruzələri ilə universitetimizi uğurla təmsil edir. Universitetin ictimai həyatında da yaxından iştirak 
edən təcrübəli metodist-alim Tələbə Elmi Cəmiyyətində bir çox tədbirlərin, layihələrin, elmi-tədqiqat 
işlərinin həyata keçirilməsində tələbələrin fəaliyyətinə rəhbərlik edir. O, 2015-ci ildən fakültənin 
Dissertasiya Şurası yanında Elmi Seminarın üzvüdür. 
R.Quliyeva müəllimə xas olan bütün əxlaqi keyfiyyətləri ilə gənc müəllimlərə örnəkdir, tələbələrimiz 
üçün mənəviyyat nümunəsidir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Hər birimizdə müəllimin 
hərarətli qəlbinin bir zərrəciyi vardır”. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin