Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə50/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   46   47   48   49   50   51   52   53   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: BDU, dialektologiya, məktəb, tədqiqat, ləhcə, şivə.
 
SƏBİNƏ VƏLİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
 
PROFESSOR TOFİQ MÜZƏFFƏROĞLU VƏ MÜRƏKKƏB CÜMLƏ SİNTAKSİSİ 
Yeni gənc alimlər nəslinin formalaşması və inkişafında əvəzsiz xidmətləri olan Bakı Dövlət 
Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Tofiq Müzəffəroğlu (Hacıyev) mürəkkəb cümlə 
sintaksisinin tədqiqatçılarındandır. Tofiq müəllim sözün həqiqi mənasında Azərbaycan dilinin, Azərbaycan 
dilçiliyinin təəssübkeşlərindəndir. Alimin hər bir dilçilik problemlərinə diqqətlə yanaşması onu 
başqalarından fərqləndirən xüsusiyyətlərdən biridir. O, qrammatikanın araşdırılması gərgin əmək tələb edən
mürəkkəb cümlə sintaksisinə başqa yarusdan yanaşmış və bu sahəyə aid bir çox maraqlı fikirlər gətirmişdir.
1. Cümlə yalnız qrammatik strukturdan ibarət deyil. Hər hansı bir modelin struktur təsviri prosesində 
onun semantikası barədəki məlumatı ayırmaq düzgün olmaz. Bu iki anlayış bir-birini inkar etmir. Eyni 


BDU-nun Filologiya fakültəsi - 100 
38 
sintaktik konstruksiya hər iki yöndən öyrənilə bilər və bu zaman onların kəsişən nöqtələri çoxdur. Bu 
konstruksiyanın həm mənası, həm strukturu qarşılıqlı əlaqədə öyrənilməlidir. Doğru olaraq göstərilir ki, 
semantika özül, mütləq xüsusiyyət kimi ikitərəfli xarakterə malik dil vahidinin mövcudluğunu şərtləndirir, 
funksional xüsusiyyət isə nisbi, sonradan meydana çıxan bir keyfiyyət olaraq dil vahidinin nitqdə 
reallaşmasının məhsuludur. 
2. Sintaktik vahidlərdə əlaqə və münasibət anlayışı arasında oxşar və fərqli məqamları izah etmiş, 
“münasibət” dedikdə iki və daha artıq faktın, hadisənin, situasiyanın bir-birindən asılı olmadan uyğun 
gəlməsi və ya fərqli olması başa düşülür. Məsələn, bir neçə hadisə bir-biri ilə bağlı olmadan, biri digərindən 
asılı olmadan eyni zamanda, eyni yerdə, eyni vəziyyətdə, yaxud müxtəlif zamanda, yerdə, vəziyyətdə baş 
verə bilər. Bu zaman onlar arasında zaman və ya yer məna əlaqəsindən danışmaq düzgün olmazdı. Burada 
yalnız komponentlərin məna münasibətindən bəhs etmək olar. Əlaqə isə iki situasiyanın, faktın qarşılıqlı 
bağlılığı, birinin digərini şərtləndirməsi kimi başa düşülməlidir. Bu zaman bir hadisə digər hadisəni bu və ya 
digər cəhətdən izah edir, aydınlaşdırır. Nəticə olaraq alim qənaətə gəlir ki, əlaqə həm tabesizlik, həm də 
tabelilik əsasında birləşən komponentlər arasında olursa, münasibət yalnız tabesizlik əlaqəsi əsasında 
birləşən komponentlər arasında özünü göstərir. Çünki məna əlaqəsi hər iki mürəkkəb cümlədə mövcuddur. 
Hər iki müərkkəb cümlə növündə əsas bölgü də məhz komponentlərin məna əlaqəsinə dayanır. Qarşılıqlı 
şərtlənməyə əsaslanmayan məna münasibəti yalnız tabesiz mürəkkəb cümlələrdə mümkündür. Əlaqə sıx 
bağlılıq-tabelilikdirsə, münasibət zəif-situativ bağlılıqdır.
3. Azərbaycan dilində tabeli mürəkkəb cümlənin tərəflərinin natamam formalarını (elliptik, yarımçıq 
və ixtisar) geniş planda tədqiq etmiş, onların hansı şəraitdə reallaşdığını müəyyənləşdirərək struktur-
semantik özəlliklərini meydana çıxarmışdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin