BDU-nun Filologiya fakültəsi - 100
36
Azərbaycan Xalq Cümhuriyyətinin 01.09.1919-cu il tarixində keçirilən iclasında “Bakı
Dövlət
Darifunu”, indiki Baki Dövlət Univeristetini yaratmaq barədə qərar qəbul olunmuş və bu ali təhsil ocağının
nizamnaməsi təstiq edilmişdir. Təsadüfi deyildir ki, BDU-da ilkin olaraq Filologiya fakültəsi yaradılmışdır.
Bolşeviklərin hakimiyyətə gəlməsi ilə ölkədə anti-milli siyasi proseslər aparılmış, hətta 1939-cu ildə isə latın
əlifbasından kiril əlifbasına keçid ictimai mühitdə xeyli dərəcədə durğunluq yaratmışdır. Məhz əlifba
dəyişdirmək siyasəti xalqı nəşr edilmiş elmi-ədəbi məxəzindən uzaqlaşdırmaq və gənc nəsli özündən əvvəlki
nəsilin irsindən məhrum etmək məqsədi daşımışdır. Bu deyilənlərə sübut olaraq qeyd edilməlidir ki, 1937-ci
ildə Azərbaycanda qəbul edilən Konstitusiyada dillə bağlı heç bir maddə olmamışdır. Məhz belə bir gərgin
dövrdə BDU milli dilin elmi əsaslarının qorunub saxlanmasında və inkişaf
etdirilməsində mühüm təhsil
ocağı olmuşdur.
Azərbaycan dilinin elmi tədqiqi ilə məşğul olan nümayəndələrdən B.Çobanzadə, C.Xəndan,
M.Cəfər, M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, Ə.Orucov, S.Cəfərov, Ə.Abdullayev, F.Zeynalov,
sonrakı dövrlərdə isə A.Axundov, T.Hacıyev, Y.Seyidov, N.Cəfərov və b. dilçi alimlər yetişmiş, dilin elmi
inkişafına xidmət etmişlər. Millətin min illərlə formalaşdırdığı dəyərlərin yaşadılması, bu dəyərlərin gənc
nəsillərə ötürülməsi üçün də dil mühüm hadisədir. Deməli, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda,
dəyərlər sistemidir. Xüsusi vurğulanmalıdır ki, dövlət dilinin inkişafında, ədəbi
dilin mövcudluğu vacib
amildir, bu istiqamətdə şair və yazıçıların böyük xidmətləri var. Bu sırada çoxsaylı ziyalıların adını qeyd
etmək olar... Lakin görkəmli Azərbaycan ziyalısı, milli dilin uğrunda (bir çox itgilərə hazır olmuş) mübariz
insan, mərhum akademik Mirzə İbrahimovun misilsiz xidmətləri xüsusi olaraq daim etiramla anılmalıdır.
1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə (1937-ci ildə qəbul edilən Konstitusiyada)
Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddə əlavə edilmişdir. Buna baxmayaraq,
qərar həyata
keçirilməmişdir. 1978-ci ildə keçirilən dövlət əhəmiyyətli tədbirdə ilk dəfə BDU-da bütün iştirakçılar
Azərbaycan dilində çıxış etmişlər və həmin ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili
olmasını təsbit edən maddənin daxil edilməsi, o cümlədən həmin maddədən irəli
gələn məsələlərin həyata
keçirilməsi reallaşmışdır. 1991-ci ildə dövlət müstəqilliyinin yenidən bərpasından sonra 1995-ci il noyabrın
12-də referendumla qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.
Yuxarıda deyilənlər, BDU-nun və onun Filologiya Fakültəsinin Azərbaycanın dövlətçilik tarixindəki,
ictimai-siyasi həyatındakı yerini və mühüm əhəmiyyətini bir daha sübut edir.
Dostları ilə paylaş: