Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: F.Zeynalov, türkologiya, dil tarixi, türk dilləri, Azərbaycan dili



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə47/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   43   44   45   46   47   48   49   50   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərF.Zeynalov, türkologiya, dil tarixi, türk dilləri, Azərbaycan dili. 
 
RUŞAN RUŞANZADƏ 
Siyasi elmlər üzrə fəlsəfə doktoru 
AMEA-nın Fəlsəfə İnstitutu 
BAKI DÖVLƏT UNİVERSİTETİ VƏ DÖVLƏT DİLİNİN İNSTİTUTLAŞMASI
 
İnsanın natiq və siyasi varlıq olması sosio-humanitar elmin bütün sahələrində rəhbər tutulmuşdur. Bu 
istiqamətlə, demək olar ki, millətin maddi-fiziki varlığı ilə yanaşı, onun mənəvi-ruhi varlığı da mövcuddur. 
Dil millətin mənəvi-ruhi varlığının təcəssümü və təzahürüdür. Azərbaycan xalqının təfəkkür tərzi, ifadə 
mədəniyyəti, ünsiyyət əxlaqı və ədəbi dil imkanları onun siyasi mədəniyyətinin və siyasi millət olma 
potensialının nümunəsidir. Siyasi millət hadisəsi, milli dilin dövlət dili olaraq bütöv siyasi sistemi əhatə 
etməsi ilə şərtlənir. 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dilin tarixi-siyasi nüfuzunu özünə 
qaytardı. M.Ə.Rəsulzadə başda olmaqla Cümhuriyyətinin siyasi hakimiyyəti tərəfindən 27.06.1918-ci ildə 
dövlət dili haqqınada qərar qəbul olunur və Türk dili dövlət dili olaraq elan edilir. Milli dilin dövlət dili elan 
edilməsi Azərbaycan Cümhuriyyətinin dövlət rəmzləri sırasında milli istiqlala təminatçı kimi meydana 
gəlmiş və şəxsiyyət-cəmiyyət-dövlət suverenliyinə əsaslanan dövlət quruculuğuna zəmin yaratmışdır. Həmin 
vaxtdan təhsil sisteminin də milli dildə formalaşması əsas vəzifə olmuşdur. Bununla bağlı ölkədə təhsil 
müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 28.08.1918-
ci il tarixli Qərar qəbul edilmişdir.


BDU-nun Filologiya fakültəsi - 100 
36 
Azərbaycan Xalq Cümhuriyyətinin 01.09.1919-cu il tarixində keçirilən iclasında “Bakı Dövlət 
Darifunu”, indiki Baki Dövlət Univeristetini yaratmaq barədə qərar qəbul olunmuş və bu ali təhsil ocağının 
nizamnaməsi təstiq edilmişdir. Təsadüfi deyildir ki, BDU-da ilkin olaraq Filologiya fakültəsi yaradılmışdır. 
Bolşeviklərin hakimiyyətə gəlməsi ilə ölkədə anti-milli siyasi proseslər aparılmış, hətta 1939-cu ildə isə latın 
əlifbasından kiril əlifbasına keçid ictimai mühitdə xeyli dərəcədə durğunluq yaratmışdır. Məhz əlifba 
dəyişdirmək siyasəti xalqı nəşr edilmiş elmi-ədəbi məxəzindən uzaqlaşdırmaq və gənc nəsli özündən əvvəlki 
nəsilin irsindən məhrum etmək məqsədi daşımışdır. Bu deyilənlərə sübut olaraq qeyd edilməlidir ki, 1937-ci 
ildə Azərbaycanda qəbul edilən Konstitusiyada dillə bağlı heç bir maddə olmamışdır. Məhz belə bir gərgin 
dövrdə BDU milli dilin elmi əsaslarının qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm təhsil 
ocağı olmuşdur.
Azərbaycan dilinin elmi tədqiqi ilə məşğul olan nümayəndələrdən B.Çobanzadə, C.Xəndan, 
M.Cəfər, M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, Ə.Orucov, S.Cəfərov, Ə.Abdullayev, F.Zeynalov, 
sonrakı dövrlərdə isə A.Axundov, T.Hacıyev, Y.Seyidov, N.Cəfərov və b. dilçi alimlər yetişmiş, dilin elmi 
inkişafına xidmət etmişlər. Millətin min illərlə formalaşdırdığı dəyərlərin yaşadılması, bu dəyərlərin gənc 
nəsillərə ötürülməsi üçün də dil mühüm hadisədir. Deməli, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda, 
dəyərlər sistemidir. Xüsusi vurğulanmalıdır ki, dövlət dilinin inkişafında, ədəbi dilin mövcudluğu vacib 
amildir, bu istiqamətdə şair və yazıçıların böyük xidmətləri var. Bu sırada çoxsaylı ziyalıların adını qeyd 
etmək olar... Lakin görkəmli Azərbaycan ziyalısı, milli dilin uğrunda (bir çox itgilərə hazır olmuş) mübariz 
insan, mərhum akademik Mirzə İbrahimovun misilsiz xidmətləri xüsusi olaraq daim etiramla anılmalıdır.
1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə (1937-ci ildə qəbul edilən Konstitusiyada) 
Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddə əlavə edilmişdir. Buna baxmayaraq, qərar həyata 
keçirilməmişdir. 1978-ci ildə keçirilən dövlət əhəmiyyətli tədbirdə ilk dəfə BDU-da bütün iştirakçılar 
Azərbaycan dilində çıxış etmişlər və həmin ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili 
olmasını təsbit edən maddənin daxil edilməsi, o cümlədən həmin maddədən irəli gələn məsələlərin həyata 
keçirilməsi reallaşmışdır. 1991-ci ildə dövlət müstəqilliyinin yenidən bərpasından sonra 1995-ci il noyabrın 
12-də referendumla qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. 
Yuxarıda deyilənlər, BDU-nun və onun Filologiya Fakültəsinin Azərbaycanın dövlətçilik tarixindəki, 
ictimai-siyasi həyatındakı yerini və mühüm əhəmiyyətini bir daha sübut edir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin