Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə48/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   44   45   46   47   48   49   50   51   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: milli dil, dövlətçilik, filologiya fakültəsi, ziyalılar. 
SEVİL AĞABƏYLİ 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
PROFESSOR HƏSRƏT HƏSƏNOVUN DİLÇİLİK GÖRÜŞLƏRİ
 
Bakı Dövlət Universiteti ilə birgə yaranan və bu il 100 illiyi qeyd olunan Filologiya fakültəsi zəngin 
bioqrafiyaya malikdir. Bu fakültə yarandığı vaxtdan Azərbaycanın elmi, mədəni həyatının bir parçası 
olmuşdur. Burada Azərbaycan dili və ədəbiyyatının, həmçinin dünya ədəbiyyatı və mədəniyyətinin elmi və 
tədrisi sirlərinə yiyələnən tələbələr sonradan Azərbaycan cəmiyyətinin aparıcı ziyalıları olmuşlar. 
Gürcüstanın Marneuli rayonunun Candar kəndində anadan olan professor Həsrət Həsənov da bu 
ziyalılardandır. O, 1949-cu ildə Borçalı Pedaqoji Məktəbini bitirmiş, həmin il indiki Bakı Dövlət 
Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra bir 
müddət müəllim kimi çalışmışdır. Elmi tədqiqat işinə olan maraq Həsrət müəllimi yenidən universitetə - bu 
elm məbədinə gətirmiş, 1963-cü ildən kafedranın müəllimi kimi fəaliyyət göstərmişdir. O, 1964-cü ildə 
namizədlik, 1980-ci ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. 1972-ci ildə 
dosent, 1982-ci ildə professor elmi adını almışdır. 
Azərbaycan dilinin lüğət tərkibi və lüğət fondunun tədqiqi alimin elmi fəaliyyətində mühüm yer 
tutmuşdur. “Lüğətlər necə yaranır?”, “Söz və adların yaranması”, “Azərbaycan dilinin semasiologiyası” adlı 
əsərləri sözügedən problemin araşdırılmasında onun yaradıcılığının təməl daşı olmuşdur. Tədqiqatçı-alim 
türk lüğətçilik ənənəsini davam etdirərək, “Müasir Azərbaycan dilinin omonimlər lüğəti”, “Azərbaycan 
dilinin antonimlər lüğəti”, “Azərbaycan dilinin sinonimlər lüğəti”, “Azərbaycan dilinin paronimiya və 
paronimaziya lüğəti”ni zərgər dəqiqliyi ilə tərtib etmişdir.
Alimin yaradıcılığında nitq mədəniyyəti və üslubiyyat problemləri də mühüm yer tutmuşdur. “Dilin 
ictimai mahiyyəti”, “Nitq mədəniyyəti və üslubiyyatının əsasları”, “Natiqlik sənəti” və b. araşdırmaları 
yetişən gəncliyin gözəl nitq və savadlı yazı qabiliyyətinə malik olması üçün tövsiyə olunan elmi nəticələri 
özündə əks etdirir. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin