Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə51/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   47   48   49   50   51   52   53   54   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərqrammatika, mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə, sturktur-semantika, əlaqə. 
 
TURAN HÜSEYNOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
AKADEMİK TOFİQ HACIYEVİN “CƏBRAYIL ŞİVƏSİ” MONOQRAFİYASI 
 
Azərbaycan ədəbi dilinin formalaşması və inkişafına təsir edən mənbələr içində üçünü xüsusi olaraq 
qeyd edirik. Bunlar şivələr, yazı və əcnəbi mənbələrdir. Azərbaycan dili şivələrinin ayrı-ayrılıqda tədqiqi və 
onun dil xüsusiyyətlərinin müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Akademik Tofiq Hacıyevin 
“Cəbrayıl şivəsi” adlı əsəri bu baxımdan çox qiymətlidir. Müəllifin ilk iri həcmli elmi əsəri - iyirmi beş 
yaşında tamamladığı bu dissertasiya işi Azərbaycan dialektologiyası sahəsinə ilk dəfə olaraq “keçid şivəsi” 
anlayışını gətirmişdir. Ərazisi Azərbaycanın cənub və qərb hissəsinə düşən Cəbrayıl rayonu özündə dilin 
həm cənub, həm də qərb şivə xüsusiyyətlərini birləşdirdiyi üçün bir növ keçid mövqeyində durmuşdur. 
Qrammatikanın hər bölməsini ayrılıqda araşdıran müəllif hansı şivənin xüsusiyyətlərinin daha çox üstün 
olduğunu da mütləq şəkildə göstərməyə çalışmışdır. Məsələn, fonetika bölməsində sait səsləri incələyən 
zaman müşahidə olunan cənub qrupu xüsusiyyətlərini ayrı, qərb qrupu xüsusiyyətlərini isə ayrı-ayrılıqda 
nəzərdən keçirtmişdir. Şivələrin öyrənilməsinin əhəmiyyətini müəllif dilin məhz fonetika və 
qrammatikasının tarixi cəhətdən araşdırılmasında görür. Uzun müddət ərəb əlifbasının təsirində qalan 
Azərbaycan dilinin tarixi cəhətdən araşdırılmasında dialekt materiallarının xüsusi üstünlüyü vardır. 
Dilimizdəki bəzi qrammatik formaları müasir dövrdə müəyyən etmək çətin olduğu halda, dilçilərin köməyinə 
məhz dialekt və şivələr çatır, çünki qrammatik forma və fonemlərin mühafizə edilməsi baxımından dialektlər 
çox dərin izlərə sahibdir. Müəllif ilk olaraq fonetika bölməsindən başlamış, dildəki danışıq səslərinin 
xüsusiyyətlərinin, fonetik hadisə və qanunları ayrı-ayrılıqda araşdırmış və məhz Cəbrayıl şivəsinin 
özünəməxsusluğunu qabarıq formada oxucuya çatdırmağa çalışmışdır. İkinci bölmədə isə Cəbrayıl şivəsinin 
morfoloji və sintaktik sistemi təhlilə cəlb olunmuşdur. Son fəsli təşkil edən leksika xüsusi zənginliyi ilə 
fərqlənir. Müəllif kitabın sonunda terminləri, folklor nümunələri, eyni zamanda lüğəti də göstəməklə əsərini 
tamamlayır. Tofiq Hacıyevin 1962-ci ildə müdafiə etdiyi bu dissertasiya işi uzun illərdən sonra, 2018-ci ildə 
“Cəbrayıl şivəsi” adı altında kitab formasında çap olunmuşdur. 
Açar sözlər: Tofiq Hacıyev, Cəbrayıl şivəsi, ədəbi dil, keçid şivəsi, dialekt. 
 
 
 
 
 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin