BDU-nun Filologiya fakültəsi - 100
40
Nəzəri dilçiliyin inkişafında akademik Ağamusa Axundovun da xüsusi xidmətləri olmuşdur. Onun
təkcə “Ümumi dilçilik” dərsliyi bu sahə üzrə yazılmış ən yaxşı vəsaitlərdəndir və öz aktuallığını
hələ də
qoruyur. Həmin dərslikdə dilçiliyin tarixi, nəzəriyyəsi və metodları ilə bağlı
əsas məsələlər öz əksini
tapmışdır.
Dilçiliyə öz maraqlı baxışları ilə yanaşan görkəmli alimlərimizdən biri Musa Adilov olmuşdur. Onun
fonetika, leksika, etimologiya, morfologiya, sintaksis, dil tarixi, onomastika, üslubiyyat, nitq mədəniyyəti və
s. ilə bağlı elmi əsərləri vardır. Alimin müxtəlif mövzularda 22 monoqrafiyası, 210-dan çox məqaləsi çap
olunmuşdur. Alimin “Əyləncəli dilçilik”, “Rusca-azərbaycanca dilçilik terminləri lüğəti”, “Onomastika
terminləri lüğəti” əsərləri kifayət qədər tanınır.
Azərbaycan nəzəri dilçiliyin inkişafında prof. Əbülfəz Rəcəblinin mühum rolu vardır. Belə ki, bu
sahə üzrə onun çap etdirdiyi elmi əsərlərin sayı kifayət qədər çoxdur. Alimin demək olar ki, ümumi dilçiliyin
bütün sahələrinə aid əsərləri vardır. Onun “Dilçilik tarixi” (II cilddə), “Nəzəri dilçilik”, “Sosiolinqvistika”,
“Struktur dilçilik”, “Tipoloji dilçilik”, “Universali dilçiliyi” və digər əsərləri bu sahə üzrə araşdırma aparan
tədqiqatçılar üçün əsas mənbələrdəndir. Ə.Rəcəblinin çoxaspektli araşdırmaları
demək olar ki, Azərbaycan
dilçiliyi üçün ilk tədqiqatlardır.
Hal-hazırda BDU-nun Ümumi dilçilik kafedrasında çalışan bir çox dilçilər
də bu ənənəni davam
etdirir, ümumi dilçiliyin bir çox sahələrinə aid monoqrafik tədqiqatlar aparırlar.
Dostları ilə paylaş: