BDU-nun Filologiya fakültəsi - 100
34
əvəzliyin nitq hissələri arasında mövqeyini əsaslandırmış, onların növləri və söz tutumunu dəqiqləşdirmiş,
hər bir növünün özünəməxsus leksik-semantik xüsusiyyətlərini izah etmişdir.
Onun bu sahədəki mühüm
xidmətlərindən biri Azərbaycan dilindəki əvəzlikləri digər türk dillərində işlənən əvəzliklərlə müqayisəli
şəkildə tədqiq etməsidir. Aparılan müqayisələr daha çox özünü
əvəzliyin əhatə dairəsinin, sərhədlərinin,
onun vəzifə və funksiyalarının çoxtərəfliliyində göstərir. Alimin araşdırmalarının elmi yeniliyinin başlıca
cəhətlərindən biri sintaktik vahidlərin (xüsusən mürəkkəb cümlə komponentlərinin)
və mətn
komponentlərinin əlaqələnməsində əvəzliklərin rolunun araşdırılmasıdır. Z.Şahbazovanın tədqiqatlarında: a)
əvəzliklərin məna növləri müasir türk dilləri ilə müqayisəli şəkildə tədqiq edilmişdir; b)
türk dillərində
əvəzliklərin söz tutumunun bir-birindən fərqlənmədiyi və onların fərqli və oxşar cəhətləri göstərilmişdir; c)
əvəzliyin həm morfoloji, həm də sintaktik vəzifə və funksiyaları ayrı-ayrılıqda
təhlil olunmuş, onun məna
növlərinin cümlə üzvü kimi yerinə yetiridiyi funksiyalar ilk dəfə geniş izah edilmişdir.
Dostları ilə paylaş: