Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə43/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   39   40   41   42   43   44   45   46   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Azərbaycan dili, tədris, metodika, elmi, pedaqoji.  
 
 
 
 
 
 
 
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
33 
MEHRİBAN ƏLİZADƏ 
Filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi 
Bakı Dövlət Universiteti 
 
AZƏRBAYCAN DİLİNİN LEKSİK-SEMANTİK SİSTEMİNƏ KONSEPTUAL BAXIŞ
(İSMAYIL MƏMMƏDOVUN TƏDQİQATLARI ƏSASINDA) 
 
Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Teymur oğlu Məmmədovun elmi fəaliyyətini bir 
neçə istiqamətdə nəzərdən keçirmək olar: leksikologiya və semasiologiya üzrə tədqiqatları, leksikoqrafiya 
sahəsində gördüyü işlər, ümumi dilçilik məsələləri ilə bağlı araşdırmaları. 
İsmayıl müəllimin elmi yaradıcılığının başlıca qolunu, əsasən, leksika məsələləri təşkil edir. 
“Azərbaycan dilində qrammatik sinonimlik” mövzusunda namizədlik dissertasiyası müdafiə edən
İ. Məmmədov sonralar da bu sahə üzrə araşdırmalarını davam etdirmiş, “Azərbaycan dilində qrammatik 
sinonimlik”, “Azərbaycan dili semasiologiyasına giriş”, “Azərbaycan dilinin semantikası” kimi dəyərli 
əsərlər yaratmışdır. İsmayıl müəllim “Azərbaycan dilinin semantikası” adlı fundamental monoqrafiyası ilə 
semasiologiya sahəsində sanballı alim sözünü deyə bilmiş, yüksək akademizmi ilə seçilən əsərdə leksik 
mənanın mahiyyəti, linqvistik semantika, kontekstlə leksem arasındakı münasibətlər, leksik-semantik 
sistemdəki hadisələrin idarə olunmasında və təzahüründə dil-nitq əlaqələri, dil işarələrinin virtuallığı və 
aktuallığı kimi mühüm məsələlərin nəzəri-konseptual şərhini vermişdir.
“Azərbaycan dilində sinonimlər lüğəti” və “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nin hazırlanması 
İ.Məmmədovun məhsuldar elmi fəaliyyətinin digər istiqamətini təşkil edir, onu istedadlı leksikoqraf kimi 
tanıdır. 
İsmayıl Məmmədov həm də AMEA-nın Dilçilik İnstitutunun çapdan çıxardığı 3 cildlik “Müasir 
Azərbaycan dili” əsərinin və Bakı Slavyan Universitetinin nəşr etdiyi “Azərbaycanşünaslığa giriş” kitabının 
əsas müəlliflərindən biridir. Dilçilik elminin korifeyi, semiologiya və strukturalizmin banisi Ferdinand de 
Sössürün “Ümumi dilçilik kursu” əsərinin dilimizə tərcüməsi və Azərbaycan oxucusuna təqdimi də 
İ.Məmmədovun dəyərli işlərindəndir. Ümumilikdə, İsmayıl müəllim 9 monoqrafiya və dərs vəsaiti, 2 lüğət, 
bir neçə metodik göstəriş və fənn proqramı, 100-dən artıq elmi məqalənin müəllifidir. O, Moskva, Alma-Ata, 
Kayseri, Ankarada elmi konfranslarda məruzələrlə çıxış etmiş, Azərbaycan dilçilik məktəbini layiqincə 
təmsil etmişdir.
İ.Məmmədovun zəngin yaradıcılığı ilə bərabər orijinal şəxsiyyəti ilə də həmişə diqqət mərkəzindədir. 
İsmayıl müəllimin özünəməxsusluğu ondadır ki, o həm müdrik ağsaqqal, həm də çox müasir təfəkkürə sahib 
bir insandır. Ən yeni elmi tədqiqatlar, müasir nəzəriyyə və istiqamətlər haqqında məlumatlılığı, uzun illərin 
təcrübəsi ilə kreativ düşüncənin sintezi onu daim maraqlı müsahib, etibarlı məsləhətçi edir. İnanırıq ki, hələ 
uzun illər İ.Məmmədov yeni-yeni əsərləri ilə bizi sevindirəcək, Azərbaycan dilçiliyinə yeni töhfələr verəcək. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin