Anahtar kelimeler: M.Şireliyev, Azerbaycan Türkçesi, diyalektoloji, atlas.
TƏRANƏ ŞÜKÜRLÜ Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu
YUSİF SEYİDOVUN TƏKRARSIZLIĞI Bütöv bir dilçi alimlər nəslinin ustadı sayılan Yusif Seyidov Azərbaycan dilinin görkəmli
tədqiqatçılarından idi. O, morfologiya və sintaksis problemləri ilə məşğul olub və öz sözünü müstəsna
səviyyədə deyib. Misilsiz tədqiqatları ilə Azərbaycan dilçiliyinə fərqli bir nəfəs gətirib. Hər bir alimin
elmi fəaliyyətinin ana xətti olur. Həmin istiqamət tədqiqatçını daha çox düşündürür, zəngin axtarışlara
sövq edir. O, “Nəsiminin dili” kitabında Azərbaycan dilinin inkişafı tarixində Nəsiminin rolunu
müəyyən etməyə çalışıb. Nəsimi dilini klassik şeir dilimizin başlanğıc nümunələrindən biri kimi
araşdırıb. Özünün də qeyd etdiyi kimi: “Əsər üzərində işlərkən hərdən Nəsimin fikir dünyasına daxil
olmaq arzusunda olurdum. Bunun üçün təkcə Nəsiminin şeirlərini dəfələrlə, həm də düşünə-düşünə
oxumaqla kifayətlənmirdim”. Yusif Seyidov həyatını dilçilik elminin, Azərbaycan təhsilinin inkişafına
həsr etmişdir. Onun zəngin elmi yaradıcılığı vardır. Dilimizin hərtərəfli inkişafı hər şeydən əvvəl onun elmi cəhətdən dərindən tədqiqini tələb edir. Bu
mənada, alimin “Azərbaycan dilinin qrammatikası” kitabı bu sahədə yazılmış elmi əsərlər içərisində xüsusi
yer tutur. Həmin əsər elmi və sadə bir dildə yazılmışdır. O, subyektiv fikirləri ilə morfologiya sahəsini
ənənəvi sakit axarından fərqləndirdi. Qrammatik kateqoriyaları sistem şəklində tədqiq etdi. Y.Seyidova görə,
söz dil və nitq vahidlərinin əsasında dayanır. Dilçilik elmi sözə əsaslanmadan, toxunmadan keçinə bilməz.
Azərbaycan dilində söz birləşmələri məsələsi Y.Seyidovu bütün yaradıcılığı boyu məşğul etmişdir.
Hər bir elm sahəsində olduğu kimi, söz birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif edərək
qruplaşdırılması mühüm əhəmiyyətə malikdir. Söz birləşmələrinə müxtəlif cəhətdən yanaşmaq,
qruplaşdırmaq və izah etmək Yusif Seyidovun tədqiqatlarında aparıcı yeri tutur. Tanınmış türkoloq
A.N.Kononov Yusif Seyidovun “Müasir Azərbaycan ədəbi dilində söz birləşmələri” əsərinə çox yüksək
qiymət vermişdi. Alimin fikrincə, söz birləşməsi sözlə cümlənin sərhədində dayanır. Y.Seyidov “zərf birləşmələri”ni söz birləşmələrinin növü hesab edir. Qeyd edir ki, zərf birləşmələri
bir sıra xüsusiyyətlərinə görə ismi birləşmələrə meyil etsə də, bu birləşmələrin əsas sözü zərflərdən ibarət
olduğuna görə ayrıca söz birləşməsi kimi izah edilir.
Y.Seyidovun əsərlərinin maraqlı və orijinal quruluşu var. Hamısı bir-birilə sıx bağlıdır, Azərbaycan
dilinin qrammatikasını tamamlayır. O, gözəl dilçi-alim, ədəbiyyatşünas, publisist olmaqla yanaşı, həm də