2012
MİLLİ MƏCLİSİN
AĞLAMALI
GÜLMƏCƏLƏRİ
Sabiq millət vəkilindən
gözyaşardıcı siyasi lətifələr – real
hadisələrə yumoristik baxış…
NAZİM İMANOV
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
Nazim İmanov
MİLLİ MƏCLİSİN
AĞLAMALI GÜLMƏCƏLƏRİ
Sabiq millət vəkilindən gözyaşardıcı siyasi lətifələr – real hadisələrə yumoristik
baxış…
YYSQ - Milli Virtual Kitabxananın
e-nəşri N 15 (2012)
Virtual Redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov) - yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı - 2012
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
NAZİM İMANOV
MİLLİ MƏCLİSİN
AĞLAMALI GÜLMƏCƏLƏRİ
Milli Məclisdə qazandığım dostlara ithaf edirəm...
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Əziz oxucum!
Düşünmə ki, nəsə qeyri-ciddi bir şey oxuyursan. Dünyanın ən ciddi mətləblərini cəmiyyətin diqqətinə
gətirmək istəyəndə onları çox vaxt baməzə formada deyərlər. Çünki nəyisə islah etməkdən ötrü ona gülə-
gülə acımaqdan yaxşı yol çətin ki tapıla. Amma bunun üçün də gərək kimsə əvvəlcə acıya-acıya gülə, yəni
qaziyəni qələmə ala.
Çox-çox illər əvvəl ağıllı adamlardan biri deyib ki, həqiqətən ciddi olan adam ciddi görünməz. Yəni
birisi qaşlarını çatıb sifətinə zəhmli ifadə verirsə, bu hələ onun gerçəkdən ciddi adam olduğuna heç dəlalət
etməz. Başqa bir ağıllı adam da deyib ki, dünyanın ən alçaq hərəkətlərini ciddi sifətlə edirlər.
Biz gərək özümüzə gülməyi bacaraq: özünə gülməyi bacarmayan adamın ruhunda bir natamamlıq olar.
Millət də elədir: özünə gülə bilmirsə, demək, ruhu sağlam deyil.
Mən Milli Məclisimizi, necə deyərlər, içəridən tanıyıram. 1995-2000-ci illərdə deputat olmuşam. Özü
də, deyilənə görə, ən pisi olmamışam. Müstəqil mətbuat məni bir neçə dəfə “İlin Millət Vəkili” elan edib.
Əksər qanunvericilik aktlarının təkmilləşdirilməsində fəal iştirak etmişəm. Özüm də bir çox qanun
layihələri hazırlayıb Milli Məclisə təqdim etmişəm. Bəziləri qəbul olunub və indi ölkənin qanunlarıdır.
Aralarında “Tender haqqında” və “Qrant haqqında” qanunlar da var. Amma hər halda verdiyim təkliflərin
çoxu keçməyib, görünür, ölkəni səliqə-sahmana salmaq heç də hamıya sərf etmir.
Milli Məclisin işini təkmilləşdirmək yolları haqqında mən çox danışmışam, sayını bilmədiyim qədər
müsahibələr verib, məqalələr yazmışam. Deputat olduğum dönəmdə “Milli Məclisin Nizamnaməsinə
əlavə və dəyişikliklər haqqında” Qanun layihəsi də hazırlayıb təqdim etmişəm. “Keçməyib”.
Milli Məclisin işini təkmilləşdirmək deyəndə mən bir neçə köklü dəyişiklik nəzərdə tuturam.
Birincisi, Milli Məclis, Konstitusiyada yazıldığı kimi, hakimiyyətin müstəqil qolu kimi fəaliyyət
göstərməlidir. Daha indiki kimi yuxarıdan gələn işarələrlə oturub-durmamalıdır (əslində yuxarıdan yox,
aşağıdan: çünki Prezident aparatı Milli Məclisə görə aşağıda yerləşir). Doğrudur, qanunvericiliyimiz buna
yetərincə geniş imkan yaratmır, amma bəla burasındadır ki, deputatlarımız əl-ələ verib, qibtəolunacaq bir
yekdilliklə olan-qalan səlahiyyətlərini də kiməsə ötürməyə çalışırlar.
İkincisi, hər bir normal parlamentdə olduğu kimi, bizim Milli Məclisdə də effektiv fraksiyalar
formalaşmalıdır ki, ictimai mübahisələr küçə dava-söyüşü ilə yox, parlament mükalimələri ilə həll
olunsun. Fraksiyaların yaradılmasını asanlaşdırmaq lazımdır. Mən parlament demokratiyasını azlığın
hüquqlarına qoyulan hörmətlə ölçürəm. Çoxluq, istədiyi qərarı, onsuz da keçirə bilir, amma azlığın da
imkanı olmalıdır ki, sözünü desin və qəbul edilən qərarlara təsir göstərə bilsin. Effektiv parlament
müxalifəti elə budur. Digər tərəfdən, müzakirəyə çıxarılan ayrı-ayrı məsələlər üzrə fraksiyalar adından
ümumi məruzələr hazırlanıb səsləndiriləndə parlament debatlarının səmərəliliyi kəskin şəkildə artır.
Üçüncüsü, hər bir normal parlament kimi, bizim Milli Məclis hökumət üzərində effektiv nəzarət
funksiyasını icra etməlidir. İndi biz bundan çox-çox uzağıq. Özü də qanunvericiliyimiz bu nəzarəti
qurmağa azdan-çoxdan imkan verir. Məsələn, büdcə müzakirələri gedişində. Amma bunun da iki əngəli
var: əvvələn, deputatlarımızın bir qismi bilmir ki, büdcə dinləmələri nə olan şeydir; sonra da, lap bilsə də,
sual-təklif verib büdcə layihəsini və bütövlükdə hökumətin işini yaxşılaşdırmağa çalışmaqdansa,
sağdakını-soldakını tərifləməyi üstün tutur ki, səhəri gün bir xahiş edib iş düzəltsin. Deputat olduğum
dönəmdə büdcə prosesini təkmilləşdirmək məqsədi ilə Milli Məclisin ayrıca Qərar layihəsini də hazırlayıb
təqdim etmişdim. O vaxt o da keçmədi.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Dördüncüsü, Milli Məclis ölkə vətəndaşlarını qayğılandıran problemlərin açıq müzakirə meydanı
olmalıdır. Məsələn, bizim parlament rəhbərliyindən başqa heç kəs deyə bilməz ki, Qarabağ düyünü və ya
əhalinin sosial-iqtisadi vəziyyəti və onun yaxşılaşdırılması yolları, yaxud rüşvətxorluğun əsl səbəbləri və
onların aradan qaldırılması üsulları, onlarca başqa bu qəbil problemlər Milli Məclisdə müzakirə
olunmamalıdır. Milli Məclisin strukturu, komitə və komissiyaları ölkənin ən qaynar problemlərinə
adekvat qurulmalıdır.
Beşincisi, Milli Məclis cəmiyyətə daha açıq olmalıdır. İnsanlara onun işini bilavasitə zalın içindən
izləmək imkanı verilməlidir. Bu, ikitərəfli fayda gətirərdi: həm ictimaiyyət səs verdiyi adamlar və
ümumiyyətlə, deputat korpusu haqqında dəqiq məlumata malik olar, həm də deputatların məsuliyyəti
artardı (heç olmasa, iclasda oturardılar).
Altıncısı, Milli Məclisin mədəni səviyyəsi yüksəlməlidir. İnsanlara mədəniyyət nümunəsi göstərməli
olan parlamentimiz indi təhqir və söyüş meydanına çevrilməkdədir. Milli Məclis rəhbərliyi isə bunun
qarşısını qətiyyətlə almaq əvəzinə, əksinə, şərait yaradır.
Bu siyahıda “yeddinci”, “səkkizinci”, “on səkkizinci” də var. Milli Məclisin işində çox şey dəyişməlidir.
Amma bundan ötrü ora müstəqil düşünməyi və qərar verməyi bacaran, öz şəxsi marağını boğub,
seçicilərinin mənafelərini əsas tutan, keçmişi çirkə bulaşmamış adamlar gəlməlidir. Bu da ki Sizlikdir!
Həmin insanlar, yaxşı olar ki, iqtisadiyyatı və hüququ bilsinlər. Amma bilməsələr də, yola gedər, təki
doğru-dürüst adam olsunlar, deputat mandatı ilə və bütövlükdə siyasətlə ticarət etməsinlər.
Əziz oxucum, bu kitabçanı oxuduqca gözlərin qarşısında Milli Məclisin bir obrazı yaranacaq. Güman ki,
o qədər də ürəkaçan bir mənzərə olmayacaq. Çiyinlərimizi bu ölkənin yükü altına verməliyik ki, burada
hər şey gözəl olsun, Milli Məclis də o cümlədən. Daha bu kitabçadan göz önünə gələn kimi yox...
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Bizim günlərdə giriş çox populyar olduğuna görə bu kitabçaya da bir giriş lazımdır. Ona görə də, etiraz
etmirsinizsə, kiçicik bir
GİRİŞ
1997-ci ildə 8 Mart bayramını hərə bir cür keçirdi: biri xanımına hədiyyə axtardı, bir başqası sevgilisini
restorana, ya da əli aşağıydısa, heç olmasa, dənizkənarı parka apardı, üçüncü birisi uşaqlarının anasına
telefon edib “işdən çıxa bilmirəm, darıxma, saa kurufnu padarka almışam, gələndə gətirəjəm” deyib,
məşuqəsinin yanına yollandı.
... Mən də bu ağlamalı gülməcələri yazmağa başladım. Nə yaxşı ki, başlamışam. O vaxt başlamasaydım,
indi hələ qurtarmamışdım. Zira bir işi başlamamış bitirmək qətiyyən mümkün deyil. Rəsul Quliyev
demişkən, yüz faiz.
“Faiz” Rəsul müəllimin ən sevimli sözüdür. Xüsusilə də gələcək haqqında danışanda. Təxminən belə:
“Sonra mən Azərbaycana qayıdacam, yüz faiz. Xalq məni aeroportda qarşılayıb, yüz faiz deyəcək ki, gəl
bizim dərdlərimizə çarə qıl. Mən də 2-3 ilə əsas 14-16 problemin 80 faizini 75 faiz, qalan 20 faizini də 60
faiz həll edəcəm. Yüz faiz”. Bir dəfə şübhə ilə soruşdum ki, bəs bəlkə bu axırıncı ehtimalda 90 faiz bəsdir?
Əminliklə: “nə danışırsan,-dedi,-bunun 100 faiz olması 100 faizdir”.
Nə isə... Heyf ki, gec başladım. Əvvəlki il yarımda o qədər ləzzətli əhvalat olub yadımdan çıxmışdı ki.
Əslinə qalsa, sonrakıların da bir çoxu bura düşməyib. Müxtəlif səbəblərə görə. Məsələn, elə əhvalatlar
olub ki, senzura səbəbi ilə heç yazılası deyil. O mənada yox. O mənada ki, işlədilən cümlələr-sözlər adam
arasına çıxarılası deyil.
Az-az kitab olar ki, işıq üzü görənə qədər haqqında bu kitabça qədər söz-söhbət gedə. Məsələ belə oldu.
Ağlamalı gülməcələrin bir neçəsini yazandan sonra yan-yörəmdəki adamlara danışıb, necə “işlədiyini”
yoxlamaq istədim.
Qəribədir ki, bəzən mənə son dərəcə gülməli görünənlərini danışanda dinləyicilərimin heç dodaqları da
qaçmırdı. Bəzən isə, əksinə, mənə ortabab kimi gələnlərinə adamlar gözləri yaşarıncaya qədər gülürdülər.
Danışa-danışa, adamların reaksiyasını öyrənə-öyrənə gülməcələrə bəzi intonasiya dəyişiklikləri edirdim.
Adi iş gedirdi.
Amma, əvvələn, bu danışdığım adamlar da başqalarına danışırdılar; ikincisi də, aralarında bəzən
jurnalistlər olurdu, bunların da ağzı, namxuda, çox möhkəmdir: eşitdiklərini oxucularından başqa heç
kimə söyləməzlər. Beləcə-beləcə gülməcələrin bəzisi az-çox yayıldı. Hətta elə olurdu ki, bir gülməcə beş-
altı dairə dolaşdıqdan sonra özümə tamamilə başqa şəkildə qayıdırdı. Orijinaldan yaxşı olanı da olurdu,
pis olanı da. Odur ki, ara-sıra qabağınıza tanış əhvalatlar çıxsa, təəccüblənməyin. Həm də ki, bilik atadan
yetimdir, anadan yox (Bu söz də məndən qalsın: uşaq anadan yetim olar, bilik-atadan).
Yenə də nə isə... Söhbət yayılandan sonra deputatlar hərdənbir mənə yaxınlaşıb başlarına gələnlərdən
danışar və bu əhvalatları da kitaba salmağımı xahiş edərdilər. Amma əksər hallarda janr düz gəlməzdi.
Millət vəkillərimiz özləri haqqında ancaq və yalnız qəhrəmanlıq rəvayətləri söyləyərdilər və sidq-ürəkdən
istəyərdilər ki, onları, onların fikrincə, müsbət cəhətdən səciyyələndirə biləcək hadisələr
“əbədiləşdirilsin”. Adətən belə cavab verməli olurdum ki, “ağlamalıdır, amma gülməli deyil”. Hər halda
aydındır ki, əksər deputatlarımız adlarının bu kitabçaya düşməsini istəyirdilər ki, buna qarşı deyildilər.
Mənciyəz də bundan ruhlanırdım və hələ də ruhlanmaqda davam edirəm. Hər halda kitabça çıxana qədər
belə idi, çıxandan sonra necə olacaq, bir Allah bilir.
Ona görə də ayrıca (hətta mən deyərdim – xüsusi) qeyd etməliyəm ki, kiminsə haqqında bir əhvalat
danışmaqla, kiminsə bir sözünü yada salmaqla ona, necə deyərlər, sataşmaq niyyətindən çox-çox uzağam.
Sadəcə, olan-keçənlərdən bəzilərini məzəli saydığım üçündür ki, onları qələmə almışam. Haqqında
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
danışdığım adamların bir çoxu ilə mənim çox isti münasibətlərim var, bəziləri ilə hətta “dostuq” deyə
bilərəm. Umudluyam ki, bu kitabçada kiminsə inciyə biləcəyi bir şey yoxdur. Potensial inciklərin
hamısından bəri başdan üzr istəyirəm ki, üzrxahlığı məndən məhkəmə qaydasında tələb etməsinlər. (Bu
bəladan da belə sovuşduq).
Bir də Sizdən bir xahişim var. Bu gülməcələri birnəfəsə oxumayın. Bir-ikisini oxuduqdan sonra fasilə
verin. Çaydan-zaddan içib, sonra bir az da oxuyun.
Bir xahişim də var. Tək oxumayın. Dost-yoldaşla, özü də ucadan oxuyun. Tək-tənha oturub nəsə gülməli
bir şey oxuyan adam ürəkdən gülə bilmir, çünki həmişə ehtiyatlanır ki, birdən kimsə qəfil içəri girər, onun
özbaşına güldüyünü görüb, “Bu yazığın da başına beləcə hava gəldi!” deyər.
Və nəhayət, istəməsəniz, heç yerli-dibli oxumayın. Təki canınız sağ, cibiniz dolu, kefiniz kök olsun!
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
BİR LƏZZƏTLİ FİLMİN SSENARİSİ
1996-cı ilin Dövlət Büdcəsi müzakirə edilirdi. Baş Nazirin müavini mərhum Tofiq Əzizov (Allah ona
rəhmət eləsin!) Hökumət adından etdiyi məruzəsini bitirib suallara cavab verirdi. Sonrasını
stenoqramdan götürmüşəm.
(İnanmırsınız, özünüz baxın: Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və
stenoqramları. Yaz sessiyası, 1996, 2-ci cild, səh. 318-325).
N. İmanov. Hörmətli Tofiq müəllim, 1995-ci ildə vergilər 51,6 faiz toplanıb. Siz də dediniz ki,
dünyada ikinci bir dövlət tanımırsınız ki, orada belə bir şey olsun. İndi, Sizcə, Hökumət nə etməlidir?
T. Əzizov. Bilirsiniz, biz tədbirlər görürük. Bunun iki əsas səbəbi var. Birincisi odur ki, müəssisələr
bir-birinə borcludur; ikincisi isə, bank faizləri çox yüksəkdir.
N. İmanov. Mən səbəblərini soruşmuram. Sadəcə soruşuram ki, vergilər 51 faiz toplananda Hökumət
nə etməlidir?
T. Əzizov. Sən məni niyə məcbur edirsən ki? Mən deməyəcəyəm o sözü.
R. Quliyev. Hansı sözü deməyəcəksiniz, Tofiq müəllim?
T. Əzizov. Hökumətin nə eləməli olduğunu.
R. Quliyev. Bir dəqiqə. Kim deyir ki, verginin 51 faiz yığıldığı ölkə yoxdur? Ola bilər Tofiq Əzizov
ölkələri yaxşı tanımır.
T. Əzizov. Elə də ola bilər.
R. Quliyev. Yox, elə də ola bilər yox, elə də var. Yoxsa 51 faiz heç bir ölkə yığmayıbdır! Ona görə də
Hökumət istefa verməlidir. Yəni bu sözü demək istəmirdin də...
T. Əzizov. Yox, o özü bilir, məndən də soruşur. Sonra tənəffüsdə deyərəm.
N. İmanov. Tofiq müəllim, Rəsul müəllim deyir ki, zəruri işlər görülməyib ki, xaricdən gələn pulun
arası kəsilən kimi iqtisadiyyat baş-ayaq getməsin. Belə dediniz də, Rəsul müəllim, düzdürmü? Tofiq
müəllim, Hökumət bu işləri görməyəndə nə etməlidir?
T. Əzizov. Sən nə istəyirsən, ay qardaş, dedim sənə, tənəffüsdə danışarıq da.
N. İmanov. Hazır burada danışırıq da. Gizli bir sözümüz yoxdur ki.
R. Quliyev. Yox, bir dəqiqə. Sual düz qoyulmayıb. Daha doğrusu, o suala cavab vermək çox asandır.
Mən başa düşmürəm, Tofiq müəllim, niyə çaşırsan? Hökumət niyə bu işləri görə bilməyib?
Yerdən. Onun yerinə Siz cavab verəcəksinizsə, o niyə dayanıb tribunada?
N. İmanov. Düz deyirlər. Rəsul müəllim, mənim Sizə sualım yoxdur. Hələ ki.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
T. Əzizov. Bir dəqiqə. Nazirlər Kabineti sizə burada sadaladığım tədbirləri hazırlayıb. Borcların ortadan
götürülməsi üçün komissiya yaradıb.
N. İmanov. Borc demişkən. Tofiq müəllim, bu il ilk dəfə olaraq müəssisələrin qarşılıqlı borcları ümumi
daxili məhsulu ötdü. Bu rekordu qazanan Hökumət nə etməlidir?
T. Əzizov. Təkliflər verməlidir. Təklifləri də mən sizə dedim.
N. İmanov. Bəs bu təklifləri kim gerçəkləşdirməlidir, Yazıçılar İttifaqı?
T. Əzizov. Yox, əlbəttə, Hökumət.
N. İmanov. Bəs Hökumət özü hazırladığı təklifləri özü həyata keçirə bilmirsə, nə etməlidir?
T. Əzizov. İşə düşdük də. Mən o sözü deməyəcəm, qardaş. Deyə bilmərəm. Heç demərəm də. Nəyimə
lazımdır?
R. Quliyev. Aydındır. Müzakirə çox məhsuldar keçdi. Fasilə.
22 fevral 1996-cı il
ŞİRİN ÇAYIN ZƏHƏRİ
Murtuz müəllim zala girib oturmadı, ayaqda qaldı. Və təntənəli bir səslə:
-
Hörmətli deputatlar, sizə bir şad xəbər vermək istəyirəm. Möhtərəm Prezidentimiz bizə məktub
göndərib,-dedi.
Hamı təlaş içində əvvəl bir-birinə, sonra sədrə baxdı.
- Bidiyiniz kimi, Baş Nazir yeri boşdur. Möhtərəm Prezidentimiz öz məktubunda bu yerə Artur
Rəsizadə cənablarının özünü məsləhət bilir. İndi biz onu təsdiq etməliyik. Buyurun, Artur müəllim, əgər
Sizə zəhmət olmazsa, kürsüyə qalxmanızı bütün deputatlar adından Sizdən xahiş edərdim. Kimin sualı
var?
Tablo doldu. Sual əvəzinə hamı başladı Artur müəllimi çoxdan tanımasından, onun keçdiyi şanlı həyat
yolundan və o, iş başına gələn kimi işlərin düzələcəyindən danışmağa. Çətinliklə mən də söz aldım:
- Artur müəllim, Baş Nazir təsdiq ediləndən sonra ilk olaraq hansı addımları atacaqsınız?
Cavab əsl Baş Nazir cavabı oldu:
- İndiyə qədər hansı addımları atmışamsa, bundan sonra da həmin addımlardan yavaş-yavaş atacam.
Daha böyük çətinliklə ikinci sual üçün söz ala bildim:
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Artur müəllim, görünür, Siz çox təvazökar adamsınız, çünki indiyədək atdığınız addımlar barəsində
nəinki geniş ictimaiyyətin, heç deputatların da düz-əməlli məlumatı yoxdur. İndiyə qədər hansı addımları
atmısınız ki?
- İndiyə qədər cənab Heydər Əliyev cənabları hansı addımları deyib, o addımları da atmışam.
Bu cavab isə əsl Azərbaycan Baş Nazirinin cavabı oldu. Zal narazılıqla uğuldamağa başladı. Bu yerdə
Fərəməz Maqsudov (Allah ona rəhmət eləsin!) dözmədi və yerindən qalxıb mikrofonsuz-filansız məni
tənbeh elədi:
- A kişilər, belə də iş olar? Biz burda bayram əhval-ruhiyyəsindəyik. Möhtərəm Prezident bizə məktub
yazıb. Baş Nazir qoyuruq. Sevinmək, şadlanmaq, deyib-gülmək əvəzinə bu Nazim gör nə deyir. A kişi,
ölkənin bu ağır vəziyyətində indi sual vermək vaxtıdır? Hər şirin çayımıza bir qaşıq zəhər qatmasa olmaz
ki!
P.S. Odu-budu, mən hansısa məsələ ilə bağlı çıxışa başlayar-başlamaz, Teymur Bünyadov arxadan
gileylənirdi: “Ayə, genə bu bizim şirin çayımıza zəhər qatajax!”
noyabr 1996
MİLLƏT QAYĞISI
MM-in nümayəndə heyəti Böyük Britaniyaya gedirdi. Təyyarədə yerimdən durub kiminləsə söhbət
Dostları ilə paylaş: |