liftin qabağında kulminasiyasına çatdı. Kulminasiya deyəndə ki, yəni iki partiya sədri və deputat
başladılar bir-birini hamının gözü qarşısında söyməyə.
Eldar Sabiroğlu cumdu bunları aralaşdırmağa:
- Ə Fəzail, sən YAP-ın müttəfiqisən, nağayrırsan, kişini biyabır eləmək istiyirsən?! Bıy, Xanhüseyn
məllim, tay belə yox də. Sən ağsaqqalsan axı, o nə sözdü deyirsən?! Olmadı ki!
F.Ağamalı ilə X.Kazımlı da, sağ olsunlar, bir-birini buraxıb düşdülər bu yazığın üstünə:
- Ə, rədd ol ayna (yəni o yana), elə YAP-dakı iclasda aranı qarışdıran sən olmadınmı, - və bayaqdan
söydüklərindən bir-ikisini də buna döşədilər.
E.Sabiroğlu suyu süzülə-süzülə aralandı və bu vaxt jurnalistlər cumdular ona tərəf:
- Eldar müəllim, nə olmuşdu, niyə dalaşırdılar, təqsir kimdəydi?
Eldar Sabiroğlu bir ayaqqabısının ucuna baxdı, bir burnunun qabağındakı diktofonlara və nə qədər qəribə
də olsa, sözün düzünü dedi:
- Nə Xanhüseyində taxsır var, nə Fəzaildə. Günah mən axmaxdadı ki, bulları aralaşdırmaq istədim!
fevral 2000
KONSPİRATİV HÖRMƏT
ABŞ-dan qayıtdıqdan sonra MM-ə ilk gəlişimdir. Kərim Kərimov guya məndən narazılığını ifadə
etməkçün, amma əslində öz “iqtidarçı sədaqətini” ətrafdakılara nümayiş etdirməkdən ötrü arxaya dönür:
- Hə nooldu, getdin amerkannarın yanında məmləkəti biyabır elədin? Siz müxalifətin əlinnən başqa nə
gəlir ki?!
Və sair. Görürəm ki, ciddi mübahisə yeri deyil:
- Əşi ollar heç e, Kərim müəllim, əsas məsələ başqadı. Sonra yadıma sal, deyim.
- Bah! Nə deyəcəksən?! Nə sözün var, indi de. Mənim camaatdan sirrim-zadım yoxdu.
Bir az “yox, indi yox, sonra deyərəm”dən sonra:
- De deyirsən, deyim də. Rəsul Quliyev sənə salam göndərdi.
Yan-yörəmizdəki YAP-çılar Kərim müəllimə “hücum” çəkirlər. Eldar Sabiroğlu xüsusi məzələnir:
- Ahaaa! İşin üstü açıldı. Mən həmişə bilirdim ki, bu Kərim Kərimov səkkiz yerə işdiyir.
Kərim müəllim qıpqırmızı qızarır, gah sağa, gah sola dönüb “vallah, boş sözdü” deyir. İki dəqiqə əvvəl
mənə söylədikləri nəinki ətrafdakıların, lap özünün də yadından çıxır.
* * *
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Burada əhvalat qurtarardı, amma...
Amma iki gün sonra Kərim müəllim məni MM-in dəhlizində saxlayıb pıçıltı ilə:
- Sənə sözüm var, -dedi və məni bir qırağa çəkib, oğrun-oğrun ətrafa göz gəzdirdikdən sonra:
- Doğrudan mənə salam göndərdi?, -soruşdu.
- Kim?
- O.
- Kim e? - əhvalat tamam yadımdan çıxıb.
Bir də ətrafa göz gəzdirdi. Eşidilməz dərəcədə yavaş bir pıçıltı ilə:
- Rəsul Quliyev də.
Söhbət indi yadıma düşdü:
- Hə, əlbəttə, sənnən zarafatım var?!
Bu dəfə qalib görkəmi aldı:
- Görürsən? Azdan-çoxdan bizim də hörmətimiz var.
mart 2000
OPERAYA DA BİR QUŞ
Deputatlara dəvətnamə verib, “müəllim də orda olacaq” deyib, yarızor-yarıxoş “Leyli və Məcnun”
operasına aparmışdılar. Bir dəstə deputat arxa sıralarda mövqe tutmuşdu. Hacı Madər:
- Qərdeşdər, “Leyli-Məcnun”u bilirüy də. Day hamıynan salamlaşduğ, bildilər burdeyiy, durun
gedeyün, -dedi.
Mübariz Qurbanlı:
- Hacı, nə danışırsan, -deyib yüksək (çox yüksək!) mədəni səviyyə nümayiş etdirdi, -əsər ayrı, opera
ayrı. Qalmaq lazımdı. Və pıçıltı ilə: “Belə məsləhətdi!”
- Ala, Mübariz, opera ayrı diyəndə ki, burda beyəm axırda Məcnun Leyliyə bir şey eliyə bilicey?
- Həlbəttə yox. Eliyə bilsəydi, Leyli-Məcnun olmazdı ki...
- Həri? İnteresni adamsan e. Alə, eliyə bilmiyicey, day burda iki saat neyi gözdiyirsən?
mart 2000
SARALMIŞ ARMUDUN NAĞILI
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Milli Məclisin ən ləzzətli vaqeələrindən biri “Armud fraksiyası” idi. İşin məğzi bu idi ki, biri də mən
olmaq etibarilə bir sıra deputatlar arasında yarımgizli işbirliyi var idi. Müxalifətçilər öz yerində.
İqtidarçılarla sözümüz olanda açıq danışa bilmirdik. Lehinəyə “alma”, əleyhinəyə “armud” deyirdik.
Günlərin bir günü müzakirəyə nə isə çox keyfiyyətsiz bir layihə çıxarmışdılar. Mən növbədəydim. Amma
mənə qədər çıxışa 6-7 nəfər yazılmışdı. Fikirləşirdim ki, hələ vaxta var; nədir ki, arada fırlanıb, dostlarla
danışacam.
Bu əsnada təklif verdilər ki, çıxışlar kəsilsin. Dirəşdim ki, bəs mən mütləq çıxış etməliyəm. Murtuz
müəllim yumşaldı:
- Yaxşı, -dedi, - onda Nazim danışsın, sonra səsə qoyaq.
Gördüm “fraksiya”ya işarə eləməyə vaxt qalmır, belə başladım:
- Cənab Sədr, hörmətli deputatlar! Müzakirəyə çıxarılmış Qanun layihəsi o qədər yarıtmazdı ki,
çürümüş armud iyi verir.
Və sonra layihəni ciddi bir tərzdə təhlil etdim. Amma camaat hesabını götürdü. Çıxışımı bitirən kimi bir-
iki nəfər də təkid edib, söz almaq istədi. Aranın qarışdığını hiss edən Murtuz müəllim üzünü bizə tutdu:
- Tay təkid-zad olmuyacaq, -dedi, - Özü də bura baxın, siz elə bilirsiz ki, mənim dünyadan xəbərim
yoxdu? Bilmirəm nədən danışırsız? Milli Məclis meyvə-tərəvəz yeri döyül. Yığışdırın o armud
məsələsin.
Bu incə qeyddən sonra Qanun səsə qoyulub qəbul edildi.
Ertəsi gün qəzetlər iri-iri başlıqlar verdi: “Layihədən çürük armud iyi gəlir!” və beləliklə də “Armud
fraksiyası” adlı gizli ittifaq aləmə əyan oldu.
mart 2000
SƏNƏ GÜVƏNDİYİM DAĞLAR
Rəhbərlik ölkənin sosial-iqtisadi vəziyyətini Milli Məclisin müzakirəsinə çıxarmaq istəmir. Biz də, indi
dəb olan ifadə ilə desək, israrlıyıq. Dördüncü dəfə eyni təklifi verirəm:
- Əziz Murtuz müəllim, yenə də həmişəki kimi deyəcəksiniz ki, məsləhət deyil. Amma məni Sizin
məsləhətiniz maraqlandırmır, deputatların fikri maraqlandırır. Təklifimi səsə qoyun. Görək ölkənin
iqtisadi vəziyyətini kim müzakirə etmək istəyir, kim-yox.
Murtuz müəllim gündəliklə bağlı təkliflər vermiş deputatlara cavab verməyə başlayanda arxadan məni
kimsə çağırır. Dönürəm. İxtilatımızın şirin yerində Etibar Məmmədov böyrümü dümsükləyir:
- Məəllim sənnəndi, təklif vermisən, qulağ as də.
Bu dəm Murtuz müəllim çıxışının bu hissəsini ənənəvi “məsləhət deyil” ifadəsi ilə qurtarır. Düşürəm
üstünə:
- Murtuz müəllim, dedim axı, Sizin məsləhətiniz məni maraqlandırmır. Təklifi səsə qoyun də. Deputat
deyiləm? Təklif vermişəm. Nizamnaməyə görə səsə qoymalısınız. Spiker özü Nizamnaməni pozanda
başqalarından nə tələb edə bilər? Və sair və ilaxır.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Etibar bəy uğunub gedir. Qalan deputatlar mənə təəccüblə baxırlar. Heç nə başa düşmürəm. Gülüşsə
getdikcə güclənir.
Demə, Murtuz müəllim hələ mənə yox, Asəf Hacıyevə cavab verirmiş.
aprel 2000
YAXŞI İQTİSADÇI KİMƏ DEYƏRLƏR
“Vergi Məcəlləsi”nin müzakirəsi gedişində Zəlimxan Yaqub yerindən qalxıb böyrümdə əyləşdi.
Arxamızdakıları, önümüzdəkiləri çağırıb soruşdu:
- Ay camahat, bax bu Nazim deyirsıız yaxşı ixtisadçıdı, heyləmi? İndi mən muna vergidən bir sual
verəjəm, cabavını tafsa-tafdı, tafmasa, eldə-mahalda biyavır eliyəjəm. Siz də şahid olun.
Onsuz da zalda gedən müzakirələrdən baş çıxarmayan və bu səbəbdən də təhərsiz dərəcədə darıxan
deputatlar gözlərini Zəlimxan bəyə zillədilər:
- De görüm, fahişələr gəlirrərindən vergi verməlidilərmi, yoxsa verməməlidilərmi?
Xoşbəxtlikdən cavab dərhal gəldi:
- Əgər namuslu vətəndaşdılarsa, verməlidilər.
İnsafən Zəlimxan bəy hamıdan bərk güldü. Sonra Murtuz müəllimin ona tərs-tərs baxdığını görüb pıçıltı
ilə dedi:
- Ayə, bu zalım əməlli-başdı ixtisadçıymış.
may 2000
AĞLAMALI GÜLMƏCƏLƏRİN ƏN YEKƏSİ
Sonra, 2000-ci il noyabrın 5-də Milli Məclisə yeni təyinatlar oldu. Bu əməliyyatın gülməli cəhəti onun
adına “seçki” deyilməsi idi. Elə ağlamalı cəhəti də bu idi.
noyabr 2000
İL CÜMLƏLƏRİ
1996-cı ilin Cümləsi Rəsul Quliyevdən gəldi:
“O balacaboy millət var e, ağıllı – yaponlar, ollar dəlidilər?”
1997 – Məzdək Hüseynovdan:
“İkisi də əfəl olub: nə Fərhad Şirinə bir şey eləyə bilib, nə də Kərəm – Əsliyə”.
1998 – Murtuz Ələsgərovdan:
“Mən genə də deyirəm, bəziləri Milli Məclisi siyasət meydanına çevirmək istəyir; biz buna yol
vermiyəciyik!”
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
1999 – Murtuz Ələsgərovdan:
“Milli Məclisə Fransada fransızlar fransızca Nasyanalnı Sabranya deyillər”.
2000 – Zəlimxan Yaqubdan:
“Sizi gündüz saat 3-də yaradıcılıq gecəsinə dəvət edirəm”.
Biri də desertə - Maksim Musayevdən:
“Kitaylar qıyıxgöz şeydilər, nə bilillər qoz nədi!”
Dostları ilə paylaş: |