2012 MİLLİ MƏCLİSİn ağlamali güLMƏCƏLƏRİ



Yüklə 417,79 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix26.02.2017
ölçüsü417,79 Kb.
#9811
1   2   3   4   5   6

etmək üçün qabağa keçmişdim. Geri qayıdanda gördüm ki, kəmərim bağlı olduğu üçün yerimdə 

oturmağım mümkün deyil. Qonşu kresloda oturan Ağabəy Əskərov dedi: 

 

-

 



Görürsünüzmü, Nazim bəy, Siz müxalifətçilər ancaq özünüzü düşünürsünüz. Amma biz bütün xalqın, o 

cümlədən siz müxalifətçilərin də qayğısını çəkirik. Məsələn, indicə dedilər ki, təhlükəsizlik məqsədi ilə 

kəmərləri bağlayın. Mən özümünkünü də bağladım, Sizinkini də. 

                                                                                                                          fevral 1997 

                                                                         

                                       

                            ABŞERONA HANSI ÇAY AXIR?    

 

  MM-in nümayəndə heyəti Böyük Britaniyaya səfəri gedişində Parlamentin Ekologiya Komitəsinin 



üzvləri ilə görüşə gəlmişdi. Yanımda oturan Zahid Qaralov müxalifətdən müxalifətə, yəni mənə növbəti 

dəfə gileyləndi: “Sizin diplomatiyadan-zaddan heç başınız çıxmır, indi bax gör, mən bir-iki sualla 

Ermənistanı nə təhər biabır edəcəm”. 

 

       Və başladı ingilislərə sual verməyə: 



 

    -  Təsəvvür edin ki, hər hansı bir ölkədən sizin ölkəyə axan bir çay özü ilə zəhərli sular gətirir, siz  həmin 

ölkəyə qarşı hansı sanksiyalar tətbiq edərdiniz? 

   


   Tərcümə vaxtı Britaniyalı deputat “country” (ölkə) sözünü “county” (qraflıq) kimi başa     düşdü və 

başladı bir qraflıqdan başqasına ekoloji zərər dəyərkən görülən tədbirlərdən  danışmağa. Zahid müəllim 

etiraz etdi:  

 

-  Hörmətli həmkarım, burada səbət nəhayətindən gilas tökülmür, mən qraflıqdan yox, ölkədən sual 



verdim və xahiş edirəm, sualdan qaçmayasınız, ona mərdi-mərdanə cavab verəsiniz. 

 

Gördüm ki, məsələ qəlizləşir. Qonşuma tərəf əyilib pıçıldadım ki, a müəllim, bura adadır e, ada. Başqa 

ölkədən bura çay necə axa bilər? 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 



    Qonşum da mənə tərəf əyilib pıçıltı ilə cavab verdi: 

 

-  Ə noolsun, heyliyə qalsa, Abşeron da yarımadadır, bəs ora niyə axır?     



                                                                                                                          fevral 1997 

                                          

                                        “MARKS VƏ SPENSER” MACƏRALARI   

     


    MM nümayəndə heyətinin Böyük Britaniyaya səfəri zamanı deputatlar bazarlıq etmək istədilər. Bundan 

əvvəl də Londonda bir neçə dəfə olduğuma və bir az da ingiliscə bildiyimə  görə hesab edilirdi ki, 

buralardan mən baş çıxararam. Əli Həsənov təşəbbüsü ələ aldı: 

 

-  Nazim bəy,  bizi bir yaxşı dükana apar, qalustux-zad alajam. Keyfiyyətdi mallar olsun e, geydirmə 



şeylərinən mənim aram yoxdu. Heyləsi var? 

 

-  Olmağına var,- dedim,- amma, Əli müəllim, bir balaca bahaçılıqdı. Məsələn, qalstukun ən ucuzu 70 



dollardı. 

 

-  Nə? O mənnik döyül, qağa. Bir az ucuzduğ olsun da. 



 

Arif Rəhimzadə düzəliş verdi:  

 

-  Əli müəllim, heç ucuzduğ olan yerdə də yaxşı mal olar? 



 

-  Olar, niyə olmaz ki? Bude bizdə. Düzdü, ayraportun talkuşkası bir şey döyül, amma “Gəncdik”də elə 

qəşəng mallar var kı!  

 

*  *  * 



 

        Çox götür-qoydan sonra “Marks ənd Spenser” adlı univermağa yollandıq. Avtobusda        eşitdim ki, biri o 

birinə deyir: 

 

-  Bu Arif müəllimin də heç siyasi sayıqlığı yoxdu ha. Nazim indi bizi aparacaq bu univermağa, sonra da 



Bakıda ağzını Allah yoluna qoyub danışacaq ki, bəs ölkə sosializmdən imtina edib bazar iqtisadiyyatı 

qurduğu şəraitdə YAP-çılar Marksın dükanında bazarlıq edirlər. 

 

-  O heç e, sən onu fikirləş ki, bu Marksın özü nə dəyyus adamdı, bu tərəfdən kommunizm nəzəriyyəsi yazır, 



o tərəfdən də əlaltdan dükan açıb ticarət eləyir. 

 

          *  *  * 



 

               “Marks ənd Spenser”ə çatandan bir-iki dəqiqə sonra deputatlardan biri məni zalın o biri başından 

hayladı. Nəsə fövqəladə bir şey baş verdiyini düşünüb hövlnak özümü yetirdim hadisə yerinə və belə bir 

xahiş eşitdim: 

 

-  Mən ölüm, soruş gör, bu kostyum neçəyədir? 



   

            Dedim ki, bəs bunu soruşmağa ehtiyac yoxdur, funtun işarəsindən sonra neçə yazılıbsa, deməli, qiymət o 

qədərdir. Aralanandan azacıq sonra həmkarım məni bir də çağırdı: 

 

-  Bura bax, belə məlum olur ki, bu kostyum 150 funtdur, elə? 



 

www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

-  Elədir. 



 

-  Bəs indi bu neçə dollar edir? 

 

-  Çox sadədir, vur 1,6-ya. 



 

-  Hər dəfə? 

 

-  Əlbəttə. 



 

-  Kefsən e, sən. Rəhmətliyin oğlu, mən Bakıdan bura kalkulyator gətirmişəm?! 

 

*  *  * 


 

Bundan yenicə qurtarmışdım ki, bir başqa deputat çağırıb soruşdu: 

 

-  A Nazim, bu jaketin üstündə “M” yazılıb ha, yəni ki bu “mujskoy”du? 



 

-  A kişi, ingiliscə nə “mujskoy”, nə “jenski”? “M”- yəni medium, yəni orta ölçülü. 

 

-  Nə avara dildi ə,  bu ingilis dili. Bir dil ki, heç “mujskoyu-jenskisi”də yoxdu. 



 

                                                      *  *  * 

 

     Bundan da yenicə qurtarmışdım ki, bir başqası qaça-qaça özünü yetirdi yanıma: 



 

-  Nazim, bir əla köynək tapmışam. 

 

-  Lap yaxşı.  



 

-  İstəyirəm oğluma alam. 

 

-  Allah xeyir versin, al. 



 

-  Qiyməti də sərfəlidir. 

 

-  Qardaş, lap yaxşı, almaq istəyirsən, al da. 



 

-  Yox e, deyirəm, bir baxıb görəsən bu köynək onun əyninə necə olar?  

                                                                                                                        fevral 1997 

                                                TƏMİZ VƏ GEYDİRMƏ 

 

MM nümayəndə heyətini Böyük Britaniyaya səfər zamanı müşayiət edən Corc Kanninqham  bizə məsləhət 



verirdi:  

 

-  Buradan hamı viski alıb aparır. Adətən “Çivas Reqal”ı, bir də “Coni Volker”i tanıyırlar. Amma ən yaxşı 



növlər bunlar deyil. Viski almaq istəsəniz , adlarını lövhədə yazdıqlarımdan alın. 

   


  3-4 ad yazdıqdan sonra Əli Həsənov soruşdu: 

 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

-  Cənab Kantinqram (üzünü bizə çevirib: nə avara adı var ə bunun!), indi Siz ki bu addarı yazırsıız, çox 



sağ olun. Yaxşı, tutax ki, bunnarı maqazində tapdıx. Bəs nədən biləjiyik ki, içindəki üstündə yazılannandı, 

yəni geydirmə viski döyül? 

                                                                                                               fevral 1997 

                                                   GÜC NÜMAYİŞİ 

 

Böyük Britaniya səfərindən qayıdanda Gəncəli deputat Şamil Yusifovla belə qərara gəldik ki, 



Amsterdamdakı qısa dayanacaq vaxtı aeroportun dükanına dəyək. Şamil bəy də, sağ olsun, çamadanlarını 

yükdaşımaya verməmişdi ki, bəs kasıbın malı göz qabağında gərək. 

 

Vaxt az olduğuna görə təyyarədən düşən kimi Şamil bəyin çamadanlarını yük arabasına qalaqlayıb cumduq 



dükana tərəf. Qabağımıza bir topa adam çıxdı. Arabanı sürən Şamil bəy qorxdu ki, bunları əzə və ingiliscəsi 

“bir az” zəif olduğuna görə, “kənara çəkilin” yerinə “Bİ-Bİİ-İP” deyə möhkəm bir siqnal verdi. Qabaqdakı 

oğlan diksindi və kənara tullanıb birtəhər canını qurtardı. Bir az getdikdən sonra yenə də “probkaya” düşdük 

və bu dəfə bayaqkı oğlan arxadan yaxınlaşıb, “Bİ-BAA-Bİ-BAA” deyə sirena verdi. Həmkarımın yoldan 

çəkildiyini görüb dedim: 

 

-  Şamil, nəbadə yoldan çıxasan. 



 

-  Bıy, dili bilmirəm-bilmirəm, yəni qulturam da çatmıyajax kın, tələsənə yol verim? 

 

-  Məsələ mədəniyyətdə deyil e, prinsipdədi. Deputat yazığın ayrı şeyə gücü çatmasa da , heç olmasa, 



QAİ-dən qorxmamağa nə söz? 

 

-  Vallah, düz deyirsən, QAYİ döyüsə, adam kimi siqnal versin dana! 



                                                                                                                          fevral 1997 

                                                      DANIŞSIN, DANIŞMASIN? 

 

Qırğızıstanın Parlament sədri Azərbaycana rəsmi səfəri zamanı MM-də çıxış etməyə gəlmişdi. Bir-iki cümlə 



deyər-deməz, Kərim Kərimov sədrə müraciət etdi: 

 

-  Murtuz müəllim, tərcüməyə-filana ehtiyac yoxdur, onsuz da hər şey aydındır. Hamımız türk döyülük?! 



 

      Qısaca hay-küydən sonra deputatlarımız tərcümədən vaz keçdilər. Və bundan sonra qonağın çıxışından, təbii 

ki, bir adam bir kəlmə anlamadı. O yazıq da elə beləcə davam edirdi ki, Kərim müəllim müvəffəqiyyətindən 

bir az da ruhlandı: 

 

-  Murtuz müəllim, heç çıxışın özü də lazım deyil, onsuz da hər şey aydındır. 



 

Vəziyyətin xoşagəlməzliyinə görə ona tərəf əyildim: 

 

-  Kərim müəllim, dəyməyin, qoyun danışsın, bizə aydın olmayan bir-iki məsələ var. 



 

  Kərim müəllim üzündə qalib təbəssümü ilə sədrə bir də müraciət etdi: 

 

- Yaxşı, Murtuz müəllim, mən etiraz eləmirəm, danışmaq istəyir, qoy danışsın. Müxalifət üçün aydın 



olmayan məsələlər var. 

                                                                                                              mart 1997 

                                                    İSTİSNA 

 

Həmin gün axşam qonaqları H.Əliyev (Allah rəhmət eləsin!) qəbul edirdi. Qırğızıstan Parlamentinin sədri 



Azərbaycan və Qırğız xalqlarının yaxınlığını ifadə etmək üçün dedi: 

www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 



-  Dillərimiz o qədər yaxındır ki, mən MM-də çıxış edəndə sizin deputatlar tərcümədən imtina etdilər. 

 

H. Əliyev: 



 

- Və nə dediyinizi başa düşdülər?- soruşdu. 

 

- Əlbəttə, əlbəttə. Sizin deputatlar mənim nitqimi tərcüməsiz də çox yaxşı başa düşdülər. 



 

 H. Əliyev yanında əyləşmiş M. Ələsgərova tərəf dönüb təəccüblə soruşdu: 

 

- Sən də başa düşdün? 



                                                                                                                            mart 1997  

                                      3 DƏFƏNİN ÜSTÜNLÜKLƏRİ   



 

Zahid Qaralov təklif etdi ki, bəs, “mən üzr istəyirəm”, hər deputat daxil olduğu  Komissiyanın sədrinə 

gördüyü işlər haqqında yazılı hesabat versin, onlar da ümumiləşdirib MM sədrinə hesabat versinlər, sədr də 

bunların əsasında Milli Məclisə. Bir sıra deputatlar başladılar bu təklifi cani-dildən müzakirə etməyə. 

 

Növbə mənə çatanda dedim ki, gərək deputatların xaricə səfərləri kəskin surətdə azaldılsın və bu məqsədə 



xərclənən pula qənaət olunsun. M.Ələsgərov sevinə-sevinə soruşdu: 

 

-  Xarici səfərlərin mətləbə nə dəxli var? Araya niyə söz qatırsız, hesabat verməkdən qorxursuz? 



 

-  Məsələ ondadır ki, deputatların xaricə gedib-gəlmələrinin heç bir xeyri yoxdur. Məsələn, Zahid 

müəllim Londondan təzəcə qayıdıb, amma yenə də bilmir ki, müxalifət iqtidara hesabat verməz. 

  

Zahid müəllim tez-tələsik məsələyə “aydınlıq” gətirdi: 



 

-  Mən üzr istəyirəm. Nazim müəllim İngiltərədə 3 dəfə olub, mənsə cəmi bircə dəfə. Bu məsələlərin 

hamısını bir dəfəyə öyrənmək olar?! Yeri gəlmişkən, eşitmişəm Fransaya bir heyət göndərməyə 

hazırlaşırsınız, bəs məni ora niyə salmamısınız? 

                                                                                                                   mart 1997 

   


                                                ALTERNATİV TƏKLİF 

 

MM “Yanğından mühafizə haqqında” Qanunu müzakirə edəndə 19 maddənin müzakirəsi tam 



müzakirəsiz keçdi. 20-ci maddədə iş pozuldu. Fəzail Ağamalı sədrə dərin mənalı bir sual verdi: 

 

-  Burda yazılıb “Könüllü yanğından mühafizə dəstələri”. Belə çıxır ki, yanğın könüllü də    ola bilər?! 



 

   Deputatlar girişdilər mübahisəyə. Biri dedi “yanğından könüllü mühafizə dəstələri” yazmaq lazımdır. 

Bir başqası- “yanğından mühafizənin könüllü dəstələri” ifadəsini təklif etdi. Üçüncüsü təkid etdi ki, elə 

olduğu kimi qalsın. Məsələyə nöqtə qoymaq üçün dilçi-deputat Nizami Xudiyev söz aldı: 

 

-  Ay qardaşlar, burda mübahisəlik nə var ki? Hər şey intonasiyadan asılıdır. Əgər “könüllü... yanğından 



mühafizə dəstələri” desəniz , bir cür çıxar, “könüllü yanğından... mühafizə dəstələri” desəniz, başqa cür. 

 

Mən də öz təklif töhfəmi verdim: 



 

-  Onda gəlin qanunun hər nüsxəsinin üstünə bir dənə də plastinka qoyaq ki, camaat ona qulaq asıb 

düzgün oxunuşun necə olduğunu bilsin. 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

                                                                                                                             mart 1997 



                                                             ÜZRXAHLIQ 

 

Növbəti iclasdan əvvəl Nizami müəllim mənə yaxınlaşıb giley elədi.  



 

-  Fikir verməyin, ay Nizami müəllim,- dedim,- bir zarafatdır da, elədik, qurtardı. İstəyirsiniz, lap rəsmi 

üzr istəyim. 

 

-  Bu başqa məsələ,- dedi,- mən bilirdim ki, sən mədəni adamsan. 



 

 İclas başlayar-başlamaz söz aldım və bir az gündəlikdən danışandan sonra: 

 

-  Hörmətli deputatlar,- dedim,- keçən dəfə bir təklif vermişdim ki, qanunun üstünə bir plastinka da qoyaq, 



camaat nə demək istədiyimizi yaxşı başa düşsün. İndi görürəm ki, deyəsən, Nizami müəllimin xətrinə 

dəymişəm. Ona görə də ondan hamınızın qarşısında üzr istəyirəm. Təklifimi də geri götürürəm: qanunun 

üstünə plastinka-filan qoymaq lazım deyil. 

 

  Nizami müəllim arxaya döndü: 



 

-  Kaş ki mən səni bu səhər görməyəydim. Görsəm də, heç nə deməyəydim. Sən də ki, belə ki üzr istədin, 

kaş heç istəməyəydin! 

                                                                                                                             mart 1997 



 

                                             KONSTRUKTİVLİK AXTARIŞINDA 

 

Gündəlik müzakirəsində Eldar İbrahimov müxalifətin tənqidinə girişdi: 



 

-  “Millət” qəzetinin bu günkü nömrəsində Nazim İmanov yazıb ki, MM səmərəsiz işləyir, qanun 

yazmaq bacarığında olan deputatların sayı azdır, rəhbərlik Parlamenti idarə edə bilmir, Məclisin işində 

konstruktivlik aşağı səviyyədədir və sair. Mən bunları ağ yalan, qırmızı iftira və qara böhtan sayıram və 

qətiyyətlə rədd edirəm. 

 

Bir az sonra mənim də əlimə fürsət düşdü: 



 

-  Eldar müəllim gündəlik müzakirəsində gözəl bir çıxış etdi, amma konkret təklif vermədi. Halbuki 

onun çıxışından ortaya çox konkret nəticələr gəlir. Məsələn, mən təklif edirəm ki, Eldar müəllimin çıxışı 

nəzərə alınaraq, gündəliyə “Bəzi qəzetlərin bu günkü nömrəsində yazılanların rədd edilməsi haqqında” 

məsələ salınsın. 

                                                                                                              fevral 1997 



 

                                             YERİ GƏLMİŞKƏN 

 

Günlərin bir günü ixtisasca psixiatr olan Şamil Yusifova yaxınlaşdım: 



 

-  Şəmil, sən bilərsən, o nədəndi ki, hər dəfə elə mən ağzımı açar-açmaz Cəlal Əliyev hirslənib özündən 

çıxır? 

 

-  Burda psixoanaliz lazımdı. Eşitmisən belə şey? Yanı gərək saa bir-iki sual verib aydınnaşdıram. 



 

-  Ver gəlsin, -dedim. 

 

-   Deyillər, birinci sinifdə oxuyanda məəllimənə vurulmusan, düzdü? 



www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 



-  Yox. 

 

-  Deyillər, Cəmil Əlibəyovun bajısı oğlusan, düzdü? 



 

-  Yox. 


 

-  Deyillər, keçən həftə Etibar bəyinən araızda narazıçılığ olub, düzdü? 

 

-  A kişi, hirsdənən mən döyüləm e, Cəlal Əliyevdi. Sən soruşduğunun mətləbə nə dəxli? 



 

 -  Bilirsən, bəy, maa tafşırıflar kın, səin haqqında bir az məlumat yığım. Ona görə     fürsətdən istifadə 

eliyif bir-iki sual da öz idarəmizin adından verirəm. 

                                                                                                                               mart 1997 

 

                                                          BU BAŞQA MƏSƏLƏ 

 

 İclasın qurtarmasına 30 dəqiqə qalmış sədrlik edən Yaşar Əliyevə müraciət etdim: 



 

-  Yaşar müəllim, keçən iclasda Milli Məclis qərar qəbul edib ki, hər iş gününün son yarım saatını cari 

məsələlərin müzakirəsinə həsr etsin. Odur ki, ikinci məsələyə keçməyin. Keçin cari məsələlərə. 

 

-  Bax, Siz yenə də aranı qarışdırmaq istəyirsiniz. Amma ağlınız Murtuz müəllimə getməsin, nə qədər ki, 



sədr mənəm, belə şey olmayacaq. Keçirik ikinci məsələyə. 

 

-  Yaşar müəllim, söhbət mənim istəməyimdən getmir, Milli Məclisin qərarından gedir.     Sizin bu qərarı 



pozmağa nə haqqınız var? 

 

-  Deməli, indi də şantaja başladınız? Mən heç MM-in qərarını pozaram? Sadəcə olaraq, Milli Məclis belə 



bir qərar qəbul etməyib. Adətinizdir də, özünüzdən uydurursunuz. Keçirik ikinci məsələyə. 

 

-  Yaşar müəllim, bunu mən özümdən necə uydururam ki, əhvalat 100 nəfərin şahidliyi və səsverməsi ilə 



olub. İnanmırsınızsa, deputatlardan soruşun. 

 

-  Səfa müəllim, bir arayış verin görək, Milli Məclis belə bir qərar qəbul edib? 



 

-  Bəli, Yaşar müəllim, edib. 

 

-  Bu başqa məsələ. Onda keçirik ikinci məsələyə. 



                                                                                                                  aprel 1997 

 

                                                    NÖVBƏTİ TƏXRİBAT 

 

Milli Məclisə “Qrant haqqında” Qanun layihəsi təqdim etmişdim. Müzakirə başlayar-başlamaz, iqtidarın 



“bərk gedən” qadın deputatlarından biri hövlnak sədrdən söz istədi. Murtuz Ələsgərov: 

 

-  Ay xanım, növbəsiz olmaz da, -dedi, - adını yazdır tabloya. 



 

-  Yox-yox, mənə indi, özü də təcili, həm də növbədənkənar söz verin, sonra gec ola bilər. 

 

-  Yaxşı, xanıma mikrofon verin. 



 

www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

Deputat xanım sanki növbəti dövlət cinayətinin üstünü açırmış kimi həyəcanla nitqinə başladı: 



 

-  Mən həmişə demişəm, yenə də deyirəm, bizim müxalifət ancaq təxribatla məşğul olur. YAP-çı 

deputatlar da buna göz yumurlar. Mən dünyanın yarısını gəzmişəm, savadıma da ki, Allaha şükür, 

bələdsiz. Heç bir ölkədə belə nalayiq müxalifət yoxdur. A kişi, qanun yazırsız-yazırsız, buna bir 

Azərbaycan adı qoyun də, gərək elə erməni adı qoyasız? 

 

                                                                                                                                iyun 1997 



 

                                   ONDA ALLAH SİZƏ İNSAF VERSİN! 

 

“Qrant haqqında” Qanun layihəsi müzakirəsinin fasiləsində o vaxt “Hürriyyət”də müxbir işləyən 



L.Əşrəfqızı deputatlar arasında “Qrant nədir?” sualı ilə sorğu keçirmişdi. Müraciət etdiyi 28 deputatdan 

heç biri ona düz-əməlli cavab verə bilməmişdi və o da bunu yazmışdı qəzetinə. 

    

  Səhəri gün Səmayə Piriyeva Etibar Məmmədovu bir kənara çəkib gileylənirdi: 



 

-  Allah Nazimə insaf versin, qəzet məni biabır edib. Bu qanunu yazanda mötərizədə qeyd eləməzlər ki, 

qrant nə olan şeydir? 

 

  Etibar bəy gülə-gülə demişdi ki, ay Səmayə xanım, bəs birinci maddə elə qrantın tərifidir də. 



 

-  Onda Allah sizə insaf versin. O vaxt gül kimi kiril əlifbamızı dəyişdirib keçirtdiz latına. İndi bu 

zəhrimar qanun layihələrini heç oxumaq da olmur. 

                                                                                                                  iyun 1997 



 

                                       REKLAM, KOMPÜTER VƏ İKİ ƏFƏL 

 

“Reklam haqqında” Qanunun bir maddəsinə yüngülvari irad bildirdim: 



 

-  Burada deyilir ki, kompüter xidmətlərində reklam, yalnız abonentin razılığı ilə yerləşdirilə bilər. Bu 

nəinki praktiki baxımdan, heç nəzəri cəhətdən də mümkün deyil. 

 

M. Ələsgərov başladı məni tənbeh eləməyə: 



 

-  Ay Nazim, bu olmadı ki. Sən elə hər maddəyə protiv gedirsən. Belə olmaz, axı. Bu ölkənin bir 

Prezidenti var, yoxdu? Var, özü də bütün Azərbaycan xalqı onu dəstəkləyir, bildinmi? 

 

 Səsinin gurluğu səbəbi ilə mikrofona ehtiyacı olmayan Mikayıl Mirzə işə qarışdı: 



 

-  Düz deyir. 

 

-  Kim düz deyir? 



 

-  Nazim İmanov. Yox e, yəni əslində, əlbəttə ki, səhv deyir. Şəksiz və şübhəsiz. Məsələn, o gün “Fərhad 

və Şirin” tamaşasının son məşqi vaxtı ağzıgöyçək, sözügerçək, yanıdibçək gözəl bir xanım nəzakətlə, 

bəlağətlə, təravətlə və həm də məlahətlə təklif etdi ki, tamaşanın ortasında bir reklam pauzası olsun. Üzr 

istəyirəm, ədəbsiz də olsa, mən ona dedim ki, ay filankəsin qızı filankəs, belə şey olarmı ki, burda Fərhad 

ölsün, orda da siz reklam verəsiz? Mən ölüm, necə demişəm? 

 

        M. Ələsgərov: 



 

www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

-  Mikayıl müəllim düz deyir. Çox gözəl teatrdır. Mən genə də deyirəm, hazır olan kimi başda mən 


Yüklə 417,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin