- Görürsən də, Oruc müəllim də sənə sataşır. Dünyanın işinə bax ha!
- Alə, həri də. Hələləri çoxdu. Bılar tupoy şeylərdi. Mən ki yurfakda oxiyirəm, qanunnara tekliflər verirəm,
paxıllığları tutur. Murtuz məllim də ələdü. Alə görmürsən, bi dənə senə söz vərmir, bi dənə də mənə?!
dekabr 1999
XALQIN İÇİNƏ GEDİN!
Toğrul İbrahimli telefon nömrəmi istədi. “Vizitka” verdim. Barmağını üstünə çəkib dedi:
- Tisnyonnudu. Yaxşı düzəldiblər. İndi belələrini bizdə də eliyillər.
- Elə bizdə eləyiblər, -dedim, amma başımı “yox” deyirəmmiş kimi yana yırğaladım.
- A kişi, spor eləmə, deyirəm bizdə də eliyillər də. Yüz faiz!
Mən də, yan-yörədəki 4-5 nəfər də gülüşdük. Toğrul bəy sağa-sola baxıb, üzünü Hacı Madərə tutdu və
rahat başa düşsün deyə:
- Şto smeyotis? Ya qavaryu u nas toje delayut də.
Gülüş bir az da artdı. Toğrul bəy hamını acıqlı-acıqlı süzüb fəlsəfi bir tərzdə:
- Ala, sən öl, bu deputatdarın Azərbaycannan xəbərrəri yoxdu. Ala, xalqın içinə gedün e, xalqın içinə.
Getmirsüz, heç olmasa deyilənə inanın. Sən öl, camaatda inam-zad qalmıyıb ki. Diyirəm bizdə də
düzəldillər, heç biri inanmır, -dedi və üzünü çevirib, gülməkdən qarınlarını tutan topadan aralandı.
Topa isə, yəni bizlər, yenə də oradaydıq. Hələ də oradayıq.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
dekabr 1999
MƏSƏLƏ
Beynəlxalq Valyuta Fondunun dəvəti ilə bir dəstə deputat, o cümlədən mən Vyanada bir konfransa
gedəsiydik. Deməli belə:
1.
Pasportlarımız diplomatik olduğuna görə viza almaqdan ötrü Xarici İşlər Nazirliyindən səfirliyə nota
getməliydi.
2.
Bununçün MM-dən Xarici İşlər Nazirliyinə məktub yazılmalıydı.
3.
Bundan da ötrü MM rəhbərliyi səfərə gedənlərə razılıq verməliydi.
4.
Bundan da ötrü Murtuz müəllim Prezident aparatından icazə almalıydı.
Bax elə iş də burda dolaşırdı, çünki icazə verilməyə də bilərdi. Bilsəniz, bu “qəliz problemi” deputatlarımız
necə həll etdilər? Düzgün cavabı tapana bu kitabçadan birini hədiyyə verəcəyəm.
Hərçənd ki, oxuyursunuzsa, deməli, onsuz da varınızdı.
dekabr 1999
DİLBİLMƏZ OFİSİANT
Bir Vyana restoranında ofisiant bizdən sifariş götürərkən Toğrul İbrahimli öz sifarişini özü vermək qərarına
gəlir:
- Sup, - sözü çox aydın tələffüz edir, sanki söylədiyinin anlaşılması bundan asılıdır.
Ofisiant almanca nəsə deyir, güman ki: “nə supu?” soruşur.
- Ya qavaryu sup u vas est? – bu dəfə həm rusca, həm də daha ucadan.
Ofisiant gözlərini göyür.
- Sup, sup - əli ilə qazana nəsə atırmış kimi işarə verir, - “Qalina Blanka”, bul-bul, bul-bul, - üzünü bizə
çevirir, - bunlara söz başa salmaq olmur ki.
Ofisiant yenə gözlərini göyür.
- Adə, mən ölüm, buna başa salın, mənə bir dənə toyuq supu gətirsin.
dekabr 1999
QANUNLARI OXUYUN, CƏNABLAR!
Vyanada bir axşam maşınla şəhər gəzintisinə çıxdıq. İki nəfərdən başqa hamı getdi. Otelə qayıdanda
təəssüratlarımızı bölüşürdük və təbii ki, “çəhrayı” küçədə gördüklərimiz daha qızğın müzakirələr doğururdu
ki, deputatlıqdan başqa, həm də “Namus” partiyasının sədri olan Toğrul bəy qarşımıza çıxdı. Nizami
Ələkbərov qımışdı:
- Nado bılo s nami poyexat. Mı, pravda, iz maşinı ne vıxodili, no vsye-ravno mnoqoye uvideli i uznali.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Məsələn, nə öyrəndiniz?
- Naprimer, mı vıyasnili, çto v Vene ne vse s namusom, - göz vurub gülür.
- Zakonı nado çitat, qospodin deputat. Kak oni moqut bıt s “Namusom”, yesli oni qrajdane inostrannoqo
qosudarstva?
dekabr 1999
ŞƏHƏR ŞƏHƏRDİ DƏ...
Vyana küçələrinin birində sosiska yeyirik. “Silah” da ki, təbii ki, yanımızdadır. Üç-dörd dəfə doldurub
boşaldandan sonra Toğrul bəy sağlıq deyəsi olur:
- Nazim bəy, bunu içirəm sənin sağlığına. Deyirəm nə olaydı, bura tək yox, ailəli gələydik. Uşaqlar
buralarda gəzişəydilər, biz də elə buradaca, Amsterdamın göbəyində bala-bala vuraydıq.
- Çox sağ ol. Amma bura Amsterdam deyil e, Vyanadır.
- A kişi, Avropa olsun, nə fərqi var, şəhər şəhərdi də.
dekabr 1999
İLHAM COŞARKƏN VƏ YA TƏQSİR KİMDƏDİR
Ertəsi gün seminarın gedişində Toğrul bəyin adından deputat dostum Zəlimxan Yaqubun üslubunda bir
“şer” yazdım.
İstər Vyana olsun, istər Amsterdam,
Şəhər şəhərdi də, nə fərqi var ki?!
Əlimdə butılka, ağzımda badam,
Zəhər zəhərdi də, nə fərqi var ki?!
Em-Ve-Ef-in seminarın bir təhər
Başa vurub qurtarırıq, tay yetər.
Həm dərsdən betərdi, həm dərddən betər,
Betər betərdi də, nə fərqi var ki?!
Cəfər də bir Səfərdi, Səfər də bir Qəfərdi,
Yavər də Qəzənfərdi, Qəzənfər də Afərdi.
Bunlarda günah yoxdu,
Təqsirkar bir nəfərdi,
Adı da ki - ...
Oxuyub üzümü tutdum həmkarlarıma, yəni qafiyəsini siz tapın. Ən cəld tərpənəni Həmdulla Cəfərov oldu:
- Təqsirkar bir nəfərdi,
Adı da ki - ... Toğrul İbrahimlidi!
- Yaraşmır axı.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Cəhənnəmə yaraşsın, zato başım salamat olar.
dekabr 1999
ALMAN DİLİNİN İNCƏLİKLƏRİ
Qayıdırıq. Hava dumanlı olduğuna görə Vyanada təyyarəmiz yarım saat gecikib. Kapitan nəsə deyir.
Almanca danışdığı üçün, təbii ki, bir kəlmə də anlamıram. Qabaqda oturmuş Hikmət Osmanov arxaya
boylanır:
- Nazim, bu nə deyir?
Ağlıma ilk gələni deyirəm:
- Təyyarənin gecikməsinə görə üzr istəyir.
- Köpəyuşağı mədənidilər də. Bizimkilər olsaydı, heç veclərinə də almazdılar.
Arxadan Həmdulla Cəfərov səslənir:
- Nazim, nə deyir e bu?
Yenə ağlıma ilk gələni deyirəm:
- Deyir ki, düzdür, gecikmişik, amma təyyarənin texniki imkanları çox genişdir, çalışacam bərk sürüm,
əvəzi çıxsın.
- Köpəyuşağının texnikası zverdi də. Bizimkini bir az bərk sürsələr, tökülüb dağılar.
Yan tərəfdə oturmuş Mahir Əsədov çox vacib bir söhbəti buraxmış adam kimi təntiyə-təntiyə:
- Nə dedi – nə dedi?
Mahir bəyin təyyarədən bir az “ehtiyatlandığını” nəzərə alıb, yeni versiya təklif edirəm:
- Dedi ki, duman olmağına möhkəm dumandı, amma heç nigaran qalmayın, inşaallah, hər şey yaxşı olacaq.
- Kopoolunun bijdiyinə bax ha, bizi arxeyinnəşdirir. Əmbə əslində samalyot çox apasnı şeydi. Tem bole,
Məlahət də deyif ki, katastrof olajax.
Yanımdaca əyləşmiş Nizami Ələkbərov təyyarə işlərindən yaxşı baş çıxardığı üçün dözmür:
- Ola bilməz. Doğrudan elə dedi?
- Yox.
- Bəs nə dedi?
- Nə bilim, a rəhmətliyin oğlu, mən nemescə bilirəm?
- Bilmirsən?
- Yox.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Hə-ə-ə, deyirəm axı, elə deməz.
dekabr 1999
BAŞ TUTMAMIŞ GÖRÜŞ
Qayıdandan sonra MM-in koridorunda Yaşar Əliyevlə görüşdük.
- Nətər keçdi seminarınız?
- Yaxşı oldu.
- Em-Ve-Ef sizə bir şey öyrədə bildi?
- Yox.
- Əlbəttə. Sən ollardan çox bilirsən. Yəqin sən onları öyrətmisən.
- Yox, mən də öyrədə bilmədim.
- Niyə?
- Heç görüşə bildik ki?!
dekabr 1999
DAHA BİR SƏNƏTKAR
Bayaq içkidən danışdım, yadıma düşdü.
İkicə günlük səfərə gedirdik. Sabir Rüstəmxanlının əlində bir yekə çemodan vardı.
- Ay Sabir bəy, -dedim, - bu çamadana nə yığmısan, araqdı?
- Yox, -dedi, - arasında hədiyyəlik kitab-zad da var.
QƏNAƏTCİLLİK
MM-in növbəti iclasında İbrahim Qafarov növbəti təklifini verdi:
- Dünən YAP-ın I qurultayı başa çatdı. Bu münasibətlə təklif edirəm ki, Milli Məclisin həndəvərində
Parlament parkı salınsın.
Murtuz müəllimin bu təklifi sıcaq qarşılamasında da təəccüblü bir şey yox idi:
- Gözəl təklifdir. Mən hətta deyərdim ki, çox vaxtında irəli sürülüb. Mən genə də deyirəm: bir sıra
ölkələrdə Parlament parkları var. Məsələn, bu yaxınlarda mən Parisə getmişdim. Onların Milli
Məclisinin qarşısında böyük bir park var. Parlamentin sədrinin, onun müavinlərinin heykəllərini də
qoyublar o parkda. Genə də deyirəm, bizim Milli Məclisin yan-yörəsində normal bir yer olmadığına
görə şəhərin başqa bir görməli yerində belə bir park mütləq salınmalıdır.
Bu israfçılığa dözmədim:
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Murtuz müəllim, ayrı-ayrı olsa, baha çıxacaq. Bəlkə qənaət məqsədi ilə sizin üçünüzə, yəni Sizə, Arif
müəllimə və Yaşar müəllimə qruppavoy heykəl qoyaq?!
dekabr 1999
QURTULUŞ
Ağdam deputatı Yaqub Əhmədov (Allah ona rəhmət eləsin!) gözlənilməz bir etiraf etdi:
- Yoldaşlar, Ağdamda bizim kimi çoxlu Ermənistanlı qaçqınlar var. Onları incidirlər. Belə yaramaz
işlərin kökünü kəsmək lazımdı.
Tənəffüsdə Məmməd Məmmədov məni təbrik etdi. Təəccübləndim:
- Nə münasibətlə?
- Nejə nə münasibətinən, a kişi, gələn-gedən Yaqub məəlimi göstərif deyirdi ki, Qarabağlıdı, heç demə
döyülmüş!
dekabr 1999
FİKİRLƏŞ, SONRA DANIŞ
İclas gedirdi. Guya bitərəf deputatlardan biri guya Toğrul İbrahimliyə sataşmaq üçün yan-yörəsindəkilərə
şit-şit göz vurub, “ə, mən ölüm, qulağ asın hələ” dedi və üzünü arxaya çevirdi:
- Toğrul, ay Toğrul.
Toğrul bəy eynəyini çıxarıb köksünü ötürdü və o qədər də böyük məmnuniyyət ifadə etməyən sifətlə:
- Nə var? –soruşdu.
- Toğrul, sən bilirsən də, Heydər Əliyev mənnən ötrü Peyqəmbərdən böyük adamdı, -yan-yörəyə bir
nəzər: “mən ölüm, fürsət düşsə, bu sözümü ona çatdırın”. – Amma mən onun da partiyasına üzv
yazılmamışam. Sən ki bu “Namus” partiyasın yaratmısan, mən ora girəjəm.
Şadman Hüseyn ənənəvi düzəlişini verdi:
- “Girəjəm” yox, “daxil olajam”, - üzünü bizə çevirib, - ə sən öl, öyrəncəlidilər e bullar.
- Bilirsən, doxtur, mənnən ötrü bulların heylə bir fərqi yoxdu, - yenə də Toğrul bəyə müraciətlə, - hə,
Toğrul, götürürsən məni partiyana, ya yox?
Bunu deyib yanındakına ehmallıca bir dümsük vurdu: “gördüz də!”
Əli Nağıyev Toğrul bəyi qabaqladı:
- Səni YAP-a bəlkə də götürəllər, amma ora heç götürməzdər.
- Buy, Əli müəllim, - YAP rəhbərlərindən biri ilə danışmasından fəxr duyduğu üçün üzünə razılıq
yazıldı, - Siz də maa protiv getdiniz? YAP-a götürmürsüz-götürmürsüz, “Namus”u da maa çox
görürsünüz?
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- A kişi, əvvəl fikirrəş, sonra danış da bə. Sən hara, namus hara?
dekabr 1999
ADİ PARTİYA İXTİLATI
Nahar fasiləsidir. Hərəmiz bir partiyadan olan 5 müxalifətçi deputat ixtilat eləyirik. Mahir Əsədov hər gün
verdiyi sualı bir də verir:
- Nazim, axı bu müxalifət partiyaları niyə birrəşə bilmirlər e? Məncə, taxsır AMİP-dədi.
- AMİP neynəsin, a Mahir, əvvəlcə qoy ən yaxın müttəfiqlər sayılan Müsavatla AXCP öz aralarındakı
problemləri həll etsinnər, sonra...
AXCP-çi Qulamhüseyn Əliyev gözaltından Müsavatçı Şirzad Eyyuba baxa-baxa sözümü kəsir:
- Professor, genə aranı qarışdırma. AXCP-nin Müsavatnan heç bir ziddiyyəti yoxdu.
“Namus”çu Toğrul İbrahimli bu sözlərin səmimiliyinə şübhə etmirmiş kimi:
- Kaneşna, Cəbhənin öz ziddiyyətdəri özünə bəsdi.
Şirzad bəy söhbətə öz töhfəsini verir:
- Əslində ən ziddiyyətsizi Toğrul bəyin “Namus” partiyasıdı. Təkbaşına özü-özüynən intriqa aparası
döyül ki!
Toğrul bəy “topu” Mahirə ötürür:
- Kaneşna. O barədə ən yaxşısı ADP-di. İki həmsədrrəri var, ikisi də prizdentdiyə namizəd olacaq,
amma deyillər ki, səsdər bölünməyəcək. Hərəsinin öz adamları var də.
Hamıdan fərqli olaraq, Mahir bəy ciddidir:
- Genə bu “Namus”dan yaxşıdı. İki həmsədr varsa, deməli partiyanın ən azı iki üzvü var.
Toğrul bəyin dadına çatıram:
- Düzünü desək, ən ziddiyyətsiz partiya Müsavatdı.
Qulamhüseyn bəyin paxıllığı tutur:
- O niyə heylə olur, professor?
- Bir partiya ki, orda Vurğun Eyyubu baş katib qoyalar, heç səs-küyü çıxmaya, deməli ən stabil partiya
elə odur.
P.S. Mən bu əhvalatı Vurğun bəyə danışanda cavabında o da mənə bir zarafat etdi. Sərf etmədiyi üçün
yazmıram. O da öz kitabında yazar.
yanvar 2000
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
NARKOƏMƏKDAŞLIQ
Əhəd Abıyev Masallı meşələrində bəslənilən konoplya plantasiyalarından o qədər danışmışdı ki, ad
qazanmışdı. Masallı rəhbərliyindən başı açılanda hərdən bir də müxalifətə girişərdi.
Növbəti dəfələrin birindən sonra AXCP-çi Nizami Quliyev söz atdı:
- Sən konoplyadan danış, başqa söhbətlə nə işin?
- Yeri gəlmişkən, Masallıdakı kanaplyak mafyasına da elə AMİF partyası başçılığ edir, yoxsa o boyda
binanı nətəər saxlıyardılar.
Ara-sıra yerdəyişmələrdə bulunan və o vaxt AMİP-də olan Cəbrayıl Əhmədov dözmədi:
- Ə, o bizdən dögür e, Cəbhədəndi!
- Kanaplyak məsələsində elə Axıcepe partyası da AMİF partyası ilə əlli-əlliyə şərikdi.
Hamı gülüşdü ki, bəs bunu haradan bilirsən?
- Necə yəni hardan bilirəm? Qəzet oxumursuz? Bu yaxında əməkdaşdığ haqda müqavilə də bağlıyıblar.
fevral 2000
TƏƏCCÜB
“Namus” Partiyasının sədri Toğrul İbrahimli Məzdək Hüseynovun gözlərini ona zillədiyini görüb soruşdu:
- Xeyir ola, Məzdək müəllim, nə təəccüblə baxırsan, deputat görməmisən?
- Ə, bə niyə görməmişəm? Bu vaxtacan görmədiyim bircə dənə şey varıydı – canlı namus. Onu da,
şükür Allaha, indi görürəm.
fevral 2000
ÜZÜRLÜ SƏBƏB
Çinə səfər vaxtı bir neçə deputat “tolkuçka”da bazarlığa gedir. Otelə döndükdən sonra Səyyad Aran
Şəfiqə Məmmədovanı yaxalayır ki, bəs qızıma aldığım gödəkcə, deyəsən, balaca olacaq. O da bunu
inandırır ki, sabah mütləq gedib dəyişdirmək lazımdır.
- Şəfiqə xanım, elə şey olar? Səhər Li Penlə görüş var. Vsyo-taki Baş Nazirdi, getməsəm yaxşı düşməz.
- Heç sənnən gözdəməzdim, ay Səyyad! Gələcəksən Bakıya, uşaq kurtkanı geyib görəcək əyninə
balacadı, ağlaya-ağlaya qalacaq. O məsum qızcığazın göz yaşlarının yanında görüş-mörüş nədi ki?!
İndi səhər görüşdür. Murtuz müəllim deputatları təqdim edir. Səyyad müəllimə çatanda Şəfiqə xanım
ayağa qalxır:
- Səyyad Aran üzürlüdü, bazara gedib.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Tərcüməçi hər sözü olduğu kimi tərcümə edir. Yazıq Çinlilərin vəziyyətini təsəvvür edirsiniz də!
Görüşdən dərhal sonra Murtuz müəllim qəzəbli halda Şəfiqə xanımı yanına çağırır:
- O nə sözdü deyirsən – “üzürlüdü”. Belə şey olar?! Abrımız-həyamız getdi. Utanmır Səyyad? Baş
Nazirinən görüşdən qaçıb bazara gedəllər? Tay mənim sözüm yoxdu. Qoy hələ qayıtsın, gör neyniyəcəm
onu.
- Bilirsiz, Murtuz müəllim, qızına kurtka almışdı, balaca çıxdı. Yazıq gedəcəydi Bakıya, uşaq zoğum-
zoğum ağlayacaqdı. Millətimizin balasıdı da. Mən o uşağın bircə göz yaşını Çinin otuz baş nazirinə
dəyişmərəm.
Və... Və Şəfiqə Məmmədova sənətinin sehri ilə Murtuz müəllim yumşalır:
- Hə-ə, o başqa məsələ, -deyir, - elə bildim elə-belə baxmağa gedib.
fevral 2000
TİCARƏT QƏLİZ İMİŞ
Yenə həmin Çin səfərindən qayıtmaq ərəfəsində Maksim Musayev Qərib Məmmədova yaxınlaşır:
- Ay Qərib, başıma iş gəlib axı.
- Noolub ə, pulunu oğruyublar?
- Yox əşi, onu elə gizdətmirəm ki, oğurruya bilsinnər.
- Çamadanı itirmisən?
- Deyirəm, deputatdığa bisavad gəldin, bisavad getdin də. Ə, qastinsada çamadan itər?!
- Noolub-e bəs?
- A kişi, mən bura gələndə bir-iki dostumunan məsləhətdəşdim ki, bəs Kitaya nə aparım, orda nə gedir?
Dedilər orda, yanı burda, hər şey var. Axırda biri dedi ki, qoz apar, kitaylar qıyıxgöz şeydilər, nə bilillər
qoz nədi. Mən də 10 kilo gətirdim. Burda da maqazinə girib nə görsəm yaxşıdı: qoz nə qədər istəsən, öz
də su qiymətinə. İndi qalmışam avara, bilmirəm bu qozu neyniyim.
Oturub xeyli fikirləşirlər. Maksim müəllim “Dordan bu ticarət qəliz şeyimiş” deyib söhbəti
yekunlaşdıranda Qərib müəllim təzə təklif verir:
- Ə, 10 kilo qozu burdan təzədən Bakıya qaytarası döyülsən ha. Ver səfirə.
Maksim müəllim acı təbəssümlə:
- Onu da fikirrəşmişəm, -deyir. – Verməyinə verərəm e, amma bu səfir-yazığ onu neçəyə satacaq ki?!
fevral 2000
TƏQSİR MƏNDƏDİ
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Fəzail Ağamalı ilə Xanhüseyn Kazımlının arasındakı mübahisə zaldan çıxanda təzədən qızışdı. Artıb-artıb Dostları ilə paylaş: |