BDU-nun Filologiya fakültəsi - 100
41
AYTƏKİN MİRZƏYEVA
Bakı Dövlət Universiteti
PROFESSOR YUSİF SEYİDOV ABDULLA ŞAİQİN DİLİ HAQQINDA
BDU-da yüz ilə ərzində Azərbaycan dilçiliyinin görkəmli nümayəndələri
fəaliyyət göstərmiş və
onların hər biri özündən sonra bu məktəbi uğurla davam etdirən alim və mütəxəssislər yetişdirmişlər. Belə
alimlərdən biri də ömrünü Azərbaycan dilçiliyinin müxtəlif problemlərinin araşdırılmasına həsr etmiş
professor Yusif Seyidovdur. Yusif Seyidov bir çox ədəbi şəxsiyyətlər haqqında dəyərli fikirlər söyləmişdir.
Bunlardan biri də görkəmli ədib Abdulla Şaiqdir. A.Şaiqin ədəbi-bədii irsində
dil problemləri mühüm yer
tutur.
Azərbaycan ədəbi dil məsələləri, bu dilin tədrisi və inkişaf problemləri A.
Şaiqin bütün
yaradıcılığında öz əksini tapır. A.Şaiq hər şeydən əvvəl Azərbaycan dilinin məziyyətlərini qeyd edir, bu dilin
üstünlüklərinə, ahənginə, ifadə imkanlarına, əhatə dairəsinə diqqəti cəlb edir və “...
dilimiz ən asan və
olduqca gözəl bir lisandır”, - deyirdi.
Yusif Seyidov ədibin “Dilimiz və ədəbiyyatımız” adlı məqaləsində xalqların həyatında dili dövrün
ən qüvvətli silahı kimi səciyyələndirdiyini vurğulayır. O, Abdulla Şaiqin “Yazıçılarımızın və dilçilərimizin
şərəf işi” adlı məqaləsində onun əsas məqsədinin bir tərəfdən yeni dövrdə dilimizin inkişafı və saflaşması
yollarını müəyyən etmək idisə, digər tərəfdən ədibin dilimizin tarixinə, xüsusən də XX əsrdə ədəbi dilimiz
uğrunda mübarizəyə də xüsusi yer ayırdığını qeyd edir.
Görkəmli dilçi
belə nəticəyə gəlmişdir ki, ədib hər zaman ana dilinə diqqət yetirmiş, dil
və üslub
məsələlərini ana dili mövqeyindən qiymətləndirmişdir.Yusif Seyidov Abdulla Şaiqin dilə dair görüşlərinin
milli dilçilik elminin inkişafında mühüm tarixi xidmətlər olduğunu sübut etmişdir.
Dostları ilə paylaş: