Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə52/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   48   49   50   51   52   53   54   55   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
39 
ÜLVİYYƏ HÜSEYNOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
 
PROFESSOR ABDULLA VƏLİYEV VƏ AZƏRBAYCAN DİALEKTOLOGİYASI 
 
Moskva türkologiya məktəbinin yetirməsi, Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi professor 
Abdulla Vəliyevin elmi yaradıcılığı Azərbaycan dialektologiyasının parlaq səhifələrindən birini təşkil edir. 
Abdulla Vəliyev həm alimliyi, həm müəllimliyi, həm də insanlığı ilə yadda qalan, Bakı Dövlət 
Universitetinin Filologiya fakültəsində izi olan və ehtiramla yad edilən şəxsiyyətlərdən idi.
A.Vəliyev Abşeron yarımadasının qərb rayonlarının şivələrini hərtərəfli tədqiq etmişdir. Professor 
E.Əzizov hesab edir ki, “A.Vəliyevin “Abşeron yarımadasının qərb rayonlarının şivələri” mövzusunda 
yazdığı namizədlik dissertasiyası 50-ci illərin əvvəllərində Azərbaycan dili şivələrinin monoqrafik 
öyrənilməsinin mükəmməl nümunəsidir. Təsadüfi deyil ki, xalq şairi Səməd Vurğun Azərbaycan Elmlər 
Akademiyasının yaradılmasının on illiyi münasibətilə 1955-ci ildə keçirilmiş elmi sessiyadakı çıxışında 
Azərbaycan dialektologiyasının nailiyyətləri sırasında bu əsərin da adını çəkmişdir”.
A.Vəliyev dialekt leksikasının öyrənilməsi və dialektoloji lüğətlərin tərtibi ilə məşğul olmuşdur. O, 
təkcə Azərbaycan dilinin dialektlərini yaxşı bilmirdi, türk dillərinin müqayisə dialektologiyası üzrə 
mütəxəssis idi, ən kiçik türk dillərinin şivələri barədə kifayət qədər geniş məlumata malik idi. 
A.Vəliyevin “Azərbaycan dilinin keçid şivələri” əsərində ilk dəfə olaraq linqvistik coğrafiyanın 
statistik təhlil metodları keçid şivələrinin fonetik sisteminin öyrənilməsində tətbiq edilmiş, fonetik və 
morfoloji xüsusiyyətləri əks etdirən xəritələr tərtib olunmuşdur. Bu əsərin irihəcmli giriş hissəsi Azərbaycan 
dilinin keçid şivələri məsələsinə, birinci fəsli Ağdaş və Göyçay şivələrinin fonetikasına, ikinci fəsli isə 
Ağdaş və Göyçay şivələrinin morfologiyasına həsr olunmuşdur. Bu dissertasiyanın ən böyük elmi dəyəri 
türkologiyada ilk dəfə olaraq dildə keçid şivələrin əmələ gəlməsi prosesinin elmi cəhətdən 
əsaslandırılmasıdır.
A.H.Vəliyev dialektoloq alim kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda ittifaq 
miqyasında keçirilmiş elmi konfrans və simpoziumlarda aktiv iştirak ilə tanınmışdır. Onun elmi fəaliyyəti 
bilavasitə dialektoloji ekspedisiyalarda iştirakı ilə zənginləşmişdir. O, ömrünün 50 ilini elmə, minlərlə gənc 
mütəxəssislərin yetişdirməsinə sərf etmiş, uzun zaman dialektoloji ekspedisiyalarda olmuş, Azərbaycanın hər 
güşəsini gəzmiş, dialekt materialları toplamışdır. Professor Yusif Seyidov A.Vəliyevi qayğıkeş müəllim, 
səmimi insan kimi xatırladır: “Abdulla Vəliyev həm alimliyi, həm müəllimliyi, həm də insanlığı ilə yadda 
qalan, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tarixində izi olan və ehtiramla yad edilən 
şəxsiyyətlərdəndir”. Görkəmli alimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin